GÜNƏŞ SABİTİ – Günәşdәn 1 a.υ. mәsafәdә olan vahid sәthdәn perpendikulyar istiqamәtdә keçәn Günәş şüaları seli. Atmos ferdәnkәnar ölçmәlәr nәticәsindә müәyyәn edilmişdir ki, G.s. Günәş aktivliyindәn asılıdır. G.s.-nin orta qiymәti 1367,6 Vt/m2. G.s. zamana görә azacıq dәyişir (faizin hissәlәri qәdәr) vә bu dәyişmәlәrin necә baş verdiyini yalnız çoxillik dәqiq ölçmәlәr nәticәsindә müәyyәn etmәk olar. G.s.-ni bilmәklә Günәşin bütün istiqamәtlәrdә tam şüalanma selini – Günәşin işıqlılığını (3,846·10–26 Vt) qiymәtlәndirmәk olar.










