GÜMÜŞ-NİTRAT, g ü m ü ş ( I ) n i t r a t, AgNO3 – nitrat turşusunun gümüş duzu. Rәngsiz kristal maddә (159,5°C-yә qәdәr rombik, yuxarı temp-rda romboedrik modifikasiya davamlıdır); tәr. 209,7°C, 300 – 500°C-dә Ag, NO2 vә O2-yә parçalanır; su da (hidroliz olunmur, HNO3-ün iştira kında hәllolması azalır), spirtlәrdә, efirdә yaxşı hәll olur; mübadilә vә kompleks әmәlәgәtirmә reaksiyalarına girir; reduksiyaedicilәrin, işığın tәsirindәn vә qızdırıldıqda Ag0-a qәdәr asan reduksiya olunur. Gümüşün nitrat turşusu ilә reaksiyasından alınır. G.-n. Ag-nın digәr birlәşmәlәrinin alınmasında, argentometriyada reagent kimi, fotoqrafiya emulsiyalarının istehsalında, güzgülәrin gümüşlәnmәsindә vә s. istifadә olunur.










