GÜLÜSTANTƏPƏ – Azәrb. Resp. Şabran r-nu Gәndov k.-nin c.-unda orta әsrlәrә aid yaşayış yeri. Uzunsov formalı tәpәnin üstündәki düz sahәdә, hәm dә onun әtrafında olmuşdur. Mәdәni tәbәqәnin qalınlığı tәqr. 1,5 m-ә çatır. G.-dәn şirli vә şirsiz gil qab qırıqları vә s. aşkar edilmişdir.










