GÜMÜŞÜ ADADOVŞANI – әtlik-xәzlik ada dovşanı cinsi. 1952 ildә Rusiyanın Poltava vә Tula vil.-nin xәzlik heyvan s-zlarında Şampan cinsinin әsasında yetişdirilmişdir. Orta diri kütlәsi 4,5 kq, maks. kütlәsi 6,3 kq-dır. Mәhsuldarlığı hәr doğuşda 6–8 baladır. Xәzi gümüşü-mavi rәngdә olub, tәbii şәkildә daha qiymәtli xәzә bәnzәtmәk üçün istifadә edilir. Cavan G.a. Tula vilayәtinin “Puşnoy”, Poltava vil.-nin “Petrovski”, Tat. MR-nın “Bir yulinski” xәzlik heyvandarlıq s-zlarında yetişdirilir.

Gumuşu adadovşanı.










