GÜNNÜT, G ü n n ü t C ә f ә r li – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Çanaxçıdәrә bölgәsindә, Bozgünnüt d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 1826–29 illәrdә Rusiya-İran, Rusiya-Türkiyә müharibәlәri zamanı böyük dağıntılara mәruz qalmış, 19 әsrin ortalarında yenidәn mәskunlaşdırılmışdır. 19 әsrin sonlarından etibarәn kәndin әhalisi qonşu Cәfәrli kәndinә köçmәyә başlamış, 20 әsrin әvvәllәrindә isә tamamilә boşalmış xarabalığa çevrilmişdir.










