GÜNƏŞ KÜLƏYİ – Günәşdәn heliosferin sәrhәdinәdәk (100 a.v. mәsafә tәrtibindә) hәr tәrәfә yayılan plazma axını. Sәrhәdin xaricindә axın zәiflәyir vә ulduzlararası mühitdә itir. G.k.-nin yaranması Günәşin daha dәrin qatlarından taca daxil olan enerji seli ilә bağlıdır. 1,5–2 mln. dәrәcә temp-ra malik tacda qızan vә sürәtlәnәn maddә, qravitasiya ilә tarazlaşmır vә artıq qalan enerjini G.k.-nin zәrrәciklәri daşıyaraq Günәşi tәrk edir. G.k. zәrrәciklәrinin orta sürәti tәxminәn 450 km/san-dir. Lakin o, daha böyük sürәt (tac deşiklәri üzәrindә 800–1000 km/san) dә ala bilir. G.k. әslindә tacın daim genişlәnmәsidir. Kimyәvi tәrkibi Günәş tacınınkı ilә eyni olub, әsasәn protonlardan vә elektronlardan (2-dәn 20%-ә qәdәr helium nüvәlәri dә iştirak edir) ibarәtdir. Günәş aktivliyinin vәziyyәtindәn asılı olaraq Yer orbiti yaxınlığında protonlar seli 5×107–5×108 proton ⁄ (sm2×san) qәdәr, onların fәza konsentrasiyası isә bir neçә zәrrәcikdәn onlarla zәrrәciyә qәdәr dәyişir. G.k. zәrrәciklәrinin planetlәrarası fәzaya daşıdıqları enerji 1 san-dә 1027–1029 erq-ә (Günәşin elektromaqnit şüalanmasının enerjisi ~4×1033 erq ⁄san-dir) bәrabәrdir. G.k. hәr il Günәş kütlәsinin ~2×10–14 hissәsi qәdәr enerji daşıyır. Kosmik aparatlar Yupiter әtrafında da G.k. qeyd etmişdir. Yer orbiti sәviyyәsindә G.k.-nin maqnit sahәsinin intensivliyi 2,5×10–6-dan 4×10–4 E-ә qәdәr dәyişir. G.k.-nin maqnit sahәsinin tәsiri ilә Yermaq nitosferi Günәş istiqamәtindә 10 Yer radiusu qәdәr sıxılır, әks istiqamәtdә isә onlarca Yer radiusu qәdәr uzanır. Külәk zәrrәciklәrinin bir hissәsini Yerin maqnit sahәsi saxlayır vә nәticәdә Yerin radiasiya qurşaqları yaranır. Külәyin intensivliyinin artması maqnit qasırğasına, qütb parıltısına vә s. sәbәb olur. Ulduzlar alәmindә Günәş hәr hansı bir qeyri-adi xüsusiyyәtilә fәrqlәnmir, ona görә dә tәbii olaraq düşünmәk olar ki, G.k.-nә oxşar olaraq başqa ulduzlarda da maddә axını baş verir. G.k.-dәn daha güclü olan belә “ulduz külәyi” mәs., sәthindә temp-ru tәqr. 30–50 min K olan qızmar ulduzlarda aşkar edilmişdir. “G.k.” termini G.k.-nin hidrodinamik nәzәriyyәsinin әsaslarını işlәyib hazırlayan Amerika fiziki E.Parker tәrәfindәn tәklif edilmişdir (1958).










