Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜNƏŞİN RADİOŞÜALANMASI
    GÜNƏŞİN RADİOŞÜALANMASI – Günәşin radiodalğalar intervalında (mm-in hissәlәrindәn bir neçә km-ә qәdәr olan dalğa diapazonunda) şüalanması. G.r. 20-ci әsrin 30-cu illәrinin ortalarında radio qәbuledicidә әngәl yaranan zaman aşkar edilmiş vә Günәş aktivliyindәki dәyişmәlәrlә әlaqәlәndirilmişdi. 1942 ildә a k t i v G ü n ә ş r a d i o ş ü a l a n m a s ı deyilәn bu şüalanma ilә yanaşı, desimetrlik dalğalar diapazonunda sakit Günәş radioşüalanması da qeydә alındı. G.r. 1946–47 ildәn başlayaraq ardıcıl surәtdә tәdqiq olunur. Tәxminәn 1 mm-dәn 10 m-ә qәdәr olan dalğalarda G.r. Yer sәthindә yerlәşdirilmiş radioteleskopların, daha uzun vә daha qısa dalğalarda isә kosmik aparatların kömәyilә tәdqiq edilir. Bir neçә km-dәn uzun olan dalğalarda G.r. praktik olaraq planetlәrarası qazda udulur vә onu müşahidә etmәk mümkün olmur. S a k i t G ü n ә n r a d i o ş ü a l a n m a s ı demәk olar ki, zamandan asılı olaraq dәyişmir vә Günәşin hәyәcanlanmamış atm.-inin ionlarının elektrik sahәsindә elektronların istilik şüalanması ilә әlaqәdardır. Qısadalğalı (1–3 mm) G.r. Günәş fotosferindәn, santimetrlik diapazondakı radio şüalanma – xromosferdәn, desimetrlik vә metrlik diapazondakı radioşüalanma isә Günәşin görünәn diskindәn böyük mәsafәlәrә qәdәr uzanan vә fasilәsiz olaraq planetlәrarası qaza keçәn Günәş tacından baş verir. Y a v a ş d ә y i ş ә n Günәş radioşüalanması ilk öncә Günәş lәkәlәri üzәrindәki Günәş atm.-indә olan aktiv oblastlarla vә hәmçinin flokkullarla bağlıdır. Bu cür şüalanma da istilik xarakteri daşıyır. Gurultulu G.r. olduqca müxtәlifdir vә bәzәn öz gücünә görә sakit Günәş istilik şüalanmasını milyon dәfә üstәlәyir. Millimetrlik dalğa diapazonunda mikrodalğalı gurultular qeydә alınsa da, bu növ G.r. metrlik dalğa diapazonunda üstünlük tәşkil edir. G.r. müşahidәlәrinin nәticәlәri Günәş atm.-i modelinin qurulmasında, Günәşin Yer atm.-inә tәsir mexanizminin öyrәnilmәsindә geniş istifadә olunur. Günәşin radiolokasiya üsulları ilә tәdqiqi radiolokasiya astronomiyasında öyrәnilir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU