GÜNEYPƏYƏ – Azәrb. Resp. Kәlbәcәr r-nunun Sarıdaş ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 14,4 km şm.-ş.-dә, Şәrqi Göyçә silsilәsinin әtәyindәdir. Əh. 587 (2017); işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olmuşdur. Əsas mәktәb, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var idi.










