GÜNƏŞ MAQNİTOQRAFI – Günәş sәthinin maqnit sahәsinin dәyişmәsini qeyd edәn cihaz. Maqnit sahәsinin uzunluğu boyu tәrkibini, hәmçinin maddәnin parlaqlığı vә hәrәkәt sürәtini qeyd etmәk mәqsәdilә yaradılan ilk G.m.-nı Amerika astronomu X.Bebkok ixtira etmişdir (1952). G.m.-nda ölçmә üsulu Zeyeman effektinә әsaslanır: Günәşin spektral xәtlәrindә (mәs., dәmir xәtlәrindә) ölçüsü maqnit sahәsindәn asılı olan ayrılmalar müәyyәn edilir. Adәtәn, Günәşin maqnit sahәsinin, onun sәthindәki cisimlәrin parlaqlığının vә hәrәkәt sürәtlәrinin xәritәlәrini tәrtib etmәk üçün qurğu ilә tәchiz edilir. Müasir G.m.-larında maqnit sahәsinin tam vektorunu müәyyәnlәşdirmәk üçün spektral xәtlәrdә polyarlaşmanın bütün parametrlәri ölçülür. G.m. yer vә kosmik günәş teleskoplarında tәtbiq edilir.










