GÜNƏŞLİ (2005 ilәdәk Kirovka) – Azәrb. Resp. Bilәsuvar r-nunda kәnd. Günәşli ә.d.- nin mәrkәzi. R-n mәrkәzindәn 7 km şm.-q.- dә, Muğan düzündәdir. Əh. 3406 (2018); pambıqçılıq, taxılçılıq vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, tibb mәntәqәsi, klub, poçt var.










