Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜLÜMBAHAR
    GÜLÜMBAHAR (Calendula) – mürәkkәb çiçәklilәr fәsilәsindәn bitki cinsi. Əsasәn, Aralıq dәnizi ölkәlәrindә, Mәrkәzi Avropada, Qәrbi Asiyada yayılmış 20-әdәk birillik, ikiillik yaxud çoxillik ot vә yarımkollardır. Dәrman G.-ının (C. officinalis) 20-dәn artıq sortu dәrman vә dekorativ bitki kimi becәrilir. Hünd. 0,2–0,7 m olan budaqlı gövdәsi vә güclü kök sistemi var. Yarpaqları bütöv, növbәli, uzunsov olur. Çiçәklәri yanlarda dilşәkilli (krem rәngli, sarı, yaxud, narıncı), ortada boruşәkilli (sarı, yaxud qonur) olub uzun çiçәk saplağı üzәrindә tәk-tәk yerlәşәn sadә sәbәtçiklәrdә toplanmışdır. İyun ayından şaxtalar düşәnәdәk fasilәsiz çiçәklәyir. Meyvәsi quru toxumcadır. Toxumları apreldә sәpilir, 1–2 hәftә әrzindә cücәrir. Torpağa az tәlәb kardır. İşıqsevәn, soyuğadavamlı, üzvi maddәlәrlә zәngin, neytral reaksiyalı kifayәt qәdәr rütubәtli gillicәli torpaqlarda yaxşı bitir. G.-ın çiçәklәrindә efir yağları, karotinoidlәr, seliklәr, saponinlәr vә b. maddәlәr olduğundan tibbdә, kosmetologiyada, hәmçinin qida aromatizatorları (tamverici) vә boyaq maddәlәri (qәnnadı mәhsullarını, yun sapları boyamaq üçün) kimi istifadә edilir. Sәnaye mәqsәdlәri üçün G. növbәli әkinlәrdә becәrilir. Mövsüm әrzindә 15–20 dәfә çiçәk yığılır; 1 ha-dan 20 s-әdәk quru sәbәtçik toplanır. Toxumla çoxaldılır. Çiçәklik salmaq üçün yararlıdır.
    Gülümbahar (Calendula).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU