GÜNEYQIŞLAQ – Azәrb. Resp. Şahbuz r-nunda (Nax. MR) kәnd. Güney Qışlaq ә.d.-nin mәrkәzi. Rayon mәrkәzindәn 17 km şm.-da, Küküçayın (Naxçıvançayın qolu) sahilindә, Dәrәlәyәz silsilәsinin әtәyindәdir. Əh. 577 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, feldşer-mama mәntәqәsi, baytarlıq mәntәqәsi var.










