GÜLŞƏHRİ (? – tәqr. 1317-dәn sonra, Qır şәhәr) – türk şairi. Hәyatı haqqında mәlumat azdır. Əsl adının Əhmәd vә ya Süleyman olduğu, Xarәzmdәn gәlәn oğuz boylarından birinә mәnsubluğu ehtimal edilir. Dini elmlәrlә yanaşı mәntiq vә fәlsәfәni dә öyrәnmişdir. Əsәrlәrindә tәsәvvüf mövzuları üstünlük tәşkil edir. Əttarın eyniadlı әsәri әsasında yazdığı “Mәntiqütteyr” (digәr adı “Gülşәnnamә”, 1317) mәs nәvisindәn onun Qırşәhәrdә doğulduğu, tanınmış şeyx vә zaviyә sahibi olduğu mәlumdur. G. әn çox Əttar, Rumi, Sәnai, Sәdi Şirazi vә Nizami Gәncәvidәn tәsirlәnmişdir. Bәzi mәnbәlәrdә onun Əxi Evrәnin tәlәbәlәrindәn olması göstәrilir. Elxani hökmdarı Qazan xana ithaf etdiyi “Fәlәknamә” (fars dilindә, 1301) didaktik mәsnәvisini Nizaminin “Sirlәr xәzinәsi”nin tәsirilә yazmışdır. Nizaminin “Yeddi gözәl” poemasından “Bişr vә mәlixa” hekayәsini “Bişrnamә” adı ilә sәrbәst tәrcümә edәrәk “Mәntiqüt-teyr”dә vermişdir. Qәzәl vә qәsidәlәri dә var.










