GÜLÜSTAN TÜRBƏSİ – orta әsrlәrә aid Azәrb. memarlıq abidәsi. Culfa r-nunun (Nax. MR) Gülüstan k. yaxınlığındadır. Mömünә xatun türbәsinin tәsirilә 13 әsrin әvvәllәrindә tikilmiş G.t. Azәrb.-ın qüllәvarı türbәlәri qrupuna daxildir. Türbәnin 12 üzlü gövdәsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (künclәri kәsilmiş kub formasındadır) isә yonulmuş daşdan tikilmişdir. Azәrb.-ın digәr türbәlәrindәn fәrqli olaraq, G. t.-nin sәrdabası yerüstü hissәdә (kürsülüyündә) yerlәşir. Türbәnin sәthlәrioyma hәndәsi ornamentlәrlә bәzәdilmiş, dekorativ tağlarla çәrçivәlәnmişdir. Gövdәnin oturacaqla birlәşәn hissәsi, elәcә dә günbәzә keçid yeri stalaktit şәkilli oyma qurşaqla әhatә edilmişdir. Ornamentlәrlә digәr bәzәk elementlәrinin üzvi surәtdә birlәşdirilmәsi vә әlaqәlәndirilmәsi abidәyә qabarıq vә plastik görkәm verir.
Əd.: S a l a m z a d ә Ə.V. Əcәmi Əbubәkr oğlu vә Naxçıvan memarlıq abidәlәri. B., 1976; Q i y a s i C. Nizami dövrünün memarlıq abidәlәri. B., 1991.

Gülüstan türbәsi bәrpadan sonra.










