“GÜLZAR” – Azәrb.-da edadi (orta) mәktәblәrin 4-cü sinfi üçün Abdulla Şaiqin tәrtib etdiyi әdәbiyyat dәrsliyi (1912). “G.”-da müәllifin 15 әsәrindәn әlavә, Füzuli, Vaqif, M.F.Axundzadә, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Sәhhәt, A.Puşkin, M.Lermontov, M.Qorki, A.Çexov vә b.-nında hekayә vә şeirlәri dәrc edilmişdir. A.Şaiqin “Uşaq çeşmәyi” (1907) vә “Uşaq gözlüyü” (1909) әlifba dәrsliklәrindәn sonra dövrünün demokratik mәzmunlu, qabaqcıl әdәbi vә pedaqoji әnәnәlәri әsasında tәrtib olunmuş “G.” şagirdlәrin tәlim-tәrbiyәsindә, әdәbi-estetik zövqünün tәşәkkülündә mühüm rol oynamışdır.










