GÜNEYYURD – İrәvan xanlığının Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) aran hissәsindә azәrb.-ların yaşadığı kәnd. 20 әsrin әvvәllәrindә kәnd ermәni-daşnak hücumlarına mәruz qalmış vә dağıdılmışdır. Xarablıqları mahalın Avşar k. yaxınlığında son vaxtlara qәdәr qalmaqda idi.










