GÜNƏŞ KƏLƏFİ, q a r ı n k ә l ә f i – sinir elementlәrinin toplusu; qarın boşluğunda insanın qarın vә yuxarı müsariqә arteriya uclarının әtrafında yerlәşir. G.k.-nin tәrkibinә sağ vә sol qarın düyünü, tәk yuxarı müsariqә düyünü vә düyünlәrdәn müxtәlif istiqamәtdә günәş şüasına bәnzәr (adı da buradandır) şaxәlәnәn çoxlu sinirlәr daxildir. Bu sinirlәrin tәrkibindә hissi vә parasimpatik liflәrdәn başqa çoxlu miqdarda postqanqlionar simpatik liflәr dә vardır; liflәr vәzilәri vә diafraqmanın, mәdә-bağırsaq traktının, dalağın, böyrәklәrin, böyrәküstü vәzilәrin vә s. orqanların damarlarının әzәlә qişasını innervasiya edir. Bax hәmçinin Vegetativ sinir sistemi.










