GÜMÜŞXANA – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4. 1991 ildәn Vayk r-nu) azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak hücumlarına mәruz qalan kәnd dağıdılmış, әhalisi isә bir hissәsi qәtlә yetirilmiş, sağ qalanlar qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulandan sonra әhalinin bir hissәsi geri dönsә dә, bir müddәt sonra kәndi tәrk etmәk mәcburiyyәtindә qalmışdır. O vaxtdan kәnd xaraba qalmışdır.










