GÜNBƏZLİ, Günbәz – İrәvan xanlığının Abaran mahalında (9.9.1930 ildәn Abaran, 3.1.1935 ildәn Aparan r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edildikәn sonra kәndin әhalisi qovulmuş vә 1829–30 illәrdә burada Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. 1850-ci illәrdә kәnd lәğv edilmiş vә xarabalığa çevrilmişdir.










