Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜNƏŞ KULTU
    GÜNƏŞ KULTU, s o l y a r k u l t (lat. sol – günәş sözündәn) – günәşә sitayiş. Geniş mәnada Astral kultlara daxildir. 19 әsrdә dinşünaslıqda mifoloji mәktәb çәrçivәsindә meydana gәlәn “solyar nәzәriyyә” (M.Müller, V.Mannhardt, O.F.Miller vә b.) G.k.-nu dinin әn qәdim formalarına aid edir. Əkinçili yәqәdәrki dövrdә G.k.-nun rolu az idi. Bacı-qardaş (bax Əkizlәr kultu), yaxud әr-arvad kimi Günәş vә Ay motivlәri yayılmışdı; Günәş bәzәn kişi, bәzәn dә qadın başlanğıcını ifadә edirdi. Zәngin arxeoloji materialların tәsdiq etdiyi kimi, günәşә sitayiş Neolit dövründә әkinçiliklә әlaqәdar formalaşmışdır. Günәş işıq vә istilik mәnbәyi, hәmçinin tәbiәtdә hәr şeyin inkişafının әsası kimi hәr bir xalqda özünәmәxsus ad vә rәmzlә ifadә edilirdi (Misirdә Qor vә Ra, Hindistanda Surya, İranda Mitra, yaponlarda Amaterasu, şumer-akkadlarda Utu, yunanlarda Helios, Romada vә Skandinaviya xalqlarında Sol, saamlarda Peyve vә s.). Günәşin gündәlik vә illik hәrәkәtinin sabit nizamı qanuna uyğunluğun tәcәssümü vә ilahi nizamın dәlili kimi qәbul edilir, Misirdә, Şumerdә günәş tәqvimlәri hazırlanırdı. Müxtәlif әsrlәrә aid tәtbiqi sәnәt nümunәlәrindә Günәşin gündәlik hәrәkәti müxtәlif solyar rәmzlәrlә tәsvir edilirdi (mәs., Qәdim Misirdә günәş allahı Ra hәr gün Mancet qayığında sәma Nili ilә sәyahәt edir, axşam Mesektet qayığına oturaraq Duat cәhәnnәminә enir, burada zülmәt qüvvәlәri ilә mübarizә apararaq, yeraltı Nil ilә hәrәkәt edir vә sәhәr yenidәn göy qübbәsinin şәrqindә görünür). Günәş disk, şüalı, yaxud şüasız çarx, dairә içәrisindә xaç, mәrkәzindә nöqtә olan dördbucaqlı vә s. şәkildә tәsvir olunurdu. 2 әsrәdәk әkinçiliklә mәşğul olan xalqlar arasında tәbii işıq vә hәyat mәnbәyi kimi geniş yayılmış G.k. tәdricәn “nur” anlayışı, ilahilik ideyası, hakimiyyәt vә qәlәbә rәmzi, qanun vә әdalәt anlayışlarının böyük rol oynadığı fövqәltәbii varlıqların kultuna çevrildi. Mәs., yunanlarda Günәş allahı Heliosla yanaşı işıqgәtirәn hökmdar-allah Apollon da var idi (Hindistanda Surya vә Vivasvat, slavyanlarda Xore vә Dajboq vә s.). Günәş allahı sәmavi hökmdar idi. Günәş tutulması nәhs әlamәt hesab edilirdi. Şimal yarımkürәsi xalqlarında xüsusilә qış vә yay günәşduruşu dönәmlәrindә icra olunan tәqvim ayinlәri G.k. ilә bağlı idi. Qәbir daşlarında günәş simvolları, Tunc dövrünә aid mәzarlarda cәnub istiqamәtinә üstünlük verilmәsi, yaz fәslindә Günәş çağırma mәrasimi (“Qodu-qodu”), xalq nağıl vә әfsanәlәrindә (mәs., Dәdәgünәş әfsanәsi) günәşin tәsviri Azәrb.-da da G.k.-nun yayıldığını göstәrir. Azәrb. milli mәtbәxindә xüsusi yeri olan qoğal günәşi simvolizә edir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU