GÜNƏŞ – Günәş sisteminin mәrkәzi cismi, Yerә әn yaxın ulduz. G.-in kütlәsi 1,990×1030 kq (Yerin kütlәsindәn 332958 dәfә böyük), radiusu 696230 km-dir. G.-in Yerdәn orta mәsafәsi (astronomik vahid, a.υ.) 149597870700 m-dir (işıq bu mәsafәni tәxminәn 500 san-yә keçir). G. qaz (plazma) kürәsi şәklindәdir. Orta sıxlığı 1409 kq/м3, sәthindә ağırlıq qüvvәsi tәcili 274m/san2 (Yerinkindәn 28 dәfә böyük). G. öz oxu әtrafında tәqr. 27 sutka orta periodla fırlanır, lakin onun fırlanması diferensialdır: ekvatorda fırlanma periodu 25 sutkaya yaxın, qütblәrdә isә 30 sutkanı keçir. G.-in görünәn ulduz ölçüsü mV= –26,73, mütlәq ulduz ölçüsü M = 4,83-dür. Ulduzların spektral tәsnifatında G. dG2 sinfinә aid sarı cırtdan ulduzdur. G. üçün birinci kosmik sürәt 438km/san, ikinci kosmik sürәt 618 km/san (Yerinkindәn 55 dәfә böyük), mәrkәzindә temp-r tәqr. 1,5×107 K, tәzyiq 2,2×1016 N/m2, sıxlıq 1,5×105 kq/m3. G.-i teleskopla ilk dәfә Q.Qaliley müşahidә etmişdir (1610). İlk müşahidәlәrdәn Günәş lәkәlәri aşkara çıxarılmış vә Günәşin öz oxu әtrafında fırlanma periodu tәyin edilmişdir. 1843 ildә alman astronomu H.Şvabe Günәş aktivliyinin dövrü olmasını müşahidә etmişdir. Spektral analiz metodlarının inkişafı G.-dә fiziki şәraitin öyrәnilmәsinә imkan yaratdı. 1814 ildә Y.Fraunhofer G. spektrindә tutqun udulma xәtlәrini müşahidә etdi vә bununla da G.-in kimyәvi tәrkibinin öyrәnilmәsinin әsasını qoydu. G. tutulmalarının 1836 ildәn aparılan müşahidәlәri nәticәsindә Günәş tacı vә Günәş xromosferi aşkar edildi. Bu müşahidәlәrin birindә protuberanslar, onlarda da ilk dәfә helium tapıldı. Amerika astronomu C.Heyl G. lәkәlәri spektrinin Fraunhofer xәtlәrinin Zeyeman parçalanmasını (bax Zeyeman effekti) müşahidә etdi vә G.-dә maqnit sahәlәrinin mövcudluğu sübut olundu (1908). Qalaktika da G.-dәn radiusca tәqr. 1000 dәfә kiçik olan milyonlarla ulduz var. G. Qalaktika mәrkәzindәn 3300 işıq ili mәsafәdә olub, tәqr. 240 km/san sürәtlә onun mәrkәzi әtrafında 225–250 mln. ilә bir tam dövr edir.

Günәşin quruluş sxemi: 1 – nüvә; 2 – şüalanma ilә daşınma zonası; 3 – konvektiv zona;
4 – fotosfer; 5 – xromosfer; 6 – Günәş tacı (UB şüalanmada); 7 – Günәş lәkәlәri; 8 – protuberanslar.
