Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜRCÜLƏR
    GÜRCÜLƏR (özlәrini k a r t v e l i adlandırırlar) – xalq, Gürcüstanın әsas әhalisi (3,2 mln. nәfәr; 2014). Hәmçinin Rusiyada [157,8 min nәfәr – 2010; әsasәn, Moskvada (38,9 min nәfәr) vә Moskva vil.-ndә (10,5 min nәfәr), Sankt-Peterburqda (8,2 min nәfәr), Krasnodar diyarında (17,8 minnәfәr), Şimali Osetiyada (9 min nәfәr), Rostov vil.-ndә (8,2 min nәfәr), Stavropol diyarında (7,5 min nәfәr)], Türkiyәnin şm.-ında (lazlarimerxevlәr – 42 min nәfәr; 2006), Ukraynada (24 min nәfәr), İranın şm.-ında (fereydәnlilәr – 16 min nәfәr), Qazaxıstanda (5,4 min nәfәr), Belarusda (2,9 min nәfәr), Fransada (2,3 min nәfәr), ABŞ vә s. ölkәlәrdә yaşayırlar. Etnoqrafik qrupları (meqrellәr, svanlar, lazlar, leçxumilәr, imeretilәr, quriyalılar, acarlar, cavaxlar, kartlilәr, mesxilәr, mtiullar, tuşlar, xevsurlar, kaxetilәr, pşavlar, moxevlәr, raçalılar vә s.) qalmaqdadır. Gürcü dilindә, meqrellәr hәmçinin meqrel dilindә, svanlar svan dilindә, lazlar laz dilindә danışırlar. Dindarları, әsasәn, xristiandır; acarların bir qismi, hәmçinin lazlar, fereydәnlilәr müsәlmandır. G. Cәnubi Qafqazın avtoxton әhalisidir. Qәdim Şәrq vә antik mәnbәlәrdәn qәdim gürcü tayfaları muşklar, tuballar, xaliblәr, kolxlar mәlumdur. Ən qәdim gürcü dövlәtlәri Qaradәnizyanıda Kolxida (e.ә. 6–4 әsrlәr) vә Şәrqi Gürcüstanda Kartli (İ b e r i y a ) çarlıqlarıdır (e.ә. 4–3 әsrlәr). G.-in tәşәkkülü kartlilәr, meqrellәr-çanlar vә svanların tayfa ittifaqları çәrçivәsindә baş verirdi (e.ә. 1-ci minilliyin ortalarında). Bu prosesә xristianlığın qәbulu (4 әsr) vә gürcü yazısının meydana gәlmәsi mühüm tәsir göstәrmişdir. Gürcü etnosunun tәşәkkülü 10–11 әsrlәrdә mәrkәzlәşdirilmiş dövlәtin yaranması ilә başa çatmışdır. Osmanlıların vә Sәfәvilәrin Gürcüstan sәfәrlәri dövründә (16–17 әsrlәr) G.-in bir qismi islamı qәbul etmişdir. Xarici hücumlardan müdafiә olunmaq mәqsәdilә Rusiya ilә әlaqәlәrin möhkәmlәndirilmәsi Gürcüstanın böyük hissәsinin Rusiya imperiyasının tәrkibinә qatılması ilә yekunlaşmışdır. 17–18 әsrlәrdәn Hәştәrxanda, Moskvada, Sankt-Peterburqda iri gürcü icmaları formalaşmışdır. Qafqaz xalqları üçün sәciyyәvi olan әnәnәvi mәdәniyyәtlәri vardır.
    Ənәnәvi gurcu evi. Etnoqrafiya muzeyi (Tbilisi).
    Düzәnliklәrdә әkinçilik (buğda, arpa, paxlalılar, Qәrbi Gürcüstanda – darı, 17 әsrdәn qarğıdalı), dağlıq әrazilәrdә heyvandarlıq (Qәrbi Gürcüstanda, әsasәn, qaramal, keçi, donuz, Şәrqi Gürcüstanda qoyun; yerli cins – meqrel vә xevsur inәklәri, meqrel keçilәri, tuş qoyunları) üstünlük tәşkil etmişdir. Bağçılıq, bostançılıq, arıçılıq geniş inkişaf etmiş, 19 әsrdә Qәrbi Gürcüstanda çay vә sitrus bitkilәrinin becәrilmәsi yayılmışdır. G.-in әn qәdim mәşğuliyyәtlәrindәn biri üzümçülükdür (tәqr. 500 yerli üzüm sortu mәlumdur). Hәr bir malikanәdә şәrab anbarı (marani) vә şәrabçәkmә tikilisi (satsnaxeli, navi) var idi. Şәrab saxlamaq üçün torpağa basdırılmış irihәcmli (8000 l-әdәk) qablar (çuri, kvevri) sәciyyәvidir. Toxuculuq (basmanaxışlı vә batik üsulu ilә rәnglәnmiş parçalar, o cümlәdәn göy rәngli süfrәlәr), ipәk, gümüş vә qızıl saplarla tikmәlәr, xalçaçılıq vә keçәçilik, dulusçuluq (әsas mәrkәzlәri Tbilisi, Msxeta, Bodbisxevi, Mecvrisxevi, Xaraqauli vә s.), ağac (dağlıq әrazilәrdә hәndәsi, vadilәrdә nәbati vә zoomorf motivlәr üstünlük tәşkil edir), buynuz vә daş (qәbirüstü, dәyirman daşları, ketsi tavaları, memarlıq ornamentlәri) üzәrindә oyma, metallurgiya (Raça), silahsazlıq vә zәrgәrlik inkişaf etmişdir.
     
    Gurcu qadını әnәnәnvi geyimdә. 19 әsr.
    Düzәnliklәrdә vә Şәrqi Gürcüstanın öndağlıqlarında yaşayış mәskәnlәri iri vә sıxdır, yaxud yolboyu uzanır, mәrkәzindә meydan vә kilsә yerlәşir, çox vaxt mәhәllәlәrә (ubani, kari) bölünür; Qәrbi Gürcüstanda mәskәnlәr dağınıqdır, dağlıq әrazilәrdә ail tiplidir. Evlәr daşdan, ağacdan (әsasәn, Qәrbi Gürcüstanda) tikilir, çox vaxt yastıdamlı, bir vә ya ikimәrtәbәli olur, mәrkәzindә ocaq (kera), yaxud divaryanı buxarı, evә bitişik tәsәrrüfat tikililәri vә çörәkbişirmә sobası yerlәşirdi. Şәrqi vә Cәnubi Gürcüstan üçün darbazi tipli evlәr sәciyyәvi idi. Tiflisdә 19 әsrdә özünәmәxsus şәhәr memarlıq üslubu (daxili hәyәt, bayır tәrәfdәn ağacdan düzәldilmiş eyvan vә şәbәkәli oyma ilә bәzәdildilmiş pillәkәn) formalaşmışdı. Kişi geyimlәrinin әsas elementlәri köynәk, şalvar, beşmet (axaluxi; arxalıq), arxası qırçınlı çәrkәzi (çuxa), ali tәbәqәnin nümayәndәlәrindә xüsusi biçimli kaftandır (kaba, külәcә). Ayaqqabı xam dәridәn tikilmiş postol, dağlarda toxunma uzunboğaz çәkmәdir. Baş geyimlәri xәzdәn vә keçәdәn tikilmiş papaq, başlıqdır (kabalaxi). Qadın geyimlәri Kartli, Kaxeti vә İmereti üçün sәciyyәvi olan tunikayabәnzәr köynәk, balağı naxışlı şalvar, sinәsinә çәkili calaq verilmiş, uzun kәmәri olan vә belә kip oturan paltardır (kartuli kaba). Baş geyimlәri nazik ipәk vәrdәnәdәn, üzәrinә mәxmәr tikilmiş karton çәnbәrdәn (çixta) vә duvaqdan (leçaki, mandili) ibarәtdir; küçәyә çıxarkәn başlarına bağdadi yaylıq örtürdülәr. Saçları 2, yaxud 4 hörüklü olurdu. Ayaqqabıları kalamani, arxası açıq tufli (koşi), tufli (plosti) vә tumacdan tikilәn yarımçәkmәdir. Gürcü mәtbәxi vә süfrә etiketi dayanıqlıdır. G.-dә mәclislәri idarә edәn şәxs (tamada) mühüm rol oynayır. Ənәnәvi mәtbәxlәri üçün bol әdviyyat, qurudulmuş vә tәzә göyәrtilәr, souslar (istiotdan, alçadan, sarımsaqdan), nar şirәsi, qoz sәciyyәvidir. Mayalı xәmirdәn dairәvi (puri, kartuli puri), uzunsov (şoti), nazik (lavaş) vә s. formalı çörәklәr tәndir tipli sobalarda (tone, torne), purnedә, qumelidә bişirilir. Çörәk vә kökә bişirmәk üçün daş vә gil tavalardan (ketsi) istifadә olunurdu. Qәrbi Gürcüstanda darı, sonralar isә qarğıdalı unundan hazırlanan bәrk sıyıq (qomi) vә duzsuz kökә (mçadi) çörәyi әvәz edirdi. Şәrqi Gürcüstanda çörәk әvәzinә qovrulmuş undan (kumeli) istifadә edilirdi. Paxlalılardan, tәrәvәzlәrdәn vә meyvәlәrdәn hazırlanmış yemәklәr, şorabalar vә s. mühüm rol oynayır. Süddәn (inәk, keçi, camış) pendir (Tuşeti, İmereti, meqrel suluqunisi), kefir (matsoni), kәsmik, qaymaq hazırlayırlar. Əsas әt yemәklәri: Qәrbi Gürcüstanda satsivi (qoz, sarımsaq vә әdviyyat sousunda bişirilmiş quş әti), Şәrqi Gürcüstanda çaxoxbili (soğan vә tomat, sirkә vә әdviyyat sousunda bişirilmiş toyuq әti) vә çığırtmadır; Raça vetçinası (lori), qış üçün hazırlanmış kolbasa (kupati) mәşhurdur. Ənәnәvi şirniyyatları unla qarışdırılmış üzüm doşabında (çurçxela), bal ilә hazırlanmış (qozinaki) qoz lәpәsi, meyvә vә üzüm şirәsindәn hazırlanmış lavaşana, üzüm patkasından kiseldir. Əsas içkilәri çaxır, dağlıq yerlәrdә araq vә arpa pivәsidir (ludi). Böyük ailәlәr (didi ocaxi, ertsaxli dzmebi) dağlarda 19 әsrin ikinci yarısınadәk saxlanılmışdı. Sәrt ekzoqamiya (7– 8 nәsilәdәk qohumlar, süni qohumlar, eyni soyad daşıyıcıları vә eyni mәhәllә sakinlәri arasında nikahlara qadağa) sәciyyәvidir, nişan mәrasiminә böyük әhәmiyyәt verilir, nikah üçün ödәmә vә qızqaçırtma adәti mövcud idi. İcma özünüidarәçiliyi (xüsusilә dağlarda) vә adәt hüququ әnәnәlәri güclüdür. Toy, dәfn-anım mәrasimlәri, qarşılıqlı yardım, qonaqpәrvәrlik, qardaşlaşma әnәnәlәri, müqәddәs yerlәrә, dağlara, daşlara, ağaclara vә s. sitayiş saxlanılmışdır. Xristianlığaqәdәrki panteona ali allah Morige Qmerti, ilahә Mzekali, ilahi Kviria daxil idi. Quraqlıq zamanı lazaroba mәrasimi, Maslenitsada (Kveliyeria) sәhnәlәşdirilmiş tamaşalar (Berikaoba), Böyük pәhrizin birinci günü maskarad paltarında kütlәvi yürüş (Keyenoba), Pasxa hәftәsindә balaqan tamaşaları tәşkil edirdilәr; tәqvim bayramları: Giorqoba (23 aprel vә 10 noyabr), Müq. Nina günü (Ninoba – 27 yanvar), Mәsih Xaçı ilә bağlı Alaverdoba (14 sentyabr), Bayramlar bayramı (Msxetoba – 1 oktyabr), Rtveli (üzüm yığımı), Tbilisoba, xristian müqәddәslәrinin (Msxeta, Alaverdi, Ateni vә s.) anım günlәri; dağlarda yerli mәbәdgahların (xati, cvari) ziyarәti. Ş i f a h i y a r a d ı c ı l ı q. Amirani haqqında qәhrәmanlıq dastanı (“Amiraniani”),”Eteriani” mәhәbbәt poeması, “Arsen haqqında nәğmә”; dağlılarda (svanlar, xevsurlar) nart eposu әn qәdim folklor abidәlәrindәndir. Balladalar (“Pәhlәvan vә bәbir”, “Tavparavanlı gәnc oğlan haqqında” vә s.), tarixi dastanlar (“Qurucu David haqqında dastan”, “Çariça Tamar haqqında dastan”, “Nuqzar Eristav haqqında dastan” vә s.), xristian müqәddәslәri haqqında әfsanәlәr, sehirli nağıllar vә miflәr (o cümlәdәn Qızılsaçlı Dali, Oçopintr, Oçokoki haqqında ovçuluq miflәri), ovsunlar, tilsimlәr vә s., tapmacalar, atalar sözlәri vә zәrbi-mәsәllәr yayılmışdır. Musiqi folklorunda 16 dialekt mövcuddur: xevsur, pşav, tuş, moxev, mtiul, qudamakar (Cәnubi Gürc. dağlılarında), kartli-kaxeti (Cәnubi Gürc. düzәnliklәrinin әhalisindә; 2 subdialekti var), mesxi (Cәnubi Gürc.), svan, raça, leçxumi (Qәrbi Gürc. dağlılarında), imereti, meqrel, quri (Qәrbi Gürc. düzәnliklәrinin әhalisindә), acar, laz (Cәnub-Qәrbi Gürc.). İnkişaf etmiş vokal çoxsәsliliyi gürcü musiqisinin әsas xüsusiyyәtidir. Mahnılar әnәnәvi olaraq kişi xoru halayabәnzәr oyunlarda, ailәvi musiqi ifaçılığında çox vaxt qarışıq xorlara yer verilir) tәrәfindәn ifa olunur. Mahnıların çoxu üçsәslidir (aşağı sәs, adәtәn, xor sәsi olur). 2-sәsli mahnı azdır vә onlar folklorun arxaik qatına aiddir.
     
    Tbilisoba bayramı. (Tbilisi).
    Quri, acar, meqrel, imereti mahnılarında inkişaf etmiş polifonik 4-sәsliliyә rast gәlinir. Birsәsli mahnılar, adәtәn, tәk ifa olunur (xorla unison oxuma xarakterik deyil). Bәzi mahnılar responsor şәkildә (iki solistlә; solist vә xorla) ifa olunur. Gürcü çoxsәsliliyi üçün sәslәrin funksional sәrbәstliyi sәciyyәvidir. Musiqi dialektindәn asılı olaraq aşağı sәs, (“bani”) burdon, harmonik әsas vә ya bitkin melodiya ola bilәr. Bütün janrlara vә dialektlәrә mәxsus mahnılrda sekvent quruluşlu azalan melodiya üstünlük tәşkil edir. Şәrqi Gürc. dialektlәrinin ayrı-ayrı janrları ornamentika ilә zәngindir. Epik vә tarixi mahnılar solo (musiqi alәtlәrinin müşayiәti ilә) vә ansambl şәklindә olur. Mәrasim mahnıları: tәqvimlә bağlı (“alilo” – qızılyumurta bayramında oxunan, çona – pasxa mahnıları vә s.), yağışın çağırılması, ovçu ovsunları, toy, süfrә mahnıları vә s. Ən arxaik janrlardan biri ağılardır. Əmәk mahnıları sırasında tәk oxunan (biçәnәk, kotan, araba-orovelalar, inәk sağımı mahnıları vә s.) vә qrup halında (biçin) ifa olunanlar var. Qrupla ifa olunan әmәk (naduri) vә süfrә mahnıları mürәkkәb quruluşları ilә seçilir vә gürcü mahnıya radıcılığının zirvәsi sayılır. Lirik mahnılar (solo, xor, xorla duet, instrumental müşayiәtlә) içәrisindә emosionallığına görә meqrel mahnıları seçilir. Epik birsәsli mahnıları mәhәbbәt, mәzәli, 2- vә 3-sәsli mahnıları, elecә dә rәqslәri instrumental musiqi müşayiәt edir. Salamuri (şaquli fleyta), larçemi, soinari (çoxlülәli fleytalar), qudastviri, çiboni (tuluq zurnaları), çangi, panduri, çonquri (barmaqla çalınan simli), çianuri, yaxud çuniri (yayla çalınan), doli (tәbil), daira (dәf) әnәnәvi musiqi alәtlәridir. Şәhәr folklorunda 2 qol nәzәrә çarpır. 18 әsrdәn Azәrb. musiqisinin tәsirilә şәrq (aşıq mahnıları, “dәstә” vә “sazandari” instrumental ansamblları), 19 әsrin 2-ci yarısından isә “qәrb” (major-minor sisteminә әsaslanan mahnılar; gitara, qarmon, şarmanka) qolları inkişaf edir. Geniş yayılmasına baxmayaraq, şәhәr folkloru әnәnәvi “kәnd” şifahi yaradıcılığının xüsusiyyәtlәrinә tәsir edә bilmәmişdir. R ә q s. Kartvel tayfalarının döyüşdәn әvvәl vә sonra ifa etdiklәri halayabәnzәr rәqslәr barәdә Ksenofont (e.ә. 4 әsr) mәlumat vermişdir. Etnoqrafik mәnbәlәrә görә, dairәvi rәqslәr günәş ilahәsi Barbarenin rәmzi ilә bağlı idi, günәşin dövri hәrәkәtini, ilin fәsillәrinin, sutkaları vә s. bir-birini әvәzlәmәsini әks etdirirdi. Allahlara sitayişlә bağlı olan “Perxuli” (“Perxisa”, “Perxisuli”) rәqslәri saxlanılmışdır; Gürcü dağlılarının iki vә üçyaruslu rәqslәri (“Osxarye”, “Korbegela”, “Zemkrelo” vә s.) xalq mәdәniyyәtindә mühüm yer tutur. Dairәvi rәqslәrlә yanaşı, bircәrgәli (qapanmayan) rәqslәr dә ifa edilir. Bәzi qrup vә qoşa rәqslәr mәhsuldarlıq allahına sitayişlә bağlıdır. Kişi vә qadın solo rәqslәri, qoşa rәqslәr, kişi qrup rәqslәri, qadın qrup rәqslәri vә qarışıq rәqslәr vardır. “Parikaoba” (hәrfi mәnada – qılıncoynatma), “Xancluri” (xәncәrlә rәqs) kişi rәqslәrinә mәrdlik, qәhrәmanlıq ruhu xasdır. Qurilәr vә acarlar üçün xarakterik olan kişi rәqslәri arasında qәhrәmani “Xorumi” rәqsi mühüm yer tutur; onun 5 hissәsindәn hәr biri hәrbi hәyat hadisәlәrini әks etdirir (döyüşә hazırlıq, kәşfiyyat, hücum, qәlәbә tәntәnәsi, evә qayıdış). Mülayim qadın rәqsi “Samaia” (“sama” – oynamaq, rәqs etmәk sözündәn) ailә bayramı Dzeoba (vәtәn) ilә bağlıdır. Qarışıq qrup rәqslәrinә “Davluri” aiddir. Gürcü xalq xoreoqrafiyasının әn yüksәk zirvәsi “Kartuli” qoşa rәqsidir (“Sadarbazo”, “Sanadimo”da adlanır, tәntәnәli mәrasimlәrdә, ziyafәt zamanı ifa olunur). “Satamaşo” qrupuna şәn vә cәld mәişәt rәqslәri aiddir. Müxtәlif xarakterli rәqslәr – asta (“Davluri”) vә cәld (“Mtiuluri”) çox vaxt bir-birinin ardıncı ifa olunur. Şәhәr rәqslәri arasında – “Bağdaduri” kişi rәqsi – (dәsmalla rәqs) vә “Ceyran” qadın rәqsi mәşhurdur. Bir qayda olaraq, rәqslәr simli alәtlәrin (panduri, çonquri), tuluq zurnasının (çiboni), qarmonun, yaxud zәrb alәtinin daxil olduğu instrumental ansamblın müşayiәti ilә ifa edilir. Çoxsәsli xor oxumalarının, әlçalmanın (“taşi”) müşaiyәti ilә rәqs etmәk әnәnәlәri (xüsusilә svanlarda) saxlanılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU