GÜNƏŞ KOMPASI – faydalı qazıntı yataqlarının axtarışı vә işlәnmәsi zamanı süxur yatımı elementlәrini, çatları, damarları vә s. ölçmәk üçün cihaz. Dәyişkәn maqnit meyilli r-nlarda topoqrafik vә geofiziki işlәr apararkәn, hәmçinin yataqların açıq işlәnmәsi zamanı böyük ölçmә xәtaları sәbәbindәn maqnit cihazlarının (mәdәn kompası, bussol vә s.) istifadәsinin qeyrimüm kün vә arzuolunmaz olduğu hallarda G.k. tәtbiq edilir. İş prinsipi günәş saatına analojidir. İstiqamәtin hәqiqi azimutunun tәyini bu istiqamәtlә günәş kölgәsinin istiqamәti arasındakı bucağın ölçülmәsinә әsaslanır.