G.- in d a x i l i q u r u l u ş u, G.-i şәrti olaraq müxtәlif fiziki zonalara bölmәk olar (şәkil): G. mәrkәzindәn tәqr. 0,2 G. radiusu mәsafәyәdәk yerlәşәn G. n ü v ә s i n d ә istilik-nüvә reaksiyaları gedir: hәr reaksiyada 4 proton 1 helium nüvәsinә çevrilir. G. nüvәsindә saniyәdә 4,3 mln. t hidrogen yanır vә nüvәdә gedәn bu reaksiya mlrd. illәr davam edә bilәr. G.-in ümumi şüalanmasının gücü 3,83×1026 Vt, onun Yerә gәlib çatan hissәsi tәqr. 2×1017 Vt-dır. Ondan sonra 0,69 G. radiusu mәsafәsinәdәk ş ü a l a n m a i l ә d a ş ı n m a z o n a s ı gәlir vә enerji seliradial istiqamәtdә aşağı tәbәqәlәrdәn yuxarı tәbәqәlәrә verilir. G. mәrkәzindәn uzaqlaşdıqca temp-r azaldığından şüalanma tezliyi zәiflәyir (bax Vin qanunu). G.-in bütün bu daxili hissәsi tәxminәn 27 sut kalıq periodla fırlanır. Sonra 0,69-dan 0,72 G. radiusuna qәdәr t a x o k l i n adlanan dar sahәdә diferensial fırlanma ya kәskin keçid baş verir. Müasir tәsәvvürlәrә görә taxoklin G.-dә maqnit sahәlәrinin hәyәcanlanmasında çox mühüm rol oynayır. Taxoklindәn başlayaraq G. plazmasının temp-ru azalır, onun qeyri-şәffaflığı isә o qәdәr yüksәlir ki, nüvәdә hasil olan energinin şüalanma ilә yuxarı daşınması mümkün olmur vә 0,72 G. radiusu sәviyyәsindәn k o n v e k t i v z o n a n ı n inkişafı baş verir. Burada enerjinin ötürülmәsi konveksiya yolu ilә hәyata keçir. Enerjinin bu yolla ötürülmәsi şüalanmaya nisbәtәn bir neçә dәfә effektlidir vә G. sәthindәki istilik seli konveksiya yolu ilә bütünlüklә fotosferә daşınır. G.-in parlaqlığını tәmin edәn fotosferin kәsilmәz spektri fonunda tәqr. 70 elementә aid (kütlәcә 73,7% hidrogen, 24,5% helium, 1,8% qalanları) olan 20000-dәk Fraunhofer xәtlәri müşahidә edilir. G.-in müşahidә oluna bilәn xarici tәbәqәlәri onun atm.-ini әmәlә gәtirir. G.-in tәxminәn bütün şüalanması atm.-in fotosfer adlanan aşağı hissәsindәn baş verir. Fotosferdә şüalanma vә udulma әmsalları dәrinlikdәn asılı olaraq kәskin şәkildә artır – G. diskinin kәnarının kәskinliyi bununla izah edilir. Fotosferin qalınlığı tәqr. 300 km, orta sıxlığı 3×10–4 kq/m3-dir. Fotosferdә temp-r xarici tәbәqәlәrә doğru getdikcә azalır; onun orta qiymәti 6000 K tәrtibindә, sәrhәdindә isә tәqr. 4200 K-dir. Tәzyiq 2×104 -dәn 102 N⁄m2 -ә qәdәr dәyişir. Çox vaxt fotosferdә G ü n ә ş l ә k ә l ә r i vә m ә ş ә l l ә r müşahidә edilir. Günәş lәkәlәri tutqun törәmәlәr olub, әsasәn daha tutqun nüvәdәn (kölgәdәn) vә onu әhatә edәn yarımkölgәdәn ibarәtdir. Lәkәlәrin diametri 200000 km -ә çatır. Lәkәlәrin yaşama müddәti bir neçә saatdan bir neçә aya qәdәrdir. Lәkәlәrin spektrindә fotosferin spektrindәkinә nisbәtәn daha çox udulma xәtlәri vә zolaqları müşahidә edilir. Böyüklәrinin nüvәsindә maqnit sahәsi 4500 Qs-a çatır. Lәkәlәrin yaranması ondakı güclü maqnit sahәsinin konveksiyanı “cilovlaması” ilә izah edilir. Lәkәnin temp.-ru fotosferin kindәn tәqr. 1500–2000° aşağıdır (4500 K vә aşağı). Lәkәlәrin vә ziyyәtinә vә Dopler effektinә әsasәn aşkar edilmişdir ki, G. Yerin öz oxu әtrafında fırlanma istiqamәtindә fırlanır. G.-in aktiv oblastlarında mәşәllәr – parlaq fotosfer törәmәlәri müşahidә olunur. Adәtәn mәşәllәr lәkәlәrdәn әvvәl peyda olur vә onlar yox olandan sonra bir müddәt qalır. Mәşәllәrin sahәsi uyğun lәkә qrupunun sahәsindәn bir neçә dәfә böyükdür. Mәşәllәrin temp-ru fotosferin temprundan bir neçә yüz dәrәcә yüksәkdir, 1 sm2-dәn baş verәn ümumi şüalanması fotosferinki ilә müqayisәdә 3–5 % çoxdur. Onların orta yaşama müddәti 15 gündür, lakin bәzәn 3 ayada çata bilir. Fotosferdәn yuxarıda G. atm.-inin xromosfer (G ü n ә ş x r o m o s f e r i) adlanan tәbәqәsi yerlәşir. G. xromosferinin diskinin kәnarında qeyri-hamar zolaqlar kimi ayrıayrı dişciklәr – xromosfer spikulları görünür. Spikulların diametri 200–2000 km, hünd. 10000 km tәrtibindәdir. Fotosferdәn xromosferә keçid baş verәn tәbәqәdә temr-r minimumdan keçir, hünd. Artdıqca 8000–10000 K -ә, bir neçә min km. hünd.- dә isә 15000–20000 K-ә çatır. Xromosferdә sıxlıq G. mәrkәzindәn olan mәsafә artdıqca tәdricәn 10–10–10–11 kq⁄m3-ә qәdәr düşür. Xromosferin şüalanması әsasәn ayrı-ayrı spektral xәtlәrdә cәmlәnmişdir. Hesab edilir ki, xromosferdә 5000-dәn 20000–50000 K-ә qәdәr müxtәlif kinetik temp-ra malik eyni zamanda eyni bir yerdә mövcud olan oblastlar var. Xromosferdә alışmalar (G ü n ә ş a l ı ş m a l a r ı) müşahidә edilir. G. alışmaları G. xromosferinin ayrı-ayrı sahәlәrinin parlaqlığının qәfil vә nisbәtәn qısamüddәtli (bir neçә dәqiqәdәn bir neçә saata qәdәr) yüksәlmәsidir. G. alışmalarının sahәsi 1015m2-ә çatır. Adәtәn G. alışmaları, mürәkkәb konfiqurasiyalı maqnit sahәsinә malik G. lәkәlәrinin yaxınlığında aktiv oblastlarda baş verir vә böyük miqdarda enerjinin (1024–1025 C-a qәdәr) ayrılması ilә müşayiәt olunur, yәni G. alışmaları G. aktivliyinin әn güclü tәzahürüdür. Bәzi alışmalar Günәş mәnşәli kosmik şüalarla müşayiәt olunur. Kosmik gәmilәr vә orbital stansiyalar üçün bu hadisәlәr xüsusilә tәhlükәlidir, belә ki, yüksәk enerjili kosmik şüalar kosmik aparatın örtüyündә kosmonavtlar üçün tәhlükәli dozada ola bilәn tormoz şüalanması törәdir. G. alışmalarının proqnozlaşdırılması vә onlar haqqında informasiya Günәş xidmәtinin әsas mәsәlәlәrindәn biridir. G ü n ә ş t a c ı G. atmosferinin әn xarici vә daha çox seyrәklәşmiş hissәsidir, xromosfer üzәrindә yerlәşir vә G.-in radiusundan bir neçә dәfә böyük (10-dan çox) mәsafәlәrәdәk uzanır. 1930-a qәdәr tacı yalnız tam G. tutulmaları zamanı müşahidә etmәk olurdu, koronoqrafın ixtirasından sonra tutulma olmadan da müşahidә edildi. Tacın ümumi forması G. aktivliyinin dövriliyindәn asılıdır: minimum dövründә tac ekvator boyunca güclü dartılmış şәkildә, maks. dövründә isә tәxminәn sferik olur. G. tacı sәthinin parlaqlığı G. diski sәthinin parlaqlığından milyon dәfә azdır. Onun işıqlanması әsasәn fotosfer şüalanmasının sәrbәst elektronlarla sәpilmәsi nәticәsindә yaranır. Praktiki olaraq tacda bütün atomlar ionlaşıb. Tacın әsasında (özülündә) ionların vә sәrbәst elektronların konsentrasiyası 1sm3-dә 109-dur. G. tacının qızması xromosferin qızmasına analoji olaraq baş verir. Ən çox enerji ayrılması tacın aşağı hissәsinidә yaranır. Tacda temp-r 106 K-i keçir. Aktiv oblastlarda daha yuxarı – 107 K-ә yaxın olur. Hesablamalar göstәrir ki, G. tacı planetlәrarası mühitlә tarazlıqda olmur. Tacdan planetlәrarası mühitә Günәş külәyi әmәlә gәtirәn zәrrәciklәr seli yayılır. Tacın xarici hissәlәrindә enerjinin böyük hissәsini G. külәyi daşıyır. Xromosferlә tac arasında nisbәtәn nazik keçid tәbәqәsi yerlәşir vә burada temp-r tac üçün xarakterik olan qiymәtә qәdәr kәskin artır. Keçid tәbәqәsi G.-in ultrabәnövşәyi şüalanmasının böyük hissәsinin mәnbәyidir. G.-in müşahidә olunan bütün radioşüalanmasını xromosfer, keçid tәbәqәsi vә tac verir. Aktiv oblastlarda xromosferin, tacın vә keçid tәbәqәsinin quruluşu dәyişir. Günәş tacı yüksәk temp-ra malik olduğuna görә qravitasiya onu statik tarazlıq halında saxlaya bilmir, G.-dәn uzaqlaşdıqca bütün istiqamәtlәrdә plazma seli kimi Günәş külәyinә çevrilәrәk dinamik qaçış rejiminә keçir. Günәş külәyi, Günәş maqnit sahәlәri vә Günәş kosmik şüaları ilә dolmuş Günәş әtrafındakı fәza oblastı heliosfer adlanır. G.-in Günәş külәyini bütün istiqamәtlәrә buraxmasına baxmayaraq heliosfer dartılmış formada olur vә bu, G.-in ulduzlararası mühitә nәzәrәn hәrәkәti ilә izah edilir. G.-dәn müәyyәn mәsafәdә sәsdәn yüksәk sürәtli Günәş külәyi ulduzlar arası qazla toqquşur, kәskin şәkildә yavaşıyır vә sürәti sәs sürәtindәn kiçik olur. Günәş külәyinin ulduzlararası mühitlә qarşılaşdığı heliosferin xarici sәthi heliopauza adlanır. Heliopauzaya qәdәr mәsafә vә onun forması hәlәlik dәqiq tәyin olunub, lakin Yupiter vә Saturnun tәdqiqi mәqsәdilә 1977 ildә buraxılmış “Voyacer-1” vә “Voyacer-2” planetlәrarası stansiyalar 2010 ilin axırında bütün Günәş sistemini keçmiş vә Günәş külәyinin üstünlük tәşkil etdiyi G. sisteminin hüdudlarını tәrk edәrәk helio pauzanın iki müxtәlif nöqtәsindәn keçmәyә başlamışdır. 2012 il avqustda “Voyacer-1” Günәş sisteminin hüdudlarından kәnara çıxaraq G.-dәn 121,7 a.v. qәdәr uzaqlaşmışdır. Alınan informasiya heliopauzada sәrhәdi vә fiziki şәraiti dәqiqlәşdirmәyә kömәk etmişdir.










