Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜNƏŞ BATAREYASI 
    GÜNƏŞ BATAREYASI – bir neçә foto element әsasında elektrik mәnbәyi; Günәş elementlәrindәn ibarәt panel şәklindәdir. 1883 ildә Amerika mühәndisi Ç.Fritts üzәrinә qızıl çәkilmiş selendәn istifadә edәrәk ilk günәş elementi (f.i.ә. 1%) hazırlamışdır. 1954 ildә Amerika alimlәri K.Fuller, D.Çapin vә C.Pirson f.i.ә. 4% (sonralar 15%-ә çatdırdılar) olan G.b. yaratdılar. ABŞ-da 17.3.1958 ildә G.b. olan ilk süni peyk – “Van guard 1”, SSRİ-dә 15.5.1958 ildә “Sputnik-3” buraxılmışdır. 2.6.2014 ildә Payern (İsveçrә) aeroportundan G.b.-lı ilk tәyyarә (sürәti 140 km/saat; 2,3 t ağırlığında günәş elementlәri ilә örtülmüş qanadının uz. 72 m idi) uçuş etmişdir.G.b.-ları konstruksiyasına (kristal lövhәlәr, nazik plyonkalar, çoxkeçidli strukturlar vә s.) vә işçi materialına (silisium, qallium-arsenid, kadmium-tellurid vә s.) görә fәrqlәnirlәr. Birinci nәsil G.b. silisium kristalının [monokristal, f.i.ә. 14–18% vә polikristal (multikrsital), f.i.ә. 12–15%] bazasında hazırlanırdı. Birbaşa günәş şüalanması şәraitindә 100 sm2 sahәsi olan belә element 1,8 Vt gücündә enerji verә bilir. İkinci nәslә naziklövhәli (qalınlığı 1,5–2,5 mkm) G.b.-ları aiddir: altlığın (mәs., şüşә, metal folqa) üzәri işçi material (amorf silisium, mikrokristal silisium, kadmiumtellurid vә s., f.i.ә. 17–20%) ilә örtülür Belә G.b.-ları sәpәlәnmiş şüalanma zamanı işlәyә bilir vә istәnilәn konfiqurasiyanın üzәrinә yerlәşdirilir. Üçüncü (әn sәmәrәli) nәslә çoxsaylı yarım keçirici qatlardan hazırlanan çoxkeçidli (çox tәbәqәli) G.b.-ları aiddir. Hәr bir yarım keçirici qat günәş spektrinin müәyyәn diapazonunu daha effektiv udur. Maya dәyәri yüksәk olduğu üçün tәtbiqi aviasiya, kosmik sahәlәrlә mәhdudlaşır. Ge (aşağıdakı yarımkeçirici vә altlıq), GaAs vә GaInP (GaInP/GaAs/Ge, f.i.ә. 44,75-әdәk) ibarәt 3 tәbәqәli struktur әn sәmәrәli G.b. hesab edilir. G.b.-ları uzunömürlüdür, istifadә müddәti 10 ildәn (naziklövhәli) 35 ilәdәkdir kristallik), yığılması sadәdir. Onların yaradılmasında әsas çәtinliklәr texnoloji proseslәrin mürәkkәbliyi, f.i.ә.-nin nisbәtәn azlığı, istismar üçün böyük sahәlәrin tәlәb edilmәsidir. G.b. kosmik apartların, gәmi avadanlıqlarının, müxtәlif mәişәt elektronikasının (kompüterlәr, kalkulyatorlar, pleyerlәr, fәnәrlәr vә s.) enerji ilә tәmin edilmәsi, yaxud onların akkumulya torlarının yüklәnmәsi, kәnd vә şәhәrlәrdә binaların, evlәrdәki günәş suqızdırıcılarının elektrik tәchizatı üçün tәtbiq olunur.
    Günәş elektrik stansiyası. Buryatiya Resp. Biçursk r-nu (RF).
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU