GÜNSÜR Nәdim (1924, Ayvalıq – 13.11.1994, İzmir) – türk rәssamı. Dövlәt Zәrif Sәnәtlәr Akademiyasında (Bәdri Rәhmi Eyuboğlu emalatxanasında) tәhsil almışdır (1948). Fransa dövlәtindәn aldığı tәqaüd hesabına Fransaya getmiş, Parisdә (1948–52) A.Lot vә F.Lejenin emalatxanalarında çalışmışdır. 1955–59 illәrdә Zonqul dağda rәsm müәllimi işlәmişdir. 1973 ildә Türkiyә Cümhuriyyәtinin 50 illiyi ilә әla qәdar keçirilәn sәrgidә Atatürk mükafatına layiq görülmüşdür. Abstrakt, hәndәsi vә fiqurativ üslublarda işlәmişdir: “Uşaqlar vә çәrpәlәnglәr” (1960), “Köhnә küçә” (1968), “Göy üzü vә antenalar” (1983), “Balıqçı ailәsi” (1983), “Bayram yeri” (1992) vә s. 10-dan çox fәrdi sәrgisi keçirilmişdir. Əsәrlәri İstanbul Rәssamlıq vә Heykәltәraşlıq Muzeyindә, şәxsi kolleksiyalarda saxlanılır.

Günsür Nәdim. “Bayram yeri”. 1992. Şәxsi kolleksiya.










