“GÜNƏŞ” – Bakıda Azәrb. dilindә nәşr olunmuş ictimai-siyasi vә әdәbi qәzet. İlk nömrәsi 1910 il avqustun 24-dә, sonuncusu isә 1911 il yanvarın 20-dә çıxmışdır (hәftәdә 3 dәfә, cәmi 121 nömrә). Naşiri Orucov qardaşları, redaktoru Əhmәd Kamal Akünal idi. Qәzetin işindә Y.Talıbzadә, M.Ə.Sabir, Abdulla Şaiq, Qafur Rәşad, A.Divanbәyoğlu vә b. milli mәfkurәli ziyalılar iştirak etmişlәr.










