GÜMÜŞ, Dәmәşq – İrәvan xanlığının Dәrәçiçәk mahalında (9.9.1930 ildәn Axta, 30.6.1959 ildәn Razdan r-nu), Zәngi çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni-daşnak hücumlarına mәruz qalaraq әhalisi qovulmuş vә kәnddә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. 19.4.1991 ildә kәndin adı dәyişdirilәrәk Karenis qoyulmuşdur.










