GÜNEY, G ü n e y t ә p ә, A l l a h q u l u – Yeliza vetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn İcevan r-nu) azәrb.-ların yaşadığı kәnd. G. k. hәmin әrazidәki eyni adlı kәndin xarabalıqları yerindә salınmışdır. Bu xarabalıqlar Güneysu çayının hәr iki sahili boyunca sәpәlәnmişdir. Maddi dәlillәrә görә bu әrazidә Güney yaşayış mәntәqәsi 13 әsrdәn çox әvvәllәr mövcud olmuş vә monqol-tatar hücumları zamanı kәnd dağıdılmışdır. 17 әsrdә kәnd Güney adı ilә yenidәn mәskunlaşdırılaraq böyük bir әrazini әhatә etmişdir. G.k. Zaqafqaziya MİK-nin 5 avqust 1929 il tarixli qәrarı ilә Azәrb. SSR әrazisinin bir sıra sәrhәd torpaqları ilә yanaşı Ermәnistan SSR-ә verilmişdir. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Getaşen, 25.5.1967 ildә yenidәn dәyişdirilәrәk Kirants qoyulmuşdur.










