Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜNAH
    GÜNAH (far. ) – ilahi qanunun pozulması, insanda Allah obrazının tutqunlaşması, könüllü vә şüurlu, yaxud mәcburi vә qeyri-şüuri olaraq Allahın hökmündәn vә Allah tәrәfindәn qoyulmuş varlıq normalarından uzaqlaşma; G., ifadә etdiyi şәr ilә assosiasiya olunur vә buna görә dә çox vaxt şәr problemi kimi müzakirә olunur. G. anlayışına bütün dinlәrdә rast gәlinir. Aşşurlular vә babillilәr G.-ın allahlara qarşı edilәn sәhvlәrdәn yarandığına, şumerlәr insanın potensial günahkarlığına vә bunun nәsildәn-nәsilә keçdiyinә inanırdılar. Zәrdüştilikdә G. iradi şәkildә Allahın әmrinә riayәt etmәmәk, yunanlarda isә fövqәltәbii qüvvәlәrә qarşı çıxmaq kimi ifadә olunurdu. Konfusiçilikdәn әvvәl Çindә G. göyün iradәsilә tәşkil olunan kosmik ilahi nizama qarşı hücum, yaxud cinayәt kimi başa düşülürdü. Konfusiçi әxlaq sisteminә görә, insanın tәbiәti anadangәlmә G. etmәyә vә kosmik nizamdan çıxmağa meyillidir. Hinduizmbuddizmdә G. karma ilә bağlıdır. İudaizmdә G. Allah-insan münasibәtindә Allahı seçmәmәk, elәcә dә, bu münasibәtin pozulması vә parçalanmasıdır. Əhdi-әtiqdә G. “sәhv”, “müqavimәt, qiyam”, “cinayәt” kateqoriyaları ilә ifadә olunur. Yer üzündә insanın Allahın hökmünә ilk itaәtsizliyi vә onun nәticәlәrinin tәsvirinә artıq Bibliyanın әvvәlindәn (Yaradılış 3) rast gәlinir. Bu itaәtsizliyin nәticәsindә tәkcә Allah vә insan arasında deyil, hәm dә insanların özlәri arasında da birlik pozulmuşdur (Yaradılış 3:8,12; 4:8–9). Bәşәri planda G. ailәvi vә ictimai әlaqәnin qırılmasına, Allaha qarşı edilәn G. isә Allahdan uzaqlaşmağa sәbәb olur. Xristianlıqda G. insanın istәyinin ilahi iradәyә qarşı çıxmasıdır. Əhdi-cәdiddә G. “sәhv, cinayәt”, “mәnәvi pozğunluq”, “qәbahәt” kateqoriyaları ilә ifadә edilir. Əhdicәdid özünü bәşәriyyәtә qurban verәrәk “dünyanın günahını aradan götürәn Allah Quzusu”nun (Yәhyanın nәql etdiyi müjdә 1:29), gәlişini Əhdi-әtiq peyğәmbәrlәrinin qabaqcadan xәbәr verdiyi Xilaskarın (İsanın) zühur etmәsiylә başlayır. Bununla belә, artıq İncildә İsa Mәsih bağışlanmayan G.-dan da bәhs edir: “...hәr hansı günah vә küfr insanlara bağışlanacaq, amma Müqәddәs Ruha qarşı küfr bağışlanmayacaq” (Mattanın nәql etdiyi müjdә, 12:31–32; eyni mәzmunlu ayә üçün bax Quran 4:48). Xristianlıqdan fәrqli olaraq islam dininә görә, insan dünyaya günahsız gәlir, çünki ilk G.-ın icraçıları Adәm vә Hәvva Allah tәrәfindәn bağışlanmış, Adәmә peyğәmbәrlik verilmişdir. Quranda G. “insanı xeyirdәn mәhrum edәn hәrәkәt”, “nәticәsi pis olan hәrәkәt”, “qeyri-qanuni hәrәkәt”, “ağırlıq”, “insanı hәqiqәtdәn yayındıran hәrәkәt vә ya davranış” vә s. mәnalı müxtәlif sözlәrlә ifadә olunmuşdur. İslam dini G.-ı doğuran faktorları daxili vә xarici olmaqla iki qrupda ümumilәşdirir. Daxili faktorlara heyvan canı xislәtli “sövqedәn can” (“әn-nәfsül-әmmarә”; Quran 12:53), fövqәltәbiini düşün mәdәn sırf tәbii yaşama instinkti (2:95-96), psixoloji zәiflik (4:28), ictimai bağlılıqlar (2:155; 3:14) daxildir. Xarici faktorlar kimi ictimai mühit (6:116; 25:28) vә müxtәlif tәhrikedici amillәrin yekunu olan şeytan obrazı göstәrilir. Sosial münasibәtlәrin mühüm әhәmiyyәt verildiyi islam dinindә üç qrupda (özünә, başqasına vә Allaha qarşı) tәsnif edilәn G.-ların әn pisi (Allahın varlığını inkar etmәk istisna olmaqla) baş qasına yönәlmiş G.-dır. İctimai hәyatın әn müxtәlif sferalarında fәrdi vә kollektiv davranışları tәnzimlәmәk mәqsәdilә islam hüququnda böyük vә kiçik olmaqla G.-lara görә müxtәlif cәzalar nәzәrdә tutulur, eyni zamanda islam etikası G. doğuran hәr bir faktorun tәsirindәn qorunma üsullarını tәklif edir. Müxtәlif dinlәrdә G.-dan arınmaq vә günahkarlıq hissindәn azad olmaq üçün tövbә ayini mövcuddur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU