GÜNƏŞLİ – Azәrb. Resp. Saatlı r-nunda kәnd. Günәşli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 20 km c.-ş.-dә, Muğan düzündәdir. Əh. 1450 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, xәstәxana, kitabxana, klub, süd qәbulu vә emalı müәssisәsi var.










