Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜMÜŞ
    GÜMÜŞ (lat. Argentum), Ag – kimyәvi element, dövri sistemin qısa formasının I qrupundadır, nәcib metallara aiddir; at.n. 47, at.k. 107,8682. Tәbiәtdә 2 stabil izotopu vardır: 107Ag (51,839%) vә 109Ag (48,161%). G. çox qәdim dövrlәrdәn (e.ә. 4-cü minillikdә) Misirdә, İranda, Çindә mәlum idi. Yer qabığında G.-ün miqdarı kütlәcә 8· 10–6%, dәniz suyunda 1,5·10–8–2,9·10–7%, şirin suda 2,7·10–8 %-dir. 60-dan çox mineralı mәlumdur.
    Xassәlәri. G. atomunun xarici elektron tәbәqәsinin konfiqurasiyası 4d105s1; oksidlәşmә dәrәcәsi +1 (әn davamlı), +2, +3; Polinqә görә elektromәnfiliyi 1,93; atom radiusu 145,4 pm-dir. G. ağ-parlaq, yumşaq vә plastik metaldır. Kristal qәfәsi üzlәrә mәrkәzlәşmiş kubdur; tәr. 961,93ºC, tqayn. 2167ºC, sıxlığı 10491 kq/m3; metallar arasında әn yüksәk istilik [273 K-dә 419 Vt/(m·K)] vә elektrik (0°C-dә 8,4 mkOm·sm) keçiriciliyinә malikdir; dia maqnitdir. Kimyәvi az aktivdir, daha aktiv metallarla öz birlәşmәlәrindәn asanlıqla sıxışdırılıb çıxarılır. G. ionları kömür, H2 vә d. reduksiyaedicilәrlә Ag0-a reduksiya olunur. Otaq temp-da havanın oksigeni ilә qarşılıqlı tәsirdә olmur, 170ºC-dәk qızdırıldıqda nazik Ag2O tәbәqәsi ilә örtülür. G.-ün nәmlik iştirakında ozonla oksidlәşmәsin dәn Ag2O vә Ag2O2 alınır. G. duru vә qatı HNO3-dә asan hәll olaraq gümüşnitrat AgNO3, qatı H2SO4-dә qızdırıldıqda Ag2SO4 әmәlә gәtirir. Qızdırılmış G.-ün oksigen iştirakında S vә ya H2S ilә qarşılıqlı tәsirindәn Ag2S, xalkogenlәr, P, As vә C ilә reaksiyasından binar birlәşmәlәr alınır. Halogenlәr nәmlik iştirakında, qatı hidrogen-halogenid turşuları metal G. ilә tәdricәn (yavaş) reaksiyaya girәrәk gümüş-halogenidlәr AgX әmәlә gәtirir. Ərimiş qәlәvilәr vә üzvi turşular metal G.-ә tәsir etmir. G.-ün çox saylı kompleks birlәşmәlәri mәlumdur. Ag(I)-in әksәr birlәşmәlәri AgF, AgNO3, AgClO4 vә AgClO3 istisna olmaqla suda pis hәll olur. G.-ün duzları rәngsiz vә ya zәif sarımtıl maddәlәrdir. Demәk olar ki, bütün Ag(I) birlәşmәlәri işıqda sәrbәst G.-әdәk parçalanaraq boz vә ya qararәngә boyanırlar ki, bundan foto qrafiyada istifadә olunur. G.-ün әsas hissәsi müxtәlif üsullarla polimetal, qızıl vә mis filizlәrindәn alınır. Metal G. bakterisid xassәlәrә malikdir, 40– 200 mkq/l qatılıqda mәhluldakı sporsuz, daha yüksәk qatılıqlarda sporlu bakteriyaları mәhv edir. H2, O2, Ar vә d. qazları yaxşı adsorbsiya edir. G. vә onun әrintilәri kino- vә fotomaterialların, elektrotexnikada vә elektronikada rele elementlәrinin, kontaktların, keçirici tәbәqәlәrin vә d. qurğuların, zәrgәrlik mәmulatlarının, qab-qacaqların hazırlanmasında, güzgülәrin vә yeyinti sәnayesi aparatlarının gümüşlәnmәsindә istifadә olunur. Üzvi sintezdә oksidlәşmә reaksiyalarında, NO-nun reduksiyasında katalizator kimi tәtbiq edilir. Orqanizmdә zülallarla (qanın qlobulinlәri, hemoqlobin vә s. ilә) kompleks birlәşmәlәr әmәlә gәtirәn G. bitki vә heyvanların daimi tәrkib hissәsidir. Heyvanlarda bәzi endokrin vәzilәrdә, gözün piqment qişasında vә qanda (eritrositlәrdә) toplaşır. G. preparatları antibakterial büzüşdürücü vә yandırıcı tәsirә malikdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU