“GÜLÜSTAN” – 19 әsrin 30-cu illәrindә Qubada fәaliyyәt göstәrmiş әdәbi mәclis. A.Bakıxanov tәrәfindәn tәşkil olunmuşdur. Abdulla Qәdәri, Əmirәli Tahircanlı, Mirzә Möhsün Xәyali, Hacı Qubalı, Əmin Xanlıqlı, Sәdi Xaltanlı vә b. “G”.-ın fәal iştirakçıları olmuşlar. Mәclisdә sufi әdәbiyyatı öyrәnilir, klassik şairlәrә, nәzirәlәr yazılır, fәlsәfi şöhbәtlәr aparılırdı. Bakıxanovun vәfatından sonra mәclisin fәaliyyәti bir müddәt dayandırılmış, sonradan yenidәn bәrpa olunmuşdur. Mәclis üzvlәrindәn M.M.Xәyalinin divanı aşkarlanaraq çap edilmişdir.










