Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜLÜSTAN QALASI
    GÜLÜSTAN QALASI – Azәrb.-da orta әsr qalası. Şamaxı ş.-ndәn 3 km şm.-q.-dә, Böyük Xınıslı k.-ndәn 200 m yüksәklikdә, Qız qalası d.-ndadır. 9 әsrdәn mövcud olması ehtimal edilir. Xalq arasında Qızqalası adı ilә dә mәşhurdur. Qalanın ön istehkamı dağın yamacında, narınqalası isә zirvәsindә yerlәşir. Şirvan-Abşeron memarlığı üslubunda inşa edilmiş qalanın divarları vә bürclәri әhәngdaşı vә gәc mәhlulu ilә tikilmiş, aqlay daşı ilә üzlәnmişdir. Qalaya gedәn yol dağın c.-q. hissәsindәn keçir. Qala ş., şm. vә q. tәrәflәrdәn uçurumla әhatә olunmuşdur. G.q. haqqında ilk yazılı mәlumata әrәb tarixçisi әt-Tәbәrinin әsәrindә rast gәlinir. Xaqani, Arif Ərdәbili vә b. әsәrlәrindә G.q.-nı tәrәnnüm etmişlәr. Mәnbәlәrdә adı 11 әsrin әvvәllәrindә Yәzidiyyә ş. ilә birlikdә çәkilir. 16–17 әsrlәrdә Şamaxıda olmuş türk, rus vә Avropa sәyyahları (A.Nikitin, E.Cenkinson, A.Oleari, Evliya Çәlәbi, F.Kotov, E.Kempfer vә b.) G.q. haqqında mәlumat vermişlәr. 11–17 әsrlәrdә şirvanşahların müdafiә qalası vә iqamәtgahı olmuş, şahın xәzinәsi burada saxlanılmışdır. G.q.-nda zәrbxana da fәaliyyәt göstәrmişdir. Odlu silahların meydana gәlmәsi vә yayılması ilә G.q. tәdricәn müdafiә әhәmiyyәtini itirmişdir. Dövrümüzәdәk qalanın yalnız iki bürcü vә qala divarlarının bir hissәsi qorunub saxlanılmışdır.
    Gülüstan qalası. Qazıntı sahәsinin ümumi görünüşü.
    Gülüstan qalasından tapılmış sikkә vә çıraq.
    Qalanın arxeoloji tәdqiqinә 1930-cu illәrdәn başlanılmışdır. 1938 ildә ilk qazıntı işlәri aparmış Y.A.Paxomov qalanın su tәchizatı (qalaya su saxsı tünglәrlә gәtirilirdi), müdafiә sistemi, gizli yolları haqqında mәlumat vermişdir. 1967 ildә H.Ciddi tәdqiqat işlәrini davam etdirmiş vә qalanın narın qala hissәsindә 4 otaq vә dәhlizin divarlarını üzә çıxarmışdır. 2011 ildәn AMEA Arxeologiya vә Etnoqrafiya İn-tunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tәrәfindәn G.q.-nda tәdqiqat işlәri bәrpa edilmişdir. Qazıntılar zamanı qala divarları vә evlәrin bünövrәlәri, 17 әdәd tәndir, çoxlu şirli (nәbati vә hәndәsi naxışlar, insan, balıq, quş vә heyvan tәsvirlәri ilә bәzәdilmiş, üzәrindә kufi, nәstәliq vә süls xәtti ilә, әsasәn, göy, mavi, qәhvәyi, sarı vә yaşıl rәngli yazılar olan) vә şirsiz (әsasәn, boz vә narıncı rәngli) qablar, müxtәlif ölçülü vә tәyinatlı küplәr, bardaqlar, dolçalar, nimçәlәr, kasalar, qazanlar, çıraqlar, kәrpiclәr, müxtәlif formalı kaşılar, daş mәrmilәr, dәmir ox vә nizә ucluqları, xәncәr, qılınc vә bıcaq tiyәlәrinin fraqmentlәri, әrsin, tәbәrzin, balta, nal, üzәngi, zәncirlәr, su tünglәri, әl dәyirmanları, daş kitabәlәr, şüşә vә tunc bilәrziklәr, mis vә sümükdәn düzәldilmiş üzüklәr, mis sırğalar, әqiq vә pastadan hazırlanmış muncuqlar, kaurilәr, әsasәn, 13–14 әsrlәrә aid gümüş vә mis sikkәlәr vә s. tapılmışdır. Sikkәlәrin әn qәdimi Bizans imperatoru I Konstantinin adından zәrb edilmiş 4 nüsxә bәnzәtmә mis fülsdür. G.q.-nda kәsilmiş 14 әsrin sonuna aid sikkәlәrin aversindә altılәçәkli gül, reversindә “füls” sözü zәrb edilmişdir. Qazıntı sahәsindәn III Mәnuçehrin adından Şamaxıda zәrb edilmiş, çәkisi 3,5 q olan gümüşә salınmış mis dirhәm, II FәribürzI Gerşәsbin adından kәsilmiş mis sikkәlәr dә tapılmışdır. Tәdqiqatlar nәticәsindә bir neçә qәbir, o cümlәdәn islam qaydalarına uyğun (sol böyrü üstә uzadılmış vәziyyәtdә, üzü c.-q.-ә) dәfn edilmiş 11–13 yaşlı uşağa mәxsus qәbir (skeletin iç qalada aşkar olunması onun Şirvan şahları ailәsinә mәnsubluğu ehtimalını yaradır) aşkar edilmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU