GÜMRÜ – Erm.-ın şm.-q.-indә şәhәr, Şirak mәrzinin inz. m. Əh. 122 min (2011; әhalisinin sayına görә ölkәnin ikinci şәhәri). Şirak platosunda, 1500 m yüksәklikdә, Axuryan çayının (Araz çayının sol qolu) sol sahilindә yerlәşir. D.y. vә avtomobil yolları qovşağı. G. adı, ehtimal ki, kimmer (qamәr) tayfasının adından götürülmüşdür. 1728 ildә Şörәyel nahiyәsinә, sonra isә İrәvan xanlığına daxil idi. Əhalisi, әsasәn, türk-müsәlmanlardan ibarәt idi. Xanlığın işğalından sonra Türkmәnçay müqavilәsinә (1828) әsasәn çar Rusiyasına qatılmış, 1837 ildә rus çariçasının şәrәfinә Aleksandropol adlandırılmışdı. 1840 ildә şәhәr statusunu almışdı. Aleksandropol qәzasının mәrkәzi idi. Qafqaz tәqviminin (1917) mәlumatına görә, burada yaşayan 51 874 nәfәr әhalinin 43 464 nәfәri yerlilәr, 8410 nәfәri müvәqqәti yaşayanlar idi. Çarizmin köçürmә siyasәti nәticәsindә hәrbi-strateji mәntәqә olan G.-dә ermәnilәrin vә rusların sayı artırıldı. Fevral inqilabından (1917) sonra G.-dә Müvәqqәti hökumәtin yerli orqanı ilә yanaşı, Fәhlә vә әsgәr deputatları soveti dә yaradıldı. Qәrbi Azәrbaycan әrazisindә daşnak hökumәti 1918 il mayın 28-dә quruldu. 1920 ilin mayında burada sovet hakimiyyәti qurulsa da, daşnaklar tezliklә onu yıxmağa nail oldular. 1920 il noyabrın 7-dә türk qoşunları Aleksandropolu tutdu. Noyabrın 17-dә burada elan edilәn sovet hakimiyyәti formal xarakter daşıyırdı. Dekabrın 2-dә Türkiyә hökumәti ilә Ermәnistan Resp. arasında Gümrü müqavilәsi (1920) bağlandı, lakin artıq noyabrın 29-da Ermәnistanda sovet hakimiyyәti elan olunduğundan, yeni hökumәt hәmin müqavilәni tanımaqdan imtina etdi. Ermәnistan SSR-in tәrkibindә qalan Aleksandropol 1924–91 illәrdә Lenin akan adlanırdı. G.-dә Rusiyanın hәrbi bazası yerlәşir (1995 ildәn).










