GÜMÜŞÜ POLAD – tәmiz, hamar vә parlaq sәthli (pardaqlanmış, bәzәn cilalanmış) en kәsiyi dairәvi olan (diametri 0,2–25 mm) çubuq polad. Ölçülәrinin çox dәqiqliyi ilә fәrqlәnir. Əsasәn, karbonlu vә legirlәnmiş alәt poladı, habelә legirlәnmiş konstruksiya poladlarının bәzi markaları G.p. kimi hazırlanır. Sәthi mexaniki emaldan keçirilmәdәn işlәdilir.










