GÜLÜSTAN, İ t q ı r a n, İ m a r ә t – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4.1991 ildәn Vayk r-nu), Cәhri çayının yuxarı axarında azәrb.-ların yaşadığı kәnd. 1905 vә 1918 illәrdә ermәni-daşnak hücumlarına mәruz qalan kәnd dağıdılmış, yandırılmış vә әhalisi qovulmuşdur. Hәr iki dәfә bir müddәt sonra әhali geri qayıtmış vә kәndi abadlaşdırmışdır. 1988 ildә әhali yenidәn ermәni tәcavüzü ilә üz-üzә qalmış vә Azәrb.-a qovulmuşdur. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk G., 19.4.1991 ildә yenidәn dәyişdirilәrәk Nor Aznaberd qoyulmuşdur.










