GÜLYATAQ – Azәrb. Resp. Tәrtәr r-nunun Canyataq ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 24 km c.-q.-dә, dağәtәyi әrazidәdir. Əhalisi işğaldan (1993, iyun) әvvәl üzümçülük vә heyvandarlıqla mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, tibb mәntәqәsi var idi.










