Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜRCÜSTAN
    GÜRCÜSTAN (Sakartvelo)
    Ümumi mәlumat
    Ön Asiyada, Cәnubi Qafqazın mәrkәzi vә qәrb hissәlәrindә dövlәt. C.-dan Erm. vә Türkiyә ilә, c.-ş.-dәn Azәrb.-la, ş.- dәn vә şm.-dan RF ilә hәmsәrhәddir; q.-dәn Qara dәnizlә әhatә olunur (sahil xәttinin uz. 308 km). G. Cәnubi Qafqazda әrazisinә vә әhalisinin sayına görә ikinci (Azәrb. Resp.-ndan sonra) ölkәdir. Sah. 69,7 min km2. Əh. 4,5 mln. (2013; Abxaziya vә Cәnubi Osetiyanın әh. nәzәrә alınmadan). Paytaxtı Tbilisi ş.-dir. Rәsmi dil gürcü dili, pul vahidi laridir. İnzibati cәhәtdәn 2 muxtar resp.-ya (Abxaziya vә Acarıstan) vә 10 mahala bölünür.
    G.BMT-nin (1992), ATƏT-in (1992), BVF-nin (1992), Qara Dәniz İqtisadi Əmәkdaşlığı Tәşkilatının (1992), AŞ-nin (1999), ÜTT-nin (2000), Asiya İnkişaf Bankının (2007) üzvüdür.
    Dövlәt quruluşu G.unitar dövlәtdir. Konstitusiyası 24.8. 1995 ildә qәbul edilmişdir (2010 ildә dәyişikliklәr vә әlavәlәr edilmişdir). İdarәetmә forması prezident respublikasıdır. Dövlәtin vә icraedici hakimiyyәtin başçısı ümumi birbaşa gizli sәsvermә ilә 5 il müddәtinә seçilәn (bir dәfә yenidәn seçilmәk hüququ ilә) prezidentdir. G.-da doğulmuş, 35 yaşına çatmış, 15 ildәn az olmayaraq burada yaşamış, seçkilәrin tәyin olunduğu günlәrdә G.-da yaşayan G. vәtәndaşı prezident seçilә bilәr. Prezident G. silahlı qüvvәlәrinin Ali Baş komandanıdır, ölkәnin daxili vә xarici siyasәtini müәyyәnlәşdirir vә onun әrazi bütövlüyünü tәmin edir. Ali qanunverici orqan ümumi birbaşa gizli sәsvermә ilә 4 il müddәtinә seçilәn 150 deputatdan ibarәt birpalatalı parlamentdir. 77 deputat proporsional, 73 deputat majoritar seçki sistemi üzrә seçilir.
    İcraedici hakimiyyәti Baş nazirin rәhbәrliyi ilә Nazirlәr kabineti hәyata keçirir. Hökumәt üzvlәri prezident qarşısında mәsuliyyәt daşıyırlar. G.-da çoxpartiyalı sistem mövcuddur. Əsas siyasi partiyalar: Birlәşmiş Milli Hәrәkat, Respublika partiyası, Demokratik Dirçәliş İttifaqı, G. Leyboristlәr partiyası, G. Milli Qüvvәlәr İttifaqı – mühafizәkarlar, Xristian-mühafizәkarlar partiyası, Neoliberal partiyası vә s.
    Tәbiәt
    Relyef. G. әrazisi enlik istiqamәtindә uzanan üç iri geomorfoloji zonaya bölünür: Böyük Qafqazın (şm.-da) vә Kiçik Qafqazın (c.-da) yüksәkdağlıq vә orta dağlıqları vә bunları bir-birindәn ayıran dağarası düzәnliklәr vә nisbәtәn alçaq yüksәkliklәr. G. әrazisinә Böyük Qafqazın, әsasәn, c., qismәn şm. yamacı daxildir. Bu hissәdә Böyük Qafqaz Baş Qafqaz silsilәsi (Şxara d.–5068 m, G.-ın әn yüksәk nöqtәsi), Yan silsilә (Kazbek d.–5033 m) vә Baş Qafqaz silsilәsinin c. yamacından ayrılan bir sıra qoldan (Qaqra, Bzıb, Kodori, Svaneti, Eqris, Leçxum, Lomis, Kartli vә s.) ibarәtdir. Böyük Qafqazdan c.-da Qara dәniz sahilindәn Azәrb. Resp. ilә sәrhәdәdәk dağarası Kolxida ovalığı, Daxili Kartli, Aşağı Kartli vә Alazan düzәnliklәri uzanır. Alazan vә Aşağı Kartli düzәnliklәri arasında İori yastıdağlığı yerlәşir. Düzәnliklәrin orta hissәsi Qәrbi vә Şәrqi G. arasında iqlimayırıcı vә suayırıcı tәşkil edәn Dziruli kristallik çıxıntısından ibarәtdir. G.-ın c.- q.-ini Kiçik Qafqazın erozion-denudasion silsilәlәri (Mesxeti, Şavşet, Trialeti vә s.), ucqar c.-unu Cәnubi Gürcüstan yaylası (hünd. 3300 m-әdәk, Didi Abuli d.) tutur. Yaylanın denudasion dalğalı relyefi lava platoları, vulkan konusları zәnciri (Cavaxeti silsilәsi), kanyonvarı çay dәrәlәri vә relikt dağ-buzlaq formaları ilә mürәkkәblәşmişdir.
    Geoloji quruluş vә faydalı qazıntılar. G. әrazisi Alp-Himalay mütәhәrrik qurşağının Qafqaz seqmenti hüdudlarında yerlәşir. Ərazinin şm. hissәsi Böyük Qafqazın örtük-qırışıqlıq sisteminә aiddir. Baş Qafqaz silsilәsinin yüksәk hissәsi Yuranın aspid şistlәrindәn, hәmçinin Kembridәn әvvәlki sistemin vә Paleozoyun metamorfik süxurlarından, alçaq hissәlәri, әsasәn, Mezozoy vә Kaynozoy çöküntülәrindәn (gilli şist, qumdaşı, әhәngdaşı, mergel, porfirit, gil vә s.) tәşkil olunmuşdur. Dağarası düzәnliklәr (Kolxida ovalığı, Daxili Kartli, Aşağı Kartli vә Alazan düzәnliklәri) mәrkәzi hissәlәrdә Neogen-Dördüncü dövrün kobud qırıntılı molassları ilә, şm. vә c. hissәlәrdәki dәrin çökәklәr isә Oliqosen-Orta Miosen gillәri ilә dolmuşdur. Kiçik Qafqazın Acar-Trialet qırışıqlıq sistemi Tәbaşirin vulkanogen vә karbonat süxurlarından, hәmçinin Paleosen-Eosenin vulkanogen vә tufogen-terrigen süxurlarından әmәlә gәlmişdir. Cәnubi Gürcüstan yaylası Son Miosen-Dördüncü dövrün andezit, bazalt vә tuflarından ibarәtdir. G. әrazisi üçün yüksәk seysmiklik sәciyyәvidir; Baş Qafqaz silsilәsinin c. yamaclarında vә Cәnubi Gürcüstan yaylasında zәlzәlәlәrin baş vermә ehtimalı daha çoxdur. Faydalı qazıntıları: manqan (Çiatura), mis, qurğuşun, sink (Madneuli, Meris), mәrgmüş filizlәri (Luxum, Sansk), neft (Tbilisi әtrafı r-nlar, Cәnubi Kaxetiya vә s.), daş kömür (Tkibuli), qonur kömür (Axaltsixe), barit vә kalsit (Çord, Kutaisi, Madneuli), bentonit (Qumbr, Askan vә s.). Diatomit, dolomit, talk, serpentinit, gips, seolit, tәbii tikinti materialları (mәrmәr, әhәngdaşı, tuf, bazalt, gil, qum, çınqıl vә s.), qiymәtli vә mәmulat daşlarının (әqiq, obsidian, ametist, yәşәm, qaqat, qranat vә s.) da yataqları mәlumdur. 1000-ә yaxın müalicә әhәmiyyәtli bulaqlar (o cümlәdәn Borjomi, Sairme, Nabeqlavi, Zvare vә s.) var.
    Şxara dağı.
    İqlim. G.-nın q. hissәsi (Kolxida ovalığı) üçün rütubәtli subtropik iqlim (yağıntının illik miqdarı 1200–2800 mm) sәciyyәvidir. Qışı mülayim (yanvarın orta temp-ru 3–6°C), yayı istidir (iyulun orta temp-ru 23–24°C). Ölkәnin ş. hissәsindәki düzәnliklәrin iqlimi mülayim rütubәtli subtropikdir (yağıntının illik miqdarı 400–800 mm); qışı soyuq (yanvarın orta tempru –2-dәn 1,5°C-yәdәk), yayı istidir (iyulun orta temp-ru 25–26°C). Dağlarda yüksәklik iqlim zonallığı müşahidә olunur; yüksәkdağlıqlarda yanvarın orta temp-ru tәqr. – 10°C, iyulun orta temp-ru 8–12°C-dir. Yağıntının illik miqdarı Qara dәnizә baxan dağ yamaclarında 2500–3000 mm, ş. vә c.-ş. әrazilirin daxili platolarında 400–800 mm-dir. Cәnubi Gürcüstan yaylası arid iqlimi ilә fәrqlәnir, qışı az qarlı soyuq, yayı sәrindir. G.-da (Baş Qafqaz, yaxud Suayırıcı silsilә hüdudlarında) ümumi sah. 520 km2 olan tәqr. 600 buzlaq (o cümlәdәn Lekziri, Saneri, Tviberi, Çalaati vә s.) mәlumdur. Firn xәtti 3100–3300 m-dәn keçir; bәzi buzlaqlar (Lekziri, Çalaati vә s.) 1900 m hünd.-әdәk enir.
    Daxili sular. G., әsasәn, çoxsulu dağ çayları ölkәsidir; 25 min çay var. Çayları Qara dәniz vә Xәzәr dәnizi hövzәlәrinә aiddir. Bzıb, Kodori, İnquri, Rioni, Çorox vә s. bilavasitә Qara dәnizә axır, G.-ın әrazisindәn keçәn vә Xәzәr dәnizinә tökülәn Kür hövzәsinә Alazan (Qanıx), İori (Qabırrı), Araqvi, Xrami vә s. çaylar aiddir. Şimali Qafqazın bәzi çayları (Terek, Assa vә s.) G. әrazisindәn başlanır. G.-da ümumi hәcmi 1 km3 olan 30-dan çox irriqasiya su anbarı yaradılmışdır, daha 43-ü hidroenerji ehtiyatına (әn böyüyü İnquri çayı üzәrindәki Cavar su anbarıdır – 1,1 km3) malikdir. G. әrazisindә ümumi sah. 160 km2 olan tektonik, vulkanik, uçurum, buzlaq, karst, laqun, dәrә vә s. mәnşәli çoxlu kiçik göl (Paravani, Kartsaxistba, Paleostomi, Ritsa vә s.) var. Ölkә mineral vә termal yeraltı su mәnbәlәri ilә zәngindir; bunların bazası әsasında çoxsaylı balneoloji vә dağiqlim kurortları (Borjomi, Sxaltubo vә s.) yaradılmışdır. G.-ın illik daxili su ehtiyatı 63,3 km3-dir. Bunun 5%-i k.t.-nın, sәnayenin, kommunal-mәişәt tәsәrrüfatının tәlәbatına sәrf olunur. Adambaşına illik su tәminatı 12 min m3-dir.
     
    Аlazan (Qanıx) çayı. Vaşlovani Milli Parkı.
    Ritsa gölü.
    Torpaqları, bitki örtüyü vә heyvanlar alәmi. Torpaq örtüyü mozaik quruluşa malikdir. Qırmızı vә sarı torpaqlar Gürc.- ın q. dağәtәyi hissәsindә vә Kolxida ovalığının periferik hissәlәrindә yayılmışdır. Bataqlıq vә ellüvial-qleyli torpaqlar iri massivlәr yaradır, dağarası çökәkliklәr qurşağının ş. hissәsindә allüvial çәmәn torpaqları, Aşağı Kartli düzәnliyindә vә İori yastıdağlığında şabalıdı vә qara torpaqlar üstünlük tәşkil edir. Alazan düzәnliyinin c.-s. hissәsindә şoranlaşmış sahәlәr var. Cәnubi Gürc. yaylasının hamarlanmış sәthindә qaratorpağabәnzәr torpaqlara rast gәlinir. Böyük Qafqazın mәrkәzi vә s.-indә dağ yamaclarının aşağı hissәlәrindә qәhvәyi torpaqlar, dağ-meşә qurşağında qonur torpaqlar üstünlük tәşkil edir, Alp bitkiliyi dağ-çәmәn çimli vә çimli-torflu torpaqlarda yayılmışdır. Karbonatlı süxurlarda rendzinlәr inkişaf etmişdir. Gürc.-ın bitki örtüyü 4300-dәn artıq borulu bitki, o cümlәdәn 120-dәn artıq ağac cinsindәn ibarәtdir. Qafqaz üçün endemik sayılan çoxlu reliktlәr (Pitsunda ağ şamı, Pont vә Qafqaz rododendronu, yarpaqlı azat vә s.) var. Düzәnliklәrdә vә dağ әtәklәrindә bitki örtüyü intensiv tәsәrrüfat fәaliyyәti nәticәsindә daha çox transfor masiyaya uğramışdır. İori yastıdağlığının, Aşağı Kartli düzәnliyinin vә Cәnubi Gürc. yaylasının taxıllı vә tikanlı kolluqlu çöllәri şumlanan k.t. yerlәri, üzümlüklәr, çay vә sitrus plantasiyaları ilә әvәz olunmuşdur. Meşәlәr ölkә әrazisinin 40%-ni tutur (2005). Kolxida ovalığı daxilindә saqqallı qızılağac bitәn bataqlaşmış ovalıq meşәlәri vә hәmişәyaşıl meşә döşәnәyi ilә qarışıq Kolxida tipli rütubәtli düzәnlik meşәlәri, Alazan düzәnliyindә lianalı meşәlәr, İ o r I yastıdağlığında seyrәk arid meşәliklәr (püstә, ardıc) fraqmentlәr şәklindә qalmışdır. Ən böyük sahәlәri dağ meşәlәri tutur. Alçaqdağlıq әrazilәrdә polidominant enliyarpaqlı meşәlәr (yarpağınıtökәn palıd, Qafqaz vәlәsi, şabalıd vә s.) vә fıstıq meşәlәri (Şәrq fıstığından ibarәt) yayılmışdır. Gürc.-ın q. hissәsindәki әhәngdaşılı yamaclarda vәlәs cәngәlliklәri vә palıd xırda meşәliyi üstünlük tәşkil edir. Gürc.-ın q.-ndә dağ-meşә qurşağının yuxarı hissәsindә küknar-ağşam meşәlәri, Kiçik Qafqazın ortadağlıq vә Böyük Qafqazın ş. hissәsindә 2300-2500 m yüksәklikdә şam meşәlәri vardır. 1800–2500 m yüksәklikdә alçaq otlu Alp çәmәnliklәri ilә әvәz olunan subalp seyrәk meşәlik vә rododendron cәngәlliklәri qurşağı, 2800 m yüksәklikdәn isә buzlaq – nival landşaftı inkişaf etmişdir. Endemik növlәrin çoxluğu (o cümlәdәn әliqanadlılar, reptililәr, şirinsu balıqları vә b.) ilә fәrqlәnәn Gürc. faunasında Aralıq dәnizi vә Mәrkәzi Asiya elementlәri birlәşir. Tәqr. 100 növәdәk mәmәlidәn 13-ü yox olmaq tәhlükәsi altındadır (mәs., vaşaq, nәcib maral). 20 әsrdә Gürc. Әrazisindә pәlәng, bәbir, zolaqlı kaftar vә s. tamamilә yox olmuşdur. Dağlıq r-nlarda Qafqaz vә Dağıstan tәkәlәri, köpgәr, bezoar keçisi vә s. rast gәlinir. Qonur ayı, meşә pişiyi, porsuq, qaban, cüyür vә s. kimi heyvanlar ov әhәmiyyәtlidir. İntroduksiya olunmuş növlәrdәn Amerika yenotu yayılmışdır. Ornitofaunanın tәrkibindә 300-dәn çox quş, o cümlәdәn Gürc.-ın milli simvolu olan qırqovul vardır. Böyük Qafqaz dağlarında Qafqaz tetrası, Qafqaz uları vә Qafqaz üçün endemik sayılan digәr növlәr, Kiçik Qafqaz yüksәkdağlıq әrazilәrindә vә Cәnubi Gürc. yaylasında Xәzәr uları yaşayır. Gürc.-da ümumi sah. 290 min ha-dan ibarәt 33 mühafizә olunan tәbii әrazi, o cümlәdәn Borjomi, Laqodexi, Ritsa qoruqları yaradılmışdır. Tbilisi Milli Parkı, Vaşlovani Milli Parkı var. Satapli qoruğu әrazisindәki eyniadlı mağarada Asiyada ilk dәfә olaraq (1933) dinozavrların daşlaşmış izlәri aşkar edilmişdir.
    Əhali
    G.-ın әsas әhalisi gürcülәrdir (86,8%). Hәmçinin azәrb.-lar (6,2%), ermәnilәr (4,5%), ruslar (0,7%) vә digәr etnik qruplar yaşayırlar. SSRİ-nin süqutu әrәfәsindә Mәshәti türklәrinin G.-a qayıtması haqqında qәrar qәbul edilsә dә, G. hökumәti onları G.-da yerlәşdirmәkdәn boyun qaçırdı. Statistikaya görә, 1988 ildәn etibarәn G.-ı tәqr. 1 mln. nәfәr (o cümlәdәn 251 min rus, tәqr. 60 min azәrb.) tәrk edәrәk Rusiyaya, Azәrb.-a, Niderlanda, Fransaya, ABŞ vә Yunanıstana köçmüşdür. Şәhәr әhalisi 57,4%, kәnd әhalisi 42,6% tәşkil edir (2006); kişilәr 47,7%, qadınlar 52,3%-dir. Orta ömür müddәti 74,4 ildir (kişilәrdә 70,1, qadınlarda 78,6 il). Dindarları, әsasәn, xristianlar (84%) vә müsәlmanlardır (10,7%). İri şәhәrlәri (min nәfәr): Tbilisi (1118), Batumi (154,1), Kutaisi (149,1), Rustavi (125).
    Tarixi oçerk G. qәdim dövrdә. G. әrazisindә әn qәdim insan qalıqları (1,85–1,7 mln. il әvvәl) Dmanisidә (Başkeçid) aşkar edilmişdir. Alt Paleolitә Cruçala, Sutsxvati, Ruxi, Katsxi, Sakajia, Ortvala (Qәrbi G.), Yaştux (Abxaziya), Kudaro I, Sona (Cәnubi Osetiya), Ziari emalatxanası (Şәrqi G.) aiddir. Üst Paleolit abidәlәri İmereti mәdәniyyәtinә daxildir. Mezolit dövrü daş alәtlәrin xüsusiyyәtlәrinә görә 3 qrupdan ibarәt mağaralar vә açıq düşәrgәlәrlә tәmsil olunur. Erkәn Neolit dövrü abidәlәri, әsasәn, Qәrbi G. (Darkveti) әrazisindә cәmlәşmişdir. Erkәn Neolitdә maldarlıq, Son Neolitdә isә keramika (Anaseuli II, Odişi) meydana gәlmişdi. Qәrbi Qafqaz Neolit mәdәniyyәti lokal qruplara bölünür. Eneolitdә ş. rayonlarında Şulaveri-Şomutәpә mәdәniyyәti yayılmış, süni tәpәli (qora) mәskәnlәr meydana gәlmişdi; Qәrbi Qafqaz mәdәniyyәti protomaykop abidәlәrinә (daş toxalar vә metal mәmulatı xasdır) yaxındır. Onları Kür-Araz mәdәniyyәti әvәz etmişdi. Qara dәniz sahilindә Maykop mәdәniyyәtinә oxşar Erkәn Tunc dövrünә aid müstәqil mәdәniyyәt mövcud idi. Kür-Araz mәdәniyyәtini әvәz edәn Beden mәdәniyyәti әsasında Trialeti mәdәniyyәti formalaşmışdı. Qәrbi G. vә Abxaziyada e.ә. 3–2-ci minilliklәrdә Oçamçira mәdәniyyәti yayılmışdı. Onun Abxaziyadakı mәskәnlәri dolmen mәdәniyyәti arealı ilә hәmsәrhәd idi. E.ә. 2-ci minilliyin ortalarında Trialeti mәdәniyyәti әsasında Şәrqi Qafqaz, yaxud Samtavro mәdәniyyәti (Samtavro, Treli mәzarlıqları, Şilda, Meligele, Melaani ibadәtgahları, Uplistsixe, Xovleqora mәskәnlәri) formalaşdı. E.ә. 2-ci minilliyin 2–3-cü rübünә Koban mәdәniyyәtinin formalaşmasında әhәmiyyәtli rol oynamış abidәlәr (Stırfaz, Tli) aid edilir. Qәrbi G.-ın dağlarında (Raçi, Svaneti) e.ә. 15–13 әsrlәrә aid Diqora mәdәniyyәtinin abidәlәri mәlumdur. Qәrbi G.-da yerli әnәnә әsasında e.ә. 2-ci minilliyin ikinci yarısında inkişaf etmiş metallurgiya mәrkәzlәri ilә Kolxida mәdәniyyәti tәşәkkül tapdı, e.ә. 2-ci minilliyin sonları – e.ә. 1-ci minilliyin әvvәllәrindә isә Koban-Kolxida tarixi-mәdәni birliyinә daxil olan vә e.ә. 1-ci minilliyin ortalarınadәk davam edәn müstәqil mәdәniyyәtlәr (Bzıb, İnquri-Rioni, Leçxumi-İmereti vә s.) formalaşır; bu birliyә hәmçinin Cәnubi Osetiyanın özünәmәxsus mәdәniyyәti (Tli qәbiristanı) dә daxil idi. E.ә. 2- ci minilliyin sonlarından Aşşur mәnbәlәrindә Kilxi vә Daiaeni, Urartu mәnbәlәrindә isә Kolxa vә Diauxi kimi qeyd olunan ölkәlәr Qara dәnizin c.-ş.-indә lokallaşdırılır. E.ә. 8 әsrin sonu – e.ә. 7 әsrin әvvәllәrindә G.-ın qәrb vә mәrkәzi rayonlarından Asiyaya köçәn kimmerlәr, sonra isә skiflәr keçmişlәr. Yüksәkdağlıq G.-da Axalqori dәfinәsi, Algeti dәfinәsi vә Kazbek dәfinәsi mәlumdur. E.ә. 7 әsrin sonu – e.ә. 6 әsrin birinci yarısında Qara dәnizin ş. sahillәrindә yaranan yunan koloniyalarından yazılı mәnbәlәrdә Fasis, Giyenos, Dioskuriya, Pitiunt polislәri qeyd olunur. Arqonavtların Kolxidaya üzmәsi haqqında әfsanә mәlumatları mübahisәlidir. Yunan koloniyalarından Giyenos (Oçamçira yaşayış yeri), Batumi qalasındakı mәskәnlәr, Piçvnari, Simaqre, Eşer şәhәr yerlәri arxeoloji cәhәtdәn tәdqiq edilmişdir. E.ә. 6 әsrdә, ehtimal ki, Fasisdә gümüş sikkәlәrin (“kolxuri tetra”) zәrbi başlanılmışdır. E.ә. 1-ci minilliyin ortalarında Qәrbi G.-da meydana gәlmiş Kolxida çarlığının dini vә inzibati mәrkәzlәri Vani vә Sairxedә tәdqiq edilmişdir. E.ә. 4 әsrdә paytaxtı Uplistsixe vә әsas şәhәrlәri Sarkine, Urbnisi, Odzraxe olan İberiya dövlәti yaranmışdır. E.ә. 3 әsrdә Farnavazın hakimiyyәti dövründә paytaxtı Msxeta (Armazisxevi) olan Kartli dövlәti formalaşmışdır. VI Mitridat Yevpatorun [e.ә. 111–63] hakimiyyәti dövründә Kolxida Pont çarlığına tabe edildi. E.ә. 65 ildә Pompeyin başçılığı ilә Roma qoşunları Cәnubi Qafqaza soxuldular; İberiya Roma protektoratına çevrildi, Kolxidada birbaşa Roma hakimiyyәti tәtbiq edildi. Eramızın 2 әsrindә lazların, apsillәrin, abazqların vә saniqlәrin siyasi birliklәri yarandı. Romanın Parfiya, sonra isә Sasani dövlәti ilә apardığı mübarizә gedişindә İberiya çarlığı güclәndi, 4 әsrin sonlarında isә Kolxida torpaqları paytaxtı Sixe-Qoci (Arxeopolis) olan Romadan asılı Laz (Eqrisi) çarlığının hakimiyyәti altında birlәşdirildi. Qonioda (Apsar), Sixisdziridә (Petra), Suxumidә (Sebastopolis), Pitsundada (Pitiunt) bu dövrә aid qala vә şәhәrlәr tәdqiq edilmişdir. Epiqrafik abidәlәrdә G.-da yayılmış arami, yunan (o cümlәdәn Armazi bilinqvası), sonralar isә gürcü yazı nümunәlәri qorunub saxlanılmışdır.
     Oşki monastırında III Davidin tәsviri.
    Gürcüstan orta әsrlәrdә. 3–4 әsrlәrdәn G.-da dövlәt dininә çevrilmiş (326 ildә Kartlidә, 523 ildә Lazikada) xristianlıq yayıldı. 6 әsrin әvvәllәrindә Kartli eristavlıqlara parçalandı, Lazika isә Bizans-İran müharibәlәrinin meydanına çevrildi. İranla mübarizәdә I Vaxtanq Qorqasal (5 әsrin ikinci yarısı) G.-ın c.-unu vә c.-q.-ini Kartli çarlığına birlәşdirdi. 523 ildә Sasanilәr Kartlidә çar hakimiyyәtini lәğv etdilәr vә ölkәnin idarәsini iqamәtgahı Tiflisdә olan mәrzbana tapşırdılar. Bizansla Sasanilәr arasında Cәnubi Qafqaz uğrunda 20 illik müharibәdәn sonra 562 ildә bağlanmış sülh müqavilәsinә әsasәn Qәrbi G. (Lazika) Bizansa keçdi. 7 әsrin әvvәlindәn Bizansın Kartlidә tәsiri güclәndi. 644 ildә Tiflis (İbn әl-Əsirә görә, Azәrb.-ın uzaq sәrhәddindә yerlәşәn sonuncu şәhәr) әrәblәr tәrәfindәn işğal edildi, inzibati baxımdan Xilafәtin Arran vilayәtinin 3 böyük şәhәrindәn biri oldu. 8 әsrin 80-ci illәrindә Bizansa qarşı mübarizәdә Abxaz çarlığı yarandı. Bәlazuri (9 әsr) “Fütuh-әl-Büldan” (“Ölkәlәrin fәthi”) kitabında әrәb sәrkәrdәsi Mәslәmәnin Dәbili tutduqdan sonra Cürzana getmәsi vә Tiflis әhalisi ilә bir neçә müqavilә bağlaması haqqında xәbәr verir. Müqavilәyә görә, әrәblәrin yerli әhali üzәrindә tabeliyi tәsdiqlәnir, kilsә vә monastırların toxunulmazlığı tәmin edilirdi; islamı qәbul etmәyәnlәr cizyә ödәmәli idilәr.
    Tbilisi şәhәrinin tarixi mәrkәzi.
    683 ildә xәzәrlәrin indiki G. әrazisinә axınları başladı vә bu axınlar 764/765 ilәdәk davam etdi. Onlar böyük ordu ilә Kür vә Arazboyu torpaqları istila etdilәr vә Tiflisdә mәskunlaşdılar. İkinci müqavilә 722–725 illәrdә Ərminiyyә vә Azәrb.-da vali olmuş Cәrrah ibn Abdallahla birinci müqavilәyә yeni şәrtlәrlә bağlanmışdır. Əhali üzümlük vә dәyirmanlara görә ildә 100 dirhәm vermәli, gürcülәrin, sanarların, didoyların vә digәr xalqların yaşadıqları yerlәr әlә keçirilirdi. 730-cu illәrdә Tiflis әrәb canişininin – әmirin iqamәtgahı vә Tiflis әmirliyinin mәrkәzi oldu. 8 әsrin sonu – 9 әsrin әvvәllәrindә G. әrazisindә Kartli vә Kaxeti eristavlıqları, Tao-Klarceti knyazlığı, Ereti, Abxaz çarlığı, Tiflis әmirliyi mövcud idi. 9 әsrin 80-ci illәrindәn Tiflis әmirlәri xәlifәnin asılılığından çıxdılar vә 11 әsrin sonunadәk müstәqilliklәrini saxladılar. Ərәblәrin G.-ın şәrqinә yiyәlәnmәsindәn sonra Bizans G.-ın yalnız qәrbindә nüfuzunu saxlaya bilmişdi. Lakin 10 әsrin әvvәllәrindә Bizansın siyasi asılılığı zәiflәsә dә, onun gürcü mәdәniyyәtinә tәsiri saxlanılırdı. 10 әsrin sonlarında Şәrqi G.- da on minlәrlә türk yaşayırdı. Qıpçaqlar da G. tarixindә önәmli rol oynamışlar. 10 әsrin ikinci yarısı – 11 әsrin әvvәllәrindә G.-ın şәrq vә qәrb torpaqları birlәşdirildi vә “Sakartvelo” adlandırıldı. Birlәşdirilmiş G.-ı Baqrationlar sülalәsindәn olan III Baqrat idarә edirdi. 1020-ci illәrdә G.-ın bәzi torpaqları Bizans imperatoru II Vasili tәrәfindәn ilhaq edildi vә yeni hәrbi-inzibati әrazi bölgüsü yaradıldı. 1049 ildәn etibarәn sәlcuqların G.-a axını başladı.
    Kutaisi şәhәrindәn görünüş.
    IV Baqrat sülh müqavilәsi bağlamağa mәcbur oldu (1064). Sәlcuq sultanı Mәlikşah G.-na bir neçә yürüş etdi vә çar Georgi [1072–89] Mәlikşahın hakimiyyәtini rәsmәn tanıdı, hәmçinin xәrac ödәmәyi vә ordunu әsgәrlә tәmin etmәyi öhdәliyinә götürdü. 1086 ildә Mәlikşah böyük ordu ilә Cәnubi Qafqazın bütün әrazilәrini әlә keçirdi. Gürcülәr sәlcuqların mәskunlaşdığı әrazini “Didi türkoba” (“Böyük türk el-obası”) adlandırırdılar. Çar IV David (Q u r u c u D a v i d ) [1089–1125] Didqori vuruşmasında (1121) sәlcuqları mәğlub edәrәk Tiflis әmirliyini әlә keçirdi. Gәncәdә baş verәn zәlzәlәdәn (1139) istifadә edәn Davidin qıpçaqlardan ibarәt ordusu Gәncәni 25 günlük uğursuz mühasirәdә saxladıqdan sonra Naxçıvana doğru hәrәkәt etdi. Gürcülәrin Gәncәdәn çıxardıqları qәnimәtlәr arasında indi dә bir tayı Gelati monastırında saxlanılan mәşhur Gәncә darvazası var idi. 1161 ildә III Georginin [1156–84] qoşunları Eldәnizlәr dövlәtinin әrazisindә Ani vә Dәbili әlә keçirdilәr, әhali qarәt edildi, minlәrlә әsir götürüldü. Bir müddәt sonra Gәncә müdaxilә vә talana mәruz qaldı. 1163 ildә Eldәniz Şәmsәddinin başçılığı ilә müsәlmanların birlәşmiş qoşunu (Əhlәt şahı Sökmәn, İzzәddin Saltuk, Marağa әmiri ibn Ağsunqur, İraq sәlcuq sultanı Arslanşah vә bәzi Anadolu bәylәri) III Georgini mәğlub etdilәr. Şirvanşah III Mәnuçöhrlә evlәnmiş Tamarın [1184–1213] hakimiyyәti dövründә G. güclü dövlәtә çevrildi. 1220 ildә monqollar gürcülәri mәğlubiyyәtә uğratdılar, 1225 ildә isә Cәlalәddin Mәnqburnu G.-ın bir hissәsini işğal etdi. 1231 ildә monqollar G.-a daxil oldular. Rusudan Roma papası IX Qriqoridәn yardım istәdi, lakin cavab almadıqda Tiflisi tәrk etdi. 1232 ildә I Əlaәddin Keyqubadın dövründә sәlcuqlar G.-a yürüş etdi, çariçә Rusudan [1222–45] onlarla sülh bağladı vә qızı Tamarın I Əlaәddinin oğlu II Qiyasәddin Keyxosrovla izdivacına razı oldu. 1235–36 illәrdә monqollar yenidәn G.-ı işğal etdilәr: Rusudan xәrac ödәmәyә vә Böyük monqol xanını tanımağa razılıq verdi. Batu xanla Hülaku xan G.-da hakimiyyәtlәrini bәrqәrar etmәyә çalışdılar. 1266 ildә Bәrkә xan Tiflisә doğru hәrәkәt etdi, lakin yolda öldü. V Georgi Elxanilәr dövlәtinin zәiflәmәsindәn istifadә edәrәk G.-da monqolların hakimiyyәtinә son qoydu. G.-ın regionları arasında tәsәrrüfat vә mәdәni әlaqәlәr bәrpa edildi. Gürcülәrin Bizansla münasibәtlәrinin yenidәn canlanmasına Əmir Teymurun yürüşü (1386) mane oldu. 1399–1400 illәrdә Teymurun növbәti sәfәrindә gürcülәr xәrac ödәmәyә razılıq verdilәr, bunun ardınca Teymurun 1401 vә 1403 illәrdәki hücumları nәticәsindә G. tәnәzzül etdi, çar hakimiyyәti vә iri feodallar arasında mübarizә başladı. 1412–13 illәrdә Qara Yusif [1410–20] G.-ın bir neçә әrazisini tutdu. 1437 ildә Teymuri Şahrux [1409–47] G.-a daxil olduqda gürcü çarı I Aleksandr [1412–42] ona qiymәtli hәdiyyәlәr göndәrdi. 1441 ildә Cahanşah G.-a basqın etdi vә gürcü knyazı Vaxtanqın güclü müqavimәtinә rast gәldi. 15 әsrin sonunda G. parçalandı, onun әrazisindә müstәqil Kartli çarlığı, Kaxetiya çarlığı, İmereti çarlığı vә Samsxe-Saatabaqo knyazlığı yarandı. 16 әsrdә İmereti çarlığından Meqreli vә Quriya knyazlıqları, 17 әsrin әvvәlindә isә Abxaziya ayrıldı. Cәnubi Qafqazda ağalıq uğrunda Sәfәvi-Osmanlı müharibәlәri (16 әsr – 18 әsrin birinci rübü) başladı. Çaldıran vuruşmasından (1514) sonra Kartli vә Kaxetinin dә daxil olduğu Şәrqi G. Osmanlı idarәsinә keçdi. Osmanlı sultanının tәcavüzkar siyasәti ilә üzlәşәn Şah I İsmayıl [1501–24] Cәnubi Qafqazda öz siyasәtini fәallaşdırdı, Osmanlı ekspansiyasını dәf etmәk üçün öz mövqelәrini möhkәmlәndirdi. Öz aralarında mübarizә aparan gürcü çarlarının yardım mәqsәdilә ona müraciәti müdaxilә üçün bәhanә oldu. Qızılbaş әmiri Div Sultan Rumlu G.-a üç dәfә (1516, 1517 vә 1521 illәr) yürüş etdi. Sonuncu yürüş Kaxeti çarı Levanın Şәkiyә basqınından sonra Şәki hakimi Hәsәn bәyin İsmayıla kömәk üçün müraciәti ilә әlaqәdardır. 1521 ildә İsmayılın yanına Naxçıvana gәlmiş gürcü çarları (Levan, Kvarkvare, David vә Manuçar) ondan asılılığı qәbul etdilәr. I Tәhmasib [1524–76] G.-a 4 yürüş etdi vә 1540 ildә Tiflisi әlә keçirdi. Qızılbaşlar dәfәlәrlә Şәrqi G.-a hücum edib Kartli vә Kaxetini asılı vәziyyәtә saldılar. Çıldır vuruşmasından (1578) sonra osmanlılar G.-ı tutdular; Faş adlandırdıqları Poti limanını Osmanlı imperiyasının Qafqazda әsas forpostuna çevirdilәr, timar sistemini tәtbiq etdilәr. Lakin I Abbas [1587–1629] Şәrqi G.-ı osmanlılardan tәmizlәdi: 1603 ildә Tiflisi osmanlılardan geri alıb Kartlini xanlıq elan etdi. G.-ın tәqr. 100 min sakini İrana köçürüldü. 1625 ildә Georgi Saakadzenin rәhbәrliyi ilә Kartlidә baş vermiş üsyan Sәfәvilәri öz hәrbi qüvvәlәrinin xeyli hissәsini G.-a göndәrmәyә mәcbur etdi. Əkshücuma keçәn osmanlılar Qәrbi G.-ın bir sıra rayonlarını (Samsxe-Saatabaqo, Acarıstan, Lazika vә s.) işğal etdilәr. Kartli çarı IV Vaxtanq [1703–24] vә onun tәrәfdarları Tiflisin osmanlılar tәrәfindәn zәbtindәn (1723) sonra Rusiyaya mühacirәt etdilәr. 1734–35 illәrdә Nadir xan Şәrqi G.-ı osmanlılardan tәmizlәdi. Nadir şah olduqdan (1736) sonra Ziyadoğlu nәslindәn olan Gәncә xanlarını cәzalandırdı, hüquqlarını mәhdudlaşdırdı vә onları Qazax, Borçalı elatlarının hakimlәri ilә birlikdә gürcü çarlarına tabe etdi. 1744 ildә Kartli vә Kaxetidә baş verәn üsyanlar nәticәsindә Nadir şah II İraklini Kaxeti çarı, onun atası Teymurazı isә Kartli çarı elan etdi. 1762 ildә II İrakli Kartli vә Kaxetini öz idarәsi altında birlәşdirdi. II İrakli Hacı Çәlәbi әleyhinә Azәrb.-ın bәzi xanları ilә danışıqlar aparmaq üçün Gәncәyә gәlәrkәn güclü qoşun da gәtirmişdi. Xanları әsir alan İraklini Hacı Çәlәbinin qoşunu mәğlub etdi. II İrakli ilә Rusiya arasında Georgiyevsk müqavilәsi (1783) imzalandı. Qәrbi G.-da İmereti çarı I Solomon [1752–84] qiyamçı yerli әyanları özünә tabe etdi. 1795 ildә Ağa Mәhәmmәd şah Qacarın sәrbazları Tiflisi qarәt vә viran etdikdәn sonra külli miqdarda qәnimәt vә 20 min әsirlә şәhәri tәrk etdilәr. Kartli-Kaxeti çarı XII Georgi mülklәrinin Rusiya imperiyasına qatılması xahişilә Sankt-Peterburqa müraciәt etdi.
     
    Gürcüstan 19 әsr – 20 әsrin әvvәllәrindә. I Aleksandrın Kartli-Kaxeti çarlığının lәğv edilmәsi vә әrazisinin Rusiyaya birlәşdirilmәsi haqqında 1801 il 12 sentyabr tarixli fәrmanı ilә Şәrqi G.-ın taleyi qәti şәkildә hәll olundu. Rus qoşunları baş komandanı vә mülki hakim tәrәfindәn idarә olunan Tiflis quberniyası yaradıldı. Azәrb. әrazisinin dә bir hissәsi – Kartli-Kaxetiya çarlığından vassal asılılıqda olan vә onunla birlikdә Rusiyaya birlәşdirilәn Qazax, Borçalı, Şәmsәddin sultanlıqları bu quberniyanın tәrkibinә daxil edildi. 19 әsrdә Qәrbi G.-ın İmereti çarlığı (1804; 1810), Abxaz knyazlığı (1810; Rusiyanın vassalı idi; 1864 ildә Abxaziya ilә münasibәtlәri nizama salmaq üçün Suxumi hәrbi şöbәsi tәsis edildi), Quriya (1811; 1828), Meqreliya (1804; 1857), Svaneti (1803–58) tәdricәn Rusiyanın tәrkibinә qatıldı. 1828–29 vә 1877–78 illәrdәki Rusiya-Türkiyә müharibәlәri gedişindә ruslar Poti vә Batumini, hәmçinin G.-ın c.-q. torpaqlarını osmanlılardan aldılar. Rusiya hökumәtinin Cәnubi Qafqaza olan marağının geosiyasi әsasını Cәnubi Qafqaz vasitәsilә Yaxın Şәrqә gedәn yolu qısaltmaq vә Şәrq mәsәlәsini öz xeyrinә hәll etmәk niyyәti tәşkil edirdi. 1830–40-cı illәrdә G.-da siyasi vәziyyәtin sabitlәşmәsi tәsәrrüfatın inkişafı üçün şәrait yaratdı. Bu dövrdә nәsli malikanәlәrin sayı azalmağa başladı, fәrdi kәndli torpaq sahibliyi genişlәndi, k.t. mәhsullarının (çörәk, çaxır, texniki bitkilәr) istehsal hәcmi artdı. Şәhәrlәrdә әhali Cәnubi Qafqazın qonşu әrazilәrindәn vә Rusiyadan gәlәn kәndli vә köçkünlәrin hesabına artdı, xırda әmtәә istehsalı canlandı. 19 әsrdә G. ümumrusiya bazarına vә onun vasitәsilә dünya bazarına daxil oldu. Tiflis Cәnubi Qafqazda әn böyük şәhәr vә imperiyanın Qafqazda inzibati mәrklәzi idi. 1864–71 illәrdә çar hökumәti G.-da tәhkimçilik hüququnu lәğv etdi. Lakin kәndli islahatı bütün Rusiya imperiyasında olduğu kimi yarımçıq keçirildi, torpaqların böyük hissәsi mülkәdarların әlindә qaldı. G.-ın iqtisadi inkişafında 1860-cı illәrdә Zaqafqaziya d.y.-nun inşası böyük әhәmiyyәt kәsb etdi. Onun Tiflisdә yerlәşәn әsas emalatxanaları 19 әsrin sonunda şәhәrin iri müәssisәlәrinә (3 min fәhlә) çevrildi. 1872 ildә Tiflis–Poti yolu açıldı, 1883 ildә Batum–Tiflis–Bakı magistralının inşası başa çatdırıldı. 1900 ildә Zaqafqaziya d.y. ümumrusiya d.y. şәbәkәsinә qoşuldu. Tekstil, metal emalı, dәri, konyakaraq, tütün vә digәr istehsal sahәlәri üzrә iri müәssisәlәr meydana gәldi. Daş kömür (Tkibuli) vә manqan (Çiatura; 1890-cı illәr dә dünya manqan hasilatının tәqr. 50%-i G.-ın payına düşürdü) yataqlarının istismarı başladı. Batumidә neft çәnlәri z-dları vә neftdoldurma stansiyaları açıldı. Sәnaye müәssisәlәri yerli, rus vә xarici sәhmdarların iştirakı ilә yaranırdı. 20 әsrin әvvәllәrindә 1860-cı illәrlә müqayisәdә G.-ın emal sәnayesi mәhsulunun hәcmi 1 mln. rubldan 21 mln. rubla qәdәr artdı. G.-da ümumi istehsalın hәcmindә fabrik mәhsulunun payı tәqr. 80% tәşkil etsә dә, 19 әsrin sonunadәk xırda müәssisәlәr (15 fәhlәyә qәdәr) üstünlük tәşkil edirdi. Sәnaye inkişaf etdikcә çoxmillәtli sahibkarlar vә fәhlә siniflәri formalaşırdı: onların tәrkibinә gürcülәr, azәrb.-lar, ermәnilәr vә b. daxil idi. Baş verәn dәyişikliklәr kәnd hәyatına da tәsir etdi: torpaqların icarәyә verilmәsi geniş vüsәt aldı (1880-ci illәrdә kәndlilәrin 37%-i, 1890-cı illәrdә isә tәqr. 75%-i torpaq icarәyә götürdü). Kәndlilәrin sosial tәbәqәlәşmәsi dәrinlәşdi: 20 әsrin әvvәllәrindә becәrilәn torpaqların 30%-nә malik olan varlı kәndlilәr kәnd әhalisinin 5%-ni, yoxsul kәndlilәr isә 55–60%-ni tәşkil edirdi. 1860-cı illәrdә liberal zadәganların aparıcı rol oynadıqları gürcü milli hәrәkatı formalaşırdı. Buna “Terqdaleulebi” (“Terekin suyunu içәnlәr”) hәrәkatı, “Pirvәli dasi” qrupu vә “Meoredasi” liberal hәrәkatı böyük tәsir göstәrdi. 1870-ci illәrdә G.-da xalqçılar hәrәkatı, Qafqaz sosial-inqilabi tәşkilatı yarandı. 1892 ildә Tiflisdә N.Jordaniya vә N.Çxeidzenin rәhbәrliyi ilә “Mesame dasi” gizli marksist tәşkilatı meydana gәldi. 19 әsrin sonlarında bu tәşkilatın M.Tsxakaya, V.Ketsxoveli, İ.Cuqaşvili (Stalin) vә b.-nın daxil olduğu radikal qanadı formalaşdı. 1901 ildә Bakıda gürcü milli qәzeti “Brdzola” (“Mübarizә”) nәşr olunmağa başladı. Gürcü sosial-demokratların rәhbәrliyi ilә iri tәtillәr baş verdi (1901 ildә Tiflisdә, 1902 ildә Batumda). 1905 il Oktyabr tәtili silahlı üsyana çevrildi. 1905 il noyabr–dekabr aylarında gürcü fәhlәlәrin ilk hәmkarlar ittifaqları yaradıldı. Birinci dünya müharibәsi illәrindә G.- da sәnaye böhranı başladı, әkin sahәlәri xeyli azaldı. Daxili siyasi vәziyyәt ağırlaşdı. Fevral inqilabından (1917) sonra G.- da da ikihakimiyyәtlilik oldu. 1917 il martın 9-da Tiflisdә Müvәqqәti hökumәtin orqanı – Xüsusi Zaqafqaziya Komitәsi (OZAKOM) yarandı. Eyni vaxtda menşeviklәrin rәhbәrlik etdiyi fәhlә, әsgәr, kәndli deputatları sovetlәri meydana gәldi. 1917 il noyabrın 15-dә Xüsusi Zaqafqaziya Komitәsi әvәzinә menşeviklәrin aparıcı rol oynadığı Zaqafqaziya komissarlığı tәşkil olundu. Menşeviklәrin tәşәbbüsü ilә Gürcü milli şurası, gürcü milli silahlı qüvvәlәri vә Milli qvardiya yaradıldı. 1918 il aprelin 9- da G., Azәrb. vә ermәni hökumәtlәrinin liberal demokrat nümayәndәlәri tәrәfindәn çağırılan Zaqafqaziya seymi mәrkәzi Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR) yaradılmasını elan etdi. Hökumәt 4 gürcü, 5 azәrb. vә 4 ermәni nümayәndәsindәn ibarәt idi. Batum konfransında (1918) G. Almaniya nümayәndәlәrinin tәzyiqi nәticәsindә ZDFR-dәn çıxdı. Mayın 26-da Gürcüstan Demokratik Respublikasını elan edәn gürcü menşevik hökumәti (N.Jordaniya, A.Çxenkeli, Y.Gegeçkori vә b.) Almaniyadan dәstәk istәdi. Mayın sonu – iyunun әvvәlindә alman vә türk qoşunları G. әrazisinә daxil oldu. 1918 il mayın 28-dә AXC-nin yaradılması ilә Borçalı әhalisi Azәrb.-a birlәşmәk haqqında mәsәlә qaldırdı. Lakin gürcülәr alman qoşunlarının kömәyi ilә Borçalını öz hakimiyyәti altına keçirdilәr. 1918 il iyunun 4-dә Osmanlı dövlәti ilә G. arasında 13 maddәdәn ibarәt müqavilә imzalandı [bax Batum müqavilәlәri (1918)]. Müqavilә Qars, Ərdәhan vә Batumun, hәmçinin Axal sıx vә Axalkalakinin Türkiyәyә keçmәsini tәsdiqlәdi. 1918 ilin dekabrında Almaniya vә müttәfiqlәrinin mәğlubiyyәtindәn sonra G. әrazisini işğal edәn Britaniya qoşunları 1920 ilin iyununadәk orada qaldı. 1918 ilin dekabrı – 1919 ilin yanvarında Ermәnistanla sәrhәd mübahisәlәri Ermәnistan-Gürcüstan müharibәsinә (1918) sәbәb oldu. 1919 il yanvarın 9–17-dә Tiflisdә tәrәflәrin konfransı keçirildi. G.-Ermәnistan sәrhәdinin Antanta Ali Şurası tәrәfindәn tәyin edilmәsinә qәdәr Borçalı qәzasının şm. hissәsinin G.-a, c. hissәsinin Erm.-a verilmәsi, Allahverdi mis mәdәnlәrinin olduğu orta hissәdә isә ingilis gen.-qubernatorunun idarәçiliyindә “neytral zona”nın yaradılması qәrara alındı. Şimali Qafqazda sovet hakimiyyәti qurulduqdan sonra, 1920 il mayın 7-dә gürcü menşevik hökumәtinin RSFSR ilә bağladığı müqavilәyә әsasәn G. “Rusiya әksinqilabı” ilә bütün әlaqәlәri kәsmәli, xarici qoşunları ölkәdәn çıxarmalı, bolşevik tәşkilatlarının açıq fәaliyyәtinә icazә vermәli idi.
    Gürcüstan sovet dövründә (1921–91). 1921 ilin fevralında Şәrqi G.-ın bir sıra rayonlarında menşevik hökumәtinә qarşı gürcü vә rus bolşeviklәrinin hazırladığı üsyan baş verdi. 1921 il fevralın 16-da G. İnqilab komitәsi Gürc. SSR-in yaradıldığını elan etdi vә yardım üçün RSFSR-ә müraciәt etdi. Fevralın 25-dә Qırmızı ordu hissәlәri vә G. İnqilab komitәsinin dәstәlәri Tiflisi tutdular; martın әvvәlindә Abxaziya vә Cәnubi Osetiyada sovet hökumәti quruldu. RSFSR ilә Türkiyә arasında imzalanmış Moskva müqavilәsinә (1918) әsasәn Türkiyә Batum vә Acarıstanın şm. rayonlarından imtina edir vә onu muxtariyyәt statusu ilә G.-ın hissәsi kimi tanıyırdı. 1921 ilin iyulunda Gürc. SSR tәrkibindә Acarıstan MSSR yaradıldı. 1921 il noyabrın 6-da qәbul edilmiş bәyannamәyә görә, Borçalı Erm. ilә G. arasında bölüşdürüldü. 1921 il dekabrın 16-da Abxaziya SSR Gürc. SSR-in tәrkibinә qatıldı. 1922 il aprelin 20-dә Cәnubi Osetiya MV yaradıldı. 1922 il martın 12-dә Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqının yaradılması haqqında müqavilә imzalandı. 1922 il dekabrın 30-da Gürc. SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tәrkibindә SSRİyә daxil oldu. 1929 ildә Gürc. SSR-dә Borçalı qәzası lәğv olundu. Onun әrazisindә Borçalı (1950 ildәn Marneuli), Lüksemburq (1943 ildәn Bolnisi) vә Başkeçid (1981 ildәn Dmanisi) rayonları yaradıldı. Sovet hakimiyyәti qurulduqdan sonra sәnaye, banklar, d.y.-ları, torpaq vә yeraltı sәrvәtlәr millilәşdirildi. 1924 ildә G.-da sovet hökumәti әleyhinә, müstәqil G. Resp.-nın bәrpası şüarları ilә üsyan baş verdi. Üsyan yatırıldı, ziyalılara vә kәndlilәrә qarşı siyasi repressiyalar başladı. Sonrakı illәrdә G.-dakı vәziyyәt Moskva vә Tiflisdәki dövlәt vә partiya orqanları tәrәfindәn nәzarәtә alındı. Millәtçilik tendensiyaları ilә mübarizәdә İ.V.Stalin vә L.P.Beriyanın xüsusi rolu var idi. G.-ın idarәçiliyinin mәrkәzlәşdirilmәsi siyasәti nәticәsindә 1931 ilin fevral ayında Abxaziya SSR muxtar respublikaya çevrildi. 1920–30-cu illәrdә G. iqtisadi vә mәdәni sahәdә uğurlar qazandı. K.t.-nda kütlәvi kollektivlәşmә vә mexaniklәşdirmә aparıldı; çay vә sitrus meyvәlәrinin istehsalı genişlәndi. 1930-cu illәrin sonlarında G.-da sәnayelәşdirmә başa çatdı: 800-dәn çox müәssisә inşa edildi, yeni sәnaye sahәlәri (maşınqayırma, ferroәrintilәr istehsalı, neftçıxarma, neft-kimya vә s.) yaradıldı. Xalq maarifi, tәhsil sistemindә vә elm sahәsindә böyük nailiyyәtlәr qazanıldı. 1918 ildә Tiflisdә dövlәt un-tinin әsası qoyuldu, 1921 ildә Gürc. SSR Mәrkәzi dövlәt tarix arxivi, 1925 ildә Abxaz dili vә әdәbiyyatı akademiyası, 1935 ildә SSRİ EA-nın G. filialı, 1941 ildә Gürc. SSR EA yaradıldı. Böyük Vәtәn müharibәsi illәrindә tәqr. 700 min gürcüstanlı (әhalinin 1/5-i) orduya çağırıldı, onların yarısından çoxu hәlak oldu. G.-da hasil edilәn polimetallar vә digәr xammal növlәri SSRİ hәrbi sәnayesi üçün xüsusilә әhәmiyyәtli idi. Qırmızı ordunun gürcü milli bölmәlәri Qafqaz uğrunda döyüşdә (1942–43), Taman y-a vә Krımın azad edilmәsindә mühüm rol oynadı. Eyni zamanda Almaniya ordusunda tәqr. 20 min gürcüstanlı (mühacirlәr, almanların tәrәfinә keçәn hәrbi әsirlәr vә s.) döyüşürdü. Müharibә illәrindә almanlar, kürdlәr, Mәshәti türklәri “etibarsız ünsürlәr” kimi G.-dan sürgün edildilәr. Müharibәdәnsonrakı dövrdә ümumittifaq plan tәsәrrüfatı çәrçivәsindә inkişaf edәn G. iqtisadiyyatında dәyişikliklәr davam edirdi. Tbilisi elektrovozqayırma z-du, Kutaisi avtomobil z-du, Rustavi metallurgiya kombinatı kimi iri müәssisәlәr vә s. işә salındı. G.-ın әsas gәlir mәnbәyini әvvәllәr olduğu kimi k.t. mәhsulları (çay, şәrab, sitrus meyvәlәri, tütün), hәmçinin dәnizyanı vә dağ kurortları tәşkil edirdi. 1960-cı illәrin әvvәllәrindә G. iqtisadiyyatın idarә olunmasında daha çox müstәqillik әldә etdi. Resp.-da kölgә iqtisadiyyatı sferasında fәaliyyәt göstәrәn yüngül vә yeyinti sәnayesi müәssisәlәri meydana gәldi. 1945 ildәn sonra tәhsil, elm vә mәdәnimaarif müәssisәlәri sistemi genişlәndi. 1960-cı illәrdә Gürc. SSR EA 45 elmitәdqiqat müәssisәsini birlәşdirirdi, resp.-da 18 ali mәktәb, tәqr. 20 teatr, “Gürcüstan film” kinostudiyası fәaliyyәt göstәrirdi. 1970-ci illәrdә G. cәmiyyәtindә, xüsusilә ziyalılar arasında millәtçilik tendensiyaları güclәndi, dissident vә hüquq müdafiәçilәri (Z.Qamsaxurdia, M.Kostava, Z.Çavçavadze) qruplarının fәaliyyәti artdı. 1972 ildә G. KP-nin birinci katibi E.Şevardnadze oldu. O, ziyalılarla әlaqәlәri nizamlamağa çalışdı, rüşvәtxorluqla mübarizәyә başladı. 1985 ildә M.S.Qorbaçovun yenidәnqurma siyasәtini dәstәklәdi vә SSRİ xarici işlәr naziri vәzifәsinә tәyin edildi. 1980-ci illәrin sonlarında G.-da hüquq müdafiәçiliyi hәrәkatı antisovet xarakteri aldı, respublikanın SSRİ tәrkibindәn çıxmasına çağıran siyasi partiyalar yarandı. Eyni zamanda Abxaziya MSSR vә Cәnubi Osetiya MV öz statuslarının artırılmasını vә әsas siyasi, sosial-iqtisadi mәsәlәlәr üzrә qәrarların qәbulunda onlara müstәqillik verilmәsini tәlәb etdilәr. 1989 ilin yazında G.-da vәziyyәt kәskinlәşdi. 1989 il aprelin 9-da Tbilisidә müstәqillik şüarı ilә çıxış edәn mitinq iştirakçılarına divan tutuldu (19 nәfәr öldürüldü, onlarla insan yaralandı). Yerli partiya vә sovet orqanlarından narazılıq nәticәsindә siyasi liderlik müxalif qüvvәlәrin әlinә keçdi. 1990 ildә G. Ali Sovetinә seçkilәrdә Z.Qamsaxurdianın rәhbәrlik etdiyi “Mrqvali magida – Tavisupali Sakartvelo” (“Dәyirmi masa – Azad Gürcüstan”) koalisiyası sәslәrin 54%-ini topladı vә kommunistlәri qabaqlayaraq (30%) qalib gәldi. 1990 ilin noyabrında Z.Qamsaxurdia Gürc. SSR Ali Sovetinin sәdri seçildi, 1990 ilin dekabrında Milli qvardiya tәşkil edildi. 1991 il martın 30-da G. hökumәti respublikada SSRİ-nin saxlanılması haqqında deyil, G.-ın müstәqilliyinin bәrpası haqqında referendum keçirdi. Sәs verәnlәrin 93%-i müstәqilliyә sәs verdi. 1991 il aprelin 9-da Gürc. SSR Ali Soveti “Gürcüstanın dövlәt müstәqilliyinin bәrpası haqqında akt”ı qәbul etdi.
    Gürcüstan 1991 ildәn sonra. 1991 il mayın 26-da keçirilmiş prezident seçkilәrindә sәslәrin 87%-ini qazanmış Z.Qamsaxurdia qalib gәldi. 1991 ilin dekabrında G. beynәlxalq birlik tәrәfindәn suveren dövlәt kimi tanındı, 1992 il iyulun 31-dә BMT-nin üzvü oldu. Yeni hökumәt ölkәnin yalnız bir hissәsini nәzarәtindә saxlayırdı. 1990 ilin sentyabrında Cәnubi Osetiya MV müstәqilliyini elan etdi vә RSFSR-in tәrkibindә olan Şimali Osetiya MSSR ilә birlәşmәk niyyәtini bildirdi. Buna cavab olaraq G. hökumәti Cәnubi Osetiyanın muxtariyyәtini lәğv etdi vә onun әrazisindә fövqәladә vәziyyәt elan olundu. Bu, gürcü vә osetin silahlı birlәşmәlәrinin iştirak etdiyi qanlı münaqişәyә sәbәb oldu. Z.Qamsaxurdia millәtçilik siyasәtini G.-ın tәrkibindәki әzәli azәrb. torpaqlarında da yürüdürdü. Borçalıda yüksәk vәzifә tutan azәrb.-lar işdәn uzaqlaşdırıldı, Bolnisi vә Dmanisi rayonlarında әhalinin 50%-ini tәşkil edәn azәrb.-lar zorla evlәrindәn qovuldu. 32 kәnd, çay vә dağların azәrbaycanca adları dәyişdirildi. Z.Qamsaxurdianın respublikanın әrazi bütövlüyünü qoruyub saxlaya bilmәmәsi, onun avtoritar idarәetmә üsulları geniş müxalifәt hәrәkatının yaranmasına sәbәb oldu. 1991 ilin dekabrında Milli qvardiya hissәlәri vә “Mxedrioni” hәrbi qruplaşmalarından dәstәk alan G. müxalifәti Z.Qamsaxurdia rejiminә qarşı silahlı mübarizәyә başladı. 1992 il yanvarın 5-dәn 6-na keçәn gecә vәzifәsindәn kәnarlaşdırılan Z.Qamsaxurdia ölkәdәn qaçdı. G.-da T.Kitovani, D.İoseliani vә T.Siquanın idarә etdiklәri Gürc. Resp.-nın Hәrbi şurası (GRHŞ) tәşkil edildi. Şura köhnә hakimiyyәt orqanlarını lәğv etdi, yerlәrә sәlahiyyәtli nümayәndәlәrini tәyin etdi vә parlamenti buraxdı. Eyni zamanda T. Siquanın rәhbәrliyi ilә Müvәqqәti hökumәt formalaşdırıldı, G.-ın 1921 il Konstitusiyası bәrpa olundu, parlamentә seçkilәrin tarixi müәyyәnlәşdirildi. GRHŞ G. tәrkibindә Abxaziyanın siyasi muxtariyyәtinin saxlanılmasına tәrәfdar çıxdı. 1992 il martın 10-da GRHŞ öz sәlahiyyәtlәrini 36 müxalifәt partiyasının tәqr. 70 nümayәndәsinin daxil olduğu Dövlәt şurasına verdi. Şuranın sәdri E.Şevardnadze, müavini isә D. İoseliani oldu. E. Şevardnadzenin hakimiyyәtә gәlmәsi ilә G.-ın siyasi inkişafının yeni mәrhәlәsi başladı. 1992 ilin iyulunda gürcü-osetin münaqişәsi zonasında BMT mandatı ilә rus-gürcü-osetin qüvvәlәrinin yerlәşdirilmәsi hәrbi silahlı toqquşmaları dayandırdı. Lakin Cәnubi Osetiya G.-ın tәrkibindә qalmağın әleyhinә idi. Meqreliya, İmereti vә Quriyada Z.Qamsaxurdia tәrәfdarları yeni hökumәtә qarşı silahlı mübarizәyә qalxdılar. 1992 ilin iyulunda müstәqilliyini elan edәn Abxaziya ilә münaqişә siyasi vәziyyәti mürәkkәblәşdirdi. 1992 il avqustun 14-dә G. hökumәtinin Abxaziyaya yeritdiyi Milli qvardiya qüvvәlәri Suxumi vә digәr abxaz şәhәrlәrini tutdular. Hәmin ilin oktyabrında abxaz hәrbi hissәlәri әkshücuma keçdilәr vә G. ordusunu Qaqradan çıxmağa vadar etdilәr. 1992 ilin oktyabrında parlament seçkilәrindә E.Şevardnadze tәrәfdarları sәs çoxluğu qazandılar (1993 ilin noyabrında onlar Gürcüstan Vәtәndaşları İttifaqı partiyasında birlәşdilәr). Seçkilәrdәn sonra G.- da siyasi vәziyyәt ağır olaraq qalırdı. Abxaziyada hәrbi әmәliyyatlar davam edirdi. 1993 ilin sentyabrında gürcü hәrbi hissәlәri onun әrazisindәn sıxışdırılıb çıxarıldı. Abxaziyada yaşayan 200 mindәn çox gürcü oranı tәrk etdi. Z.Qamsaxurdia tәrәfdarları ilә münaqişә 1993 ilin sentyabrında vәtәndaş müharibәsinә çevrildi. Dekabrda zviadçıların sonuncu müqavimәt ocaqları yatırıldı. E.Şevardnadze hökumәti ölkәdәki vәziyyәti sabitlәşdirmәk mәqsәdilә Rusiya hökumәti ilә әlaqәlәri fәallaşdırdı. 1993 ildә G. MDB-yә qoşuldu. 1995 ildә G. әrazisindәki Rusiya hәrbi bazaları (Vaziani, Qudauta, Axalkalaki, Batumi) haqqında razılaşma imzalandı. 1994 il mayın 15-dә G. vә Abxaziya nümayәndәlәri (Rusiyanın vasitәçiliyi ilә) barışıq haqqında razılaşma imzaladılar. Lakin 1994 ilin noyabrında Abxaziya ölkәni suveren dövlәt elan edәn yeni konstitusiyanı qәbul etdi. 1995 ildә Abxaziya vә Cәnubi Osetiyanın da statusunu dәqiqlәşdirmәyәn G.-ın yeni konstitusiyası qәbul olundu. Ölkәdә prezident vәzifәsi bәrpa edildi; 1995 ilin noyabrında keçirilmiş prezident seçkilәrindә E. Şevardnadze qalib gәldi (2000 ildә yenidәn seçildi). 1995 vә 1999 illәrdәki parlament seçkilәrindә isә yerlәrin çoxunu Gürcüstan Vәtәndaşları İttifaqı qazandı. E. Şevardnadze hökumәti Aİ, NATO vә beynәlxalq iqtisadi tәşkilatlarla әlaqәlәri möhkәmlәndirdi. 1994 ilin martında G., digәr MDB ölkәlәri kimi, NATO-nun “Sülh naminә tәrәfdaşlıq” proqramına, 1999 ildә Avropa Şurasına qәbul edildi, 2000 ildә ÜTT-nin üzvü oldu. 1992 ildә Qara dәniz iqtisadi әmәkdaşlıq tәşkilatına, 1997 ildә GUAM-a daxil oldu. G. rәhbәrliyi 1996 ildә Azәrb., Tür. vә Özbәk.-la d.y. nәqliyyatının fәaliyyәtinin әlaqәlәndirilmәsi haqqında müqavilә vә nәqliyyat daşımalarının nizamlanması sahәsindә әmәkdaşlıq haqqında razılaşmanı imzaladı. Bununla belә, G.-ın iqtisadi vәziyyәti 1990-cı illәr әrzindә durmadan ağırlaşırdı. Kütlәvi işsizliyә vә әmәk miqrasiyasına sәbәb olmuş uzunsürәn enerji böhranı vә bir çox müәssisәnin bağlanması, xarici borcun sürәtlә artması ilә müşayiәt olunurdu. 2003 ilin iyul ayında G.-ın xarici borcunun 1,75 mlrd. dollara çatması ölkәni iflas hәddinә gәtirdi. Əhalinin yoxsullaşması, iqtisadi vә maliyyә problemlәri, etnik münaqişәlәrin tәnzimlәnmәmәsi E.Şevardnadze hökumәtinin mövqeyini sarsıtdı vә onun әsas siyasi dәstәyi olan Gürcüstan Vәtәndaşları İttifaqının dağılma sına gәtirib çıxardı. 2000-ci illәrin әvvәllәrindә ölkәdә ABŞ-ın nüfuzlu qüvvәlәrinin dәstәyini qazanmış M. Saakaşvilinin rәhbәrlik etdiyi güclü müxalifәt hәrәkatı formalaşdı. E.Şevardnadzeyә qarşı G. parlamentinin sәdri N.Burcanadze vә Gürcüstan Vәtәndaşları İttifaqının keçmiş lideri Z.Jvaniya qәtiyyәtlә çıxış etdilәr. 2003 il noyabrın 2-dә G.-da parlament seçkilәri keçirildi. Hökumәt “Yeni Gürcüstan uğrunda” hakimiyyәtyönlü birliyinin qalib gәldiyini elan etsә dә, müxalifәt vә beynәlxalq müşahidәçilәr seçkilәrin nәticәlәrini qәbul etmәdilәr. Tbilisidә seçkilәrin nәticәlәrinә yenidәn baxılması vә E. Şevardnadzenin istefası tәlәbi ilә çıxış edәn kütlәvi nümayişlәr başladı. Güc strukturları müxalifәtin tәrәfinә keçdi. 2003 il noyabrın 23-dә E.Şevardnadze istefa vermәyә mәcbur oldu. 2003 ilin noyabrında Tbilisidә baş vermiş hadisәlәr “qızılgüllәr inqilabı” adlandırıldı. 2004 il yanvarın 4-dә keçirilmiş növbәdәnkәnar prezident seçkilәrindә seçicilәrin 96,3%-i M.Saakaşviliyә sәs verdi (2008 ildә ikinci dәfә seçildi). 2004 ilin mart ayında keçirilmiş parlament seçkilәrindә 235 yerdәn 135-ni qazanmış “Birlәşmiş hәrәkat – Demokratlar” prezidentyönlü siyasi qruplaşması qәlәbә qazandı. 2005–06 illәrdә G.-da hüquq-mühafizә orqanlarının möhkәmlәndirilmәsinә vә mütәşәkkil cinayәtkarlığa qarşı mübarizәnin güclәndirilmәsinә yönәldilmiş bir sıra islahat hәyata keçirildi. Yeni hökumәt ABŞ-la sıx siyasi vә hәrbi әmәkdaşlıq vә G.-ın NATOya qoşulma xәttini götürdü. 2006 ildә G.–Avropa İttifaqı birgә fәaliyyәt planı haqqında bәyanat imzalandı. G. hökumәti ölkәnin әrazi bütövlüyünün tәmin edilmәsi mәsәlәsindә sәrt mövqe tutdu. 2004 ilin martında G.-ın DİN xüsusi tәyinatlı dәstәsi svanların müstәqilliyinin tәrәfdarı olan Aprasidze klanını lәğv etdi. Hәmin ilin mayında hәrbi güc tәtbiqi tәhdidilә Acarıstan Tbilisinin verdiyi sәrәncamlara tabe oldu; separatçılıqda ittiham olunan muxtariyyәtin lideri A.Abaşidze ölkәni tәrk edәrәk Moskvaya qaçdı. G. hökumәtinin siyasi tәzyiq cәhdlәri, etnoregional problemlәrin hәrbi güc ilә hәllinin mümkünlüyü haqqında bәyanatları G.-Abxaziya vә G.-Cәnubi Osetiya münaqişәlәrini kәskinlәşdirdi. G.-da geniş islahatlar hәyata keçirildi: mәmurların sayı xeyli azaldıldı, dövlәt mülkiyyәtinin özәllәşdirilmәsi başladı, NATO standartlarına uyğun 4 piyada batalyonu (tәqr. 4000 nәfәr) formalaşdırıldı. 2005 ildә DİN sistemi yenidәn quruldu, polisdә rüşvәrxorluğun qarşısı alındı, mütәşәkkil cinayәtkarlığa qarşı sәrt mübarizә aparıldı. 2006 il iyulun 12-dә Bakı–Tbilisi–Ceyhan (BTC) neft kәmәrinin açılışı oldu. Bu kәmәr G. üçün әlavә gәlir vә neft mәnbәyi olsa da, Rusiya üçün Azәrb.-da vә G.-da tәsir dairәsinin itirilmәsi idi. Bu hadisәdәn 10 gün sonra Kodori dәrәsindә E.Kvitsianinin başçılığı ilә qiyam baş verdi, lakin iyulun 27-dә qiyam yatırıldı, E.Kvitsiani Rusiyaya qaçdı. 2005–2006 illәrdә G. hökumәtinin rus qoşunlarının Abxaziya vә Cәnubi Osetiyadan çıxarılması vә G.-dakı rus hәrbi bazalarının lәğv edilmәsi tәlәblәri, hәmçinin BTC-nin işә düşmәsi Rusiya-G. münasibәtlәrinin mürәkkәblәşmәsinә sәbәb oldu. 2006 il sentyabrın 27-dә G.-da casusluqda ittiham olunan Rusiya Baş kәşfiyyat idarәsinin bir neçә zabiti hәbs edildi. Buna cavab olaraq Rusiya G.-la tәyyarә uçuşlarını dayandırdı vә d.y. әlaqәlәrini kәsdi, oktyabrın 6-da Rusiyadakı G. vәtәndaşlarının deportasiyası başladı. Rusiya G.-a ixrac edilәn qazın qiymәtini iki qat artırdı. 2007 ildә M. Saakaşvilinin tәlәbi ilә Rusiya qoşunları G.-dan çıxarıldı (Abxaziya vә Cәnubi Osetiya istisna olmaqla). Rusiya tәrәfindәn blokadaya alınan G.-ın iqtisadi vәziyyәti ağırlaşdı, oktyabr–noyabr aylarında M. Saakaşviliyә qarşı müxalifәtin çıxışları baş verdi vә getdikcә geniş vüsәt aldı. Belә şәraitdә M.Saakaşvili növbәdәnkәnar prezident seçkilәri tәyin etdi vә istefaya çıxdı. 2008 il yanvarın 5-dә M.Saakaşvili yenidәn G.-ın prezidenti seçildi. 2008 il martın 6-da Rusiya Abxaziyaya qarşı sanksiyaları nәzәrdә tutan MDB müqavilәsindәn (1996) birtәrәfli imtina etdi. Buxarestdә keçirilәn NATO sammitindә G. NATO-nun üzvlüyünә qәbul olunmadı. Aprel–may aylarında Cәnubi Osetiyaya rus qoşunları yeridildi. İyulun 15-dә Şimali Qafqazda Rusiya qoşunlarının “Qafqaz-2008” hәrbi tәlimlәri başladı, tәlimlәr qurtaran kimi, avqustun 2-dә Cәnubi Osetiyada atışma şiddәtlәndi. Avqustun 2-dәn etibarәn Sxinvali sakinlәrinin Şimali Osetiyaya tәxliyәsi başladı. 2008 il avqustun 8-dә G. ordu hissәlәri Cәnubi Osetiya üzәrindә nәzarәtini bәrpa etmәk mәqsәdilә bir neçә kәndi tutaraq Sxinvalini top atәşinә tutdu. Eyni zamanda regiona rus ordusunun çoxsaylı hissәlәri yeridildi vә Rusiya-G. müharibәsi başladı. Bir neçә gün әrzindә rus qoşunları gürcülәri Cәnubi Osetiya әrazisindәn sıxışdırıb çıxardılar, Abxaziyada Kodori dәrәsini tutdular vә münaqişә zonalarına bitişik G. rayonlarını işğal etdilәr. Avqustun 12–13-dә hәrbi әmәliyyatlar dayandırıldı. Avqustun 14-dә Rusiya, G., Abxaziya vә Cәnubi Osetiya prezidentlәri arasında danışıqlar başladı, ayın 16-da isә münaqişәnin dinc yolla nizamlanması planı imzalandı. Bu müharibәnin mühüm geosiyasi, iqtisadi vә s. nәticәlәri oldu. Cәnubi Osetiyadan tәqr. 30 min gürcü qaçqını G.-a gәldi. Avqustun 26-da Rusiya Cәnubi Osetiyanı vә Abxaziyanı müstәqil dövlәtlәr kimi tanıdı. Sentyabrın 2-dә G. Rusiya ilә diplomatik münasibәtlәri kәsdi. G.-ın NATO-ya qәbulu prosesi lәngidi. 2013 ilin prezident seçkilәrindә G.Marqvelaşvili qәlәbә qazandı. G.Marqvelaşvili Rusiyanı Cәnubi Qafqaz ölkәlәri üçün әsas tәhlükә hesab edirdi. 2018 ildә S.Zurabişvili G. prezidenti seçildi. Seçkilәrdә uğur qazandıqdan sonra Rusiya ilә әmәkdaşlıqdan imtina etdi. G. Qafqazda Azәrb.-ın әn yaxın müttәfiqlәrindәn biridir. G. ilә Azәrb. arasında diplomatik әlaqәlәr 1992 il noyabrın 18-dә qurulmuşdur. Bakıda G. sәfirliyi (1995), Tbilisidә Azәrb. sәfirliyi (1996) açılmışdır. 1996 ildә Tbilisidә “Dostluq, әmәkdaşlıq vә qarşılıqlı tәhlükәsizlik” vә “Qafqaz regionunda sülh, tәhlükәsizlik vә әmәkdaşlıq” haqqında qarşılıqlı bәyannamәlәr, 1997 ilin fevralında iki ölkә arasında strateji әmәkdaşlığın inkişafına dair yeni sәnәd imzalanmışdır. G.-la Azәrb. arasında 70-dәn çox dövlәt vә hökumәtlәrarası saziş bağlanmışdır. Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum vә TRASEKA kimi enerji vә nәqliyyatkommunikasiya layihәlәri hәr iki ölkәni strateji cәhәtdәn birlәşdirir.
    Tәsәrrüfat SSRİ dağıldıqdan sonra iqtisadi әlaqәlәrin kәsilmәsi vә ölkәdaxili münaqişәlәr sәnaye istehsalının kәskin azalmasına sәbәb olmuşdur. 1995 ildәn iqtisadiyyatın bәrpasına başlanılmışdır. 1996 ildәn etibarәn aparılan islahatlar nәticәsindә G.-da tәqr. 10 min xırda vә orta (әsasәn, xidmәt vә ticarәt sferasında), hәmçinin bir sıra iri sәnaye müәssisәsi, o cümlәdәn Rustavi metallurgiya kombinatı, Kutaisi avtomobil z-du vә s. özәllәşdirilmişdir. 21 әsrin әvvәlindәn ÜDM-in tәqr. 3/4-ü özәl sektorda yaradılır. Ölkә iqtisadiyyatı maliyyә yardımı, uzunmüddәtli kreditlәr, hәmçinin xarici ölkәlәrin, BVF vә Dünya Bankının investisiyalarından asılıdır. ÜDM-in hәcmi tәqr. 47,910 mlrd. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә; 2019), adambaşına – 12227 dollar; real ÜDM artımı tәqr. 5,1% (2019); insan inkişafı indeksi 0,786 (2018; dünyanın 188 ölkәsi arasında 70-ci yer) tәşkil edir. ÜDM-in strukturu (%, 2019): xidmәt sferası – 69, sәnaye – 23, k.t. – 8. İşlәyәnlәrin sayı 2,01 mln. nәfәrdir (2019), onların tәqr. 67,9%-i xidmәt sferasında, 23,7%-i sәnaye sahәsindә, 8,2%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 12,7%-dir (2018). Əhalinin 20,1%-i yoxsulluq hәddindәn aşağı yaşayır (2018).
     
    Sәnaye istehsalının artım tempi 6,7% tәşkil etmişdir (2017). Müәssisәlәrin çoxu tam gücü ilә işlәmir (potensialın tәqr. 20%-i istifadә olunur), istehsal, әsasәn, ixracyönlüdür. Sәnayenin strukturunda 64% emal sahәsinin, 28% elektroenergetikanın, 8% faydalı qazıntı hasilatının payına düşür (2004). Yanacaq ehtiyatlarının hasilatı azdır. Neft, neft mәhsulları (әsasәn, Azәrb.-dan) vә qaz (Rusiya vә Azәrb.-dan) idxal olunur. Ölkә әrazisindә yeni neft, qaz yataqlarının kәşfiyyatı vә istismarı üzrә xarici şirkәtlәrlә birgә layihәlәr hazırlanır. Neft emalı Batumi ş.-ndә hәyata keçirilir. Elektrik enerjisi istehsalı 11,54 mlrd. kVt/saat-dır (2017), onun 52%-i SES-lәrdә, 48%-i İES-lәrdә istehsal edilir. Energetika sistemi 60-dan çox SES vә 8 istilik elektrik stansiyasını birlәşdirir. Ən iri st.-lar: İnquri SES-i (gücü 1,6 mln. kVt/saat) vә Tbilisi DRES-idir (12 mln. kVt.saat). Elektrik enerjisi idxal olunur (1,329 mlrd. kVt.saat, onun tәqr. 30%-i RF-dәn). Qara metallurgiya sәnayesinin әsas müәssisәlәri: Rustavi metallurgiya kombinatı (әsasәn, qara metalların prokatı; neft vә qaz sәnayesi üçün boru istehsalı) vә Zestafon ferroәrintilәr (Çiatura yatağının manqanı istifadә edilir; 40 növdә mәhsul istehsalı, o cümlәdәn ferromanqan, manqanla ferroәrintilәr, metal elektrolit marqanı) z-du. Əlvan metallurgiya sәnayesi müәssisәlәrindә molibden, mis kolçedanı, baritpolimetal filizlәrinin hasilatı vә zәnginlәşdirilmәsi aparılır; әn iri müәssisәsi Madneuli mәdәnzәnginlәşdirici kombinatıdır (Mandeuli mis yatağı әsasında). Maşınqayırma mәhsullarının istehsal hәcmi azdır; bu sahәdә ixtisaslaşan müәssisәlәrinin çoxu Tbilisidә yerlәşir: “Tbilaviamşeni” (Amerika mühәrrik vә idarәetmә sistemlәrinin istifadәsi ilә “TAMCET” reaktiv tәyyarәlәrinin istehsalı) aviasiya z-du, magistral elektrovoz, dәzgahlar vә s. istehsalı müәssisәlәri. Kimya sәnayesinin aparıcı müәssisәsi “Azot” kombinatıdır (azot gübrәlәri, kaprolaktam, kimyәvi lif, lak-boyaq mәhsullarının istehsalı vә s.). Kutaisidә litopon emalı (baritdәn), mis kuporosu istehsalı z-dları fәaliyyәt göstәrir. Yerli resurslar bazasında sement, silikat kәrpic vә s. tikinti materialları (Tbilisi, Kutaisi, Rustavi vә s.) istehsal edilir. Yerli k.t. xammalının emalına әsaslanan yeyinti sәnayesi inkişaf etmişdir. Çay, şәrabçılıq (xarici, o cümlәdәn Amerika, Fransa, Hollandiya kapitalının iştirakı ilә), konserv (Samtredidә meyvә vә tәrәvәz şirәsinin istehsalı z-du; Tbilisi, Aqari vә s. meyvә emalı müәssisәlәri) vә tütün (Fransa istehsalçıları ilә birlikdә) kimi yarımsahәlәr inkişaf etmişdir. “Borjomi”, “Nabeqlavi” vә s. mineral sular qablaşdırılır; bitki vә efir yağları istehsal edilir. Yüngül sәnaye sahәlәrindә istehsalın hәcmi kәskin azalmışdır. Parça, trikotaj, dәri vә s. mәmulatların istehsalı müәssisәlәri (Tbilisi, Kutaisi vә s.) fәaliyyәt göstәrir.
    İnquri SES-i.
     
    Kәnd tәsәrrüfatı. K.t. torpaqları 3,0 mln. ha (ölkә әrazisinin tәqr. 43,3%-i, 2015), o cümlәdәn әkin yerlәri 457 min ha, suvarılan torpaqlar 433 min ha tәşkil etmişdir (2014). Bitkiçilik vә heyvandarlıq mәhsullarının dәyәri, demәk olar, bәrabәrdir. K.t. mәhsullarının çoxu hәyәtyanı vә fermer tәsәrrüfatlarında istehsal edilir. Ölkәnin ş. vә q. hissәlәrindә üzümçülük inkişaf etmişdir. Üzüm yığımı ildә tәqr. 200 min t tәşkil edir (2015). G.-da 500-dәn çox üzüm sortu yetişdirilir, әn tanınmışları: Rkatsiteli, Saperavi, Solikauri vә s. Sitrus (mandarin, portağal, limon; tәqr. 76,2 t), dәnli bitkilәr (tәqr. 431,8 min t; şәrq rayonlarında buğda, tәqr. 126,6 min t, qәrb rayonlarında qarğıdalı, tәqr. 243,7 min t; 2016), meyvә (xurma, nar, әzgil, feyxoa, әncir, alma, armud, gilas, şaftalı), çay (plantasiyaların sah. tәqr. 7 min ha tәşkil edir, әsasәn, ölkәnin q.-ndә cәmlәşmişdir; 2014 ildә tәqr. 665 t qara çay ixrac olunmuşdur), dәfnә yarpağı, qoz, texniki (günәbaxan, tütün vә s.) vә efir yağlı bitkilәr (reyhan, evkalipt vә s.), bostan bitkilәri, tәrәvәz (yığım 276,8 t, әsasәn, şәhәrәtrafı rayonlarda) vә kartof becәrilir. Heyvandarlıq ölkәnin q. (әtlik, südlük maldarlıq vә donuzçuluq) vә ş. hissәsindә (әtlik vә yunluq qoyunçuluq) inkişaf etmişdir. Əsasәn, qaramal (min baş, 2017) – 981,1, donuz – 136,2 vә ev quşları 8467 yetişdirilir. İstehsal (2017 ildә min t): mal vә qoyun әti 297,2, donuz әti 443, quş әti 13145, süd 705,2, yumurta 2777 min әdәd.
    Üzüm plantasiyası. Kaxetiya.
    Xidmәt sferası iqtisadiyyatın әn sürәtlә inkişaf edәn sahәsidir: turizm (әsasәn, kurort turizmi) vә onunla әlaqәli sahәlәr, nәql.-logistika, maliyyә-kredit, biznes (avtomobil vә avtomobil hissәlәri, şәrab ticarәti) vә tibbi xidmәtlәr. Aparıcı pul-kredit müәssisәlәrinin baş ofislәri, Gürcüstan Mәrkәzi Bankı vә bir çox beynәlxalq bankların filialları, o cümlәdәn Gürcüstan Fond Birjası (Georgian Stock Exchange, 1999 ildәn) Tbilisi ş.-ndә yerlәşir. G. coğrafi mövqeyinә görә beynәlxalq TRASEKA proqramının aparıcı iştirakçılarından birinә çevrilmişdir. Ölkәnin әsas gәlir mәnbәlәrindәn biri olan avtomobillәrin reeksportu (әsasәn, Azәrbaycana) 2014–15 illәrdә staqnasiya zamanı xeyli zәiflәmişdir. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindәn әsas gәlir mәnbәyi vә mәşğulluğu tәmin edәn sahә turizmdir. 2016 ildә ölkәyә sәfәr etmiş 2,715 mln turist 2,16 mlrd. dollar gәlir gәtirmişdir. Burada müxtәlif iqlim qurşaqlarında 103 kurort, o cümlәdәn 2 min yaxın mineral bulaqlar, 4-ü YUNESKO-nun mәdәni irsinә daxil edilmiş 12 min tarixi vә mәdәni abidә var. Turizm, әsasәn, Tbilisi, Batumi, Kutaisi, Axalkalaki, Qudauri, Msxeta, Rustavi, Borjomi vә s. şәhәrlәrdә inkişaf etmişdir. Ölkәyә gәlәn turistlәrin sayına görә Azәrbaycan, Türkiyә, Rusiya, Ukrayna vә Ermәnistan ilk sıralardadır.
    Nәqliyyat. Əsas nәql. növü d.y. (neft mәhsullarının daşınmasında üstünlük tәşkil edir) vә avtomobil nәql.-dır (xüsusәn dağlıq rayonlarda). D.y. uz. 1,415 min km-dir, onun 1,288 km-i elektriklәşdirilmişdir (2016). Əsas d.y. magistralları: Tbilisi–Samtredia–Poti, Batumi–Tbilisi–Bakı (Azәrb.), Tbilisi–Yerevan (Ermәnistan), Tbilisi–Telavi. Avtomobil yollarının uz. 19,0 min km-i bәrkörtüklü olmaqla 19,1 min km tәşkil edir. Əsas avtomagistrallar: Gürcüstan hәrbi yolu, Osertiya hәrbi (Darqkox–Kutaisi) yolu. Yük daşımalarının 60%-indәn çoxu avtomobil nәql.-nın payına düşür. Dәniz nәql. böyük әhәmiyyәtә malikdir; әsas dәniz portları Poti (manqan filizlәri, mis konsentratları, taxıl, tikinti materiallarının yüklәnib-boşaldılması üzrә ixtisaslaşmışdır), Batumi (әsas neftdaşıma vә konteyner portu; yüklәr d.y. ilә çatdırılır), Supsa (1999 ildә neft terminalı açılmışdır) vә Suxumidir. Magistral neft kәmәrlәrinin uz. 370 km, qaz kәmәrinin 440 km-dir. Fәaliyyәt göstәrәn tranzit kәmәrlәr: Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan (Türkiyә), qaz kәmәri Bakı–Tbilisi–Ərzurum (Türkiyә). 18-i bәrkörtüklü (Tbilisi vә Kutaisi beynәlxalq aeroportları vә s.) olmaqla cәmi 22 aeroport var (2017).
    Xarici ticarәt dövriyyәsinin ümumi hәcmi 10,98 mlrd. dollar tәşkil edir (2017). İxracatın dәyәri 3,566 mlrd. dollardır (2017). İxrac strukturunda mis filizi 15,3%, metal әrintilәr 12,3%, avtomobil 7,0%, üzüm şәrabı 5,9%, neft 5,2%, minerallar 5,1%, dәrman preparatları 4,2%, digәr mәhsullar 45,0% tәşkil edir (2017). Ən çox mәhsul Aİ ölkәlәrinә (29%), Rusiya (12,9%), Türkiyә (12,6%), Azәrbaycan (9,1%), ABŞ (6,7%), Ruminiya (6,6%), Fransa (5,9%), Ermәnistan (5,8%) vә digәr ölkәlәrә (11,4%) ixrac olunur (2017). İdxalatın ümumi dәyәri 7,415 mlrd. dollardır (2017). Əsasәn (ümumi dәyәrdәn %-lә, 2017), neft (9,6), tәbii qaz (8,2), avtomobil (5,0), mis filizi (4,4), dәrman preparatları (2,8), telefon (2,3), hesablama maşınları (2,1) vә digәr mәhsullar (65,5); Aİ ölkәlәri (25), Türkiyә (14,1), Azәrbaycan (11,9), Rusiya (11), Çin (9,6), Ukrayna (5,7), Ermәnistan (4,9), Almaniya (4,5) vә digәr ölkәlәrdәn (13,3) gәtirilir. Azәrb. Resp.-nın G. ilә ticarәt dövriyyәsinin hәcmi 659,027 mln. dollar, o cümlәdәn idxal 72,123 mln. dollar, ixrac 586,9 mln. dollar tәşkil etmişdir (2019).
    Silahlı qüvvәlәr Silahlı qüvvәlәrin (SQ) ümumi sayı 37,8 min nәfәrdir (2012). SQ Quru qoşunlarından (QQ), quru qoşunları aviasiyasından, Xüsusi әmәliyyatlar qüvvәlәrindәn vә Milli qvardiyadan ibarәtdir. Ali baş komandan prezidentdir. QQ 10 briqada (5 piyada, 2 artilleriya, 1 mühәndis, 1 aviasia vә 1 hava hücumundan müdafiә briqadası) vә 5 batalyondan (2 yüngül piyada, 1 rabitә, 1 radioelektron mübarizә vә 1 tibbi batalyon) ibarәtdir. QQ-nin tәrkibindә quru qoşunları aviasiyası (1 әlahiddә aviasiya briqadası), hәmçinin әlahiddә helikopter bazası var. Xüsusi әmәliyyatlar qüvvәlәrinin әsas vәzifәsi kәşfiyyat, xüsusi vә әks-terror әmәliyyatlarının aparılmasıdır; bilavasitә SQ-nin Birlәşmiş qәrargahının rәisinә tabedir. Milli qvardiya SQ ehtiyatının әsasını tәşkil edir. Fövqәladә vәziyyәt nәticәlәrinin aradan qaldırılması, mühüm strateji obyektlәrin mühafizәsi, kütlәvi iğtişaşların qarşısının alınması vә mülki müdafiә tәdbirlәrinin keçirilmәsi mәqsәdilә formalaşdırılmışdır. SQ ABŞ, Ukrayna, Türkiyә, Bolqarıstan, Rumıniya vә İsrail istehsalı olan silahlar ilә tәchiz olunmuşdur. G.-da istehsal olunan texnika da var. SQ hәrbi çağırışçılardan vә 18 yaşından 34 yaşadәk olan könüllülәrdәn komplektlәşdirilir. Kiçik komanda heyәti G. tәdris mәrkәzlәrindә, zabit heyәti isә, әsasәn, Ukrayna, NATO ölkәlәri vә digәr xarici dövlәtlәrdә hazırlanır. G.-ın hәrbi büdcәsi ÜDM-in 1,9%-ini (2010) tәşkil edir.
    Sәhiyyә G.-da әhalinin hәr 100 min nәfәrinә 472 hәkim, 324 orta tibb işçisi, 1 stomatoloq, 3,5 әczaçı (2004), 29 mama (2003); 18,9 ilk tibbi yardım müәssisәsi, 6,4 stasionar, 415,2 xәstәxana çarpayısı (2004) düşür. Sәhiyyәyә qoyulan xәrc ÜDM-in 3,8%-ni (büdcәdәn maliyyәlәşdirmә – 27,1%, özәl sektor – 72,9%) tәşkil edir (2003). Yaşlı әhali arasında ölümün әsas sәbәblәri: qan dövranı sistemi xәstәliklәri, bәdxassәli şiş, travma vә zәhәrlәnmәlәr, tәnәffüs orqanı xәstәliklәri (2006). Mәşhur kurortları: AbastumanıBakurianiBatumiBorjomiKobuletiSxaltubo vә s.
    İdman G.-da qәdim dövrlәrdәn kartuli çidaoba (gülәş), lelo (topla oyun), isindi (atla çaparaq nizәni hәdәfә tullama oyunu, kabaxi (hündür dirәyә quraşdırılmış hәdәfә kamandan çaparaq oxatma), tsxenburti (at polosu), ciriti (atoynatma), tarçiya (atla әşya uğrunda mübarizә) vә s. milli idman növlәri geniş yayılmışdır. 1923 ildә G.-da ilk bәdәn tәrbiyәsi dәrnәklәri meydana gәlmiş vә Gürc. Bәdәn tәrbiyәsi ali şurası yaradılmış, 1927 ildә Tiflisdә şahmat klubu açılmışdır. 1931 ildә Gürc. Bәdәn Tәrbiyәsi ETİ-nin әsası qoyulmuş; 1933 ildә bәdәn tәrbiyәsi texnikumu; 1935 ildә Tbilisi Dövlәt Un-tinin nәzdindә bәdәn tәrbiyәsi fakültәsi, 1938 ildә onun bazasında Bәdәn Tәrbiyәsi İntutu yaradılmışdır. 1940-cı illәrin ikinci yarısı – 1950-ci illәrdә Gürc.-da bәdәn tәrbiyәsi tәşkilatlarının kutlәviliyi vә gürcüstanlı idmançıların ustalığı әhәmiyyәtli dәrәcәdә yüksәldi. Futbolçular, basketbolçular, gülәşçilәr, gimnastlar, qılıncoynadanlar, atıcılar vә üzgüçülәr ümumittifaq yarışlarında dәfәlәrlә mükafata layiq yerlәr tutdular. Alpinistlәr Qafqaz vә Pamir dağ zirvәlәrinin çoxunu fәth etdilәr. 1960–89 illәrdә gürcüstanlı idmançılar әn çox futbolda, şahmatda, tennisdә, basketbolda, gülәşin müxtәlif növlәrindә, su polosu, velosiped idmanında, yüngül vә ağır atletikada vә digәr idman növlәrindә uğur qazandılar. “Dinamo” (Tbilisi) futbol komandası 1964 vә 1978 illәrdә SSRİ çempionu, 1976 vә 1979 illәrdә SSRİ kubokunun, 1981 ildә Avropa Kuboklar kubokunun qalibi oldu. Ən yaxşı gürcü futbolçuları arasında: B. Payçadze, S.Metreveli, M.Mesxi, D.Kipiani, R.Dzodzuaşvili, V.Daraseliya, A.Çivadze, S.Kotrikadze, İ.Datunaşvili, A.Qoqoberidze, V.Qutsayev, M.Xurtsilava, R.Şenqeliya, O.Qabeliya, Q.Nodiya vә b. “Dinamo” (Tbilisi) futbol komandası әn böyük uğurlarını mәşqçi N.Axalkatsinin rәhbәrliyi ilә (1976–83 illәrdә) qazandı. Gürcü qadın şahmatçıları böyük nailiyyәtlәr әldә etdilәr. N.Qaprindaşvili vә M.Çiburdanidze dünya çempionları oldular. Dünya birinciliyi uğrunda oyunlarda N.Aleksandriya vә N.İoseliani iştirak etdilәr. A.Metreveli Uimbldon tennis turnirinin tәk (1973) vә qarışıq dәrәcәlәrdә (1968, 1970) yarışlarının finalçısı, 1970-78 illәrdә dәfәlәrlә tәk dәrәcәlәrdә Avropa çempionu titulunu qazandı. T.Kakuliya tennis üzrә tәk (1976) vә qoşa (1974, 1976–77) dәrәcәlәrdә Avropa çempionu; L.Mesxi qızlar arasında qoşa dәrәcәlәrdә dünya vә Avropa çempionu (1986) oldu. O. Pxakadze sovet velosiped idmanı tarixindә ilk dәfә sprinter yarışlarında dünya çempionu (1965) oldu, Olimpiya Oyunlarının bürünc medalını (1972) qazandı. Gürc. SSR (1952–88 illәrdә SSRİ Olimpiya yığmasının heyәtindә) vә G. (1992 ildә MDB yığması heyәtindә) nümayәndәlәri 21 idman növündә 96 medal, o cümlәdәn 33 qızıl, 24 gümüş, 39 bürünc medal qazandılar. V.Saneyev (üçqat tullanma) üç dәfә, L.Tediaşvili (sәrbәst gülәş) iki dәfә Olimpiya Oyunlarının çempionu oldular. 1989 ildә G. Milli Olimpiya Komitәsi tәsis edildi vә 1993 ildә BOK tәrәfindәn tanındı. G. 1996 ildәn Olimpiya Oyunlarında müstәqil komanda ilә çıxış edir; 1996–2006 illәrdә 2 qızıl – Z.Zviadauri (2004, cüdo, 90 kq-a qәdәr) vә G.Asanidze (2004, ağır atletika, 85 kq), 2 gümüş vә 8 bürünc medal qazandılar (hamısı Olimpiya Oyunlarında). 29-cu Yay Olimpiya Oynlarında (2008, Pekin) G. idmançıları 3 qızıl, 3 bürünc; 30-cu Yay Olimpiya Oyunlarında (2012, London) 1 qızıl, 3 gümüş, 3 bürünc; 31-ci Yay Olimpiya Oyunlarında (2016, Rio-de-Janeyro) 2 qızıl, 1 gümüş, 4 bürünc medal әldә etdilәr.
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri Tәhsil sisteminә mәktәbәqәdәr tәrbiyә, ümumi tәhsil [(icbari ibtidai (1–6 siniflәr), әsas (7–9 siniflәr) vә orta (10–12 siniflәr)], peşә tәhsili (peşә hazırlığı, ibtidai, orta vә ali peşә tәhsili); diplomdansonrakı hazırlıq. Əhalinin savadlılıq dәrәcәsi (YUNESKO Statistika in-tunun mәlumatlarına görә) 15 yaşdan yuxarı әhali arasında 99,2% (2004); kişilәr arasında – 99,6%, qadınlar arasında – 98,9% tәşkil edir. G.-da 1247 mәktәbәqәdәr müәssisә (75 min uşaq, tәqr. 7,8 min pedaqoq), 3147 dövlәt (624,9 min şagird) vә 176 qeyri-dövlәt (21 min şagird) mәktәbi (ümumilikdә tәqr. 71 min müәllim); 80 texniki-peşә mәktәbi (8,8 min şagird, 1,5 mindәn artıq müәllim); 87 dövlәt (20,6 mindәn artıq şagird) vә 66 qeyri-dövlәt (6 mindәn artıq şagird) ixtisaslaşdırılmış mәktәbi, 92 mәktәbdәnkәnar müәssisә (42 mindәn artıq şagird) fәaliyyәt göstәrir (2004). Ali tәhsil sisteminә 26 dövlәt (137 min tәlәbә) vә 172 qeyri-dövlәt (35,4 min tәlәbә) ali tәhsil müәssisәsi daxildir. Ən iri ali tәhsil müәssisәlәri: Tbilisi (1918), Kutaisi (әsası 1930 ildә Tbilisi dövlәt pedaqoji in-tu kimi qoyulmuşdur, 1933 ildәn Kutaisidә, 1990 ildәn un-t), Abxaziya (1979), Batumi (1990) dövlәt un-tlәri, G. Texniki Un-ti (1922, indiki adı 1990 ildәn, Tbilisi), Tbilisi Dövlәt İncәsәnәt Akademiyası (1922), Tbilisi Dövlәt Tibb Un-ti (1918), Tbilisi (1917) vә Batumi (1998) konservatoriyaları, Dәnizçilik Akademiyası (Batumidә). Əsas elmi mәrkәzlәr – G. EA (62 elmi tәdqiqat müәssisәsi daxildir), G. k.t. elmlәri akademiyası G.-da cәmi 120 elmi tәdqiqat müәssisәsi; 2090 kitabxana, o cümlәdәn İ.Çavçavadze ad. Milli kitabxana (1846), Tbilisi Un-tinin vә G. EA-nın kitabxanaları, Abxaziya vә Acarıstan resp. kitabxanaları; 116 muzey, o cümlәdәn O.Canaşia ad. G. dövlәt muzeyi (1919; 1852 ildә әsası qoyulmuş Qafqaz muzeyinin bazasında), Ş.Amiranaşvili ad. G. dövlәt incәsәnәt muzeyi (1920), G.Leonidze ad. dövlәt әdәbiyyat muzeyi (1930), Antropologiya vә etnoqrafiya dövlәt muzeyi, Milli rәsm qalereyası (1920) (hamısı Tbilisidә); Suxumidә Abxaziya dövlәt muzeyi, Kutaisi dövlәt tarix vә etnoqrafiya muzeyi (1912); Batumidә incәsәnәt muzeyi vә s. fәaliyyәt göstәrir.
    Kütlәvi informasiya vasitәlәri Gürcü dilindә dövri mәtbuat 19 әsrin әvvәlindә yaranmışdır. İlk gürcü qәzeti “Sakartvelos qazeti” (“Gürcüstan qәzeti”) 1819 ildә nәşr edilmişdir (1820 ildәn “Kartuli qazeti” – “Gürcü qәzeti”). 19 әsrin 1-ci yarısında Tiflisdә Azәrb. dilindә “Tiflis әxbarı”, “Qafqazın bu tәrәfinin xәbәri”, 20 әsrin әvvәllәrindә “Şәrqi-Rus”, “Gәlәcәk” vә s. qәzetlәr, “Kәşkül”, “Molla Nәsrәddin”, “Tartan-partan” vә s. satirik jurnallar nәşr olunmuş, 1905–06 illәrdә “Qeyrәt” mәtbәә-nәşriyyatı fәaliyyәt göstәrmişdir. Sakinform, Sarke (1992 ildәn), Prime News (1997 ildәn) Axali ambebi – Sakartvelo (Novosti – Qruziya, 2003 ildәn), İprinda, İnter Press News, Goe Hot News xәbәr agentliklәri fәaliyyәt göstәrir. Ən iri rәsmi gündәlik qәzetlәr: “Sakartvelos respublika” (1918 ildәn), “Svobodnaya Qruziya” (1922 ildәn). Müstәqil mәtbuat: “Veçerniy Tbilisi” (1923 ildәn), “Litera turuli Sakartvelo” (hәftәlik, 1931 ildәn), “Rezonansi” (1991 ildәn), “Şvididqe” (1990 ildәn), “Axali versia”, “Droni”. Digәr nәşrlәrdәn “Georgian Times” (hәftәlik, ing., 1993 ildәn) vә “Adamianis uplebebi” (aylıq) qәzetlәrini qeyd etmәk olar. Radioverilişlәr 1927 ildәn yayımlanır. Dövlәt televiziya vә radioverilişlәri korporasiyasi 1956 ildәn fәaliyyәt göstәrir. Dövlәt radiostansiyaları, әsasәn, gürcü dilindә verilişlәr yayımlayır. Qeyri-dövlәt radiostansiyaları da (әsasәn, yerli) var. Dövlәt televiziya kanalları ilә yanaşı “Rustavi 2” (1994 ildәn), “İmedi”, “Kavkasia” (müxalif) qeyridövlәt teleşirkәtlәri fәaliyyәt göstәrir.
    Ədәbiyyat G. Ədәbiyyatının formalaşmasına gürcü folkloru (bax Amirani), hәmçinin arami vә yunan әdәbi әnәnәlәrinin böyük tәsiri olmuşdur. Onun tәşәkkülü G.-da xristianlığın yayılması ilә әlaqәdardır. 5 әsrin sonlarında “Əhdi-cәdid” kitablarının qәdim gürcü dilindә tәrcümәlәri yaranmışdır. Gürcü dilindә dövrümüzәdәk gәlib çatan әn qәdim әdәbi abidә Yakov Surtavelinin “Müq. Çariça Şuşanik әzabları”dır (476–483). 10–12 әsrlәrdә kilsә әdәbiyyatı inkişaf etmişdir. Gürcü dilindә әdәbiyyat, hәmçinin G. әrazisindәn kәnarda yerlәşәn monastırlarda yaranmışdır. Dini (E. Msire, İoane Petrisi vә A.İkaltoelinin әsәrlәri), tarixnәvislik (“Gürcü çarlarının hәyatı”, L.Mroveli; Çar IV David Qurucu vә çariça Tamaranın anonim bioqrafiyaları) әsәrlәri, saray poeziyası (“Əbdül Mәsih”, İ.Şavteli; “Tamariani”, Çaxruxadze), farsdilli әdәbiyyat nümünәlәrinin tәrcümәlәri (“Visramiani”, Sargis Tmoqveli), әsatirlәrin әdәbi işlәnilmәsi (“Amiran Darecamiani”, M.Xoneli) geniş yayılmışdı. Dövrünün Qәrbi Avropa cәngavәr romanı ilә oxşar cәhәtlәrә malik “Pәlәng dәrisi geymiş pәhlәvan” (Ş.Rustaveli, 12 әsr) poeması dünya şöhrәti qazanmışdır. 13–14 vә 16–18 әsrlәrin işğalçı müharibәlәri G.-ın mәdәni hәyatına mәnfi tәsir göstәrsә dә, 16–17 әsrlәrdә (poeziya yenidәn canlanmağa başlamışdır (çar I Teymurazın “Vardbulbuliani”, “Hәyatdan şikayәt”; çar Arçilin “Çar Teymurazın Rustaveli ilә bәhsi” vә s. 17–18 әsrlәrdә lüğәtşünaslıq, tәrcümә әdәbiyyatı inkişaf edir, tәmsil janrı formalaşırdı (çar VI Vaxtanq, S.S. Orbeliani). Poeziya D. Quramişvili, Besiki vә b.-nın yaradıcılığı ilә tәmsil olunurdu. 1830–40-cı illәrdә әdәbiyyatda hakim cәrәyan romantizm idi (A.Çavçavadze, Q.Orbeliani, V.Orbeliani, N.Barataşvili vә b.-nın yaradıcılığında vәtәnpәrvәrlik motivlәri üstünlük tәşkil edirdi. 19 әsrin 2-ci yarısında G. әdәbiyyatında realist cәrәyan formalaşırdı: G.Eristavi, A.Saqareli, D.Eristavi vә İ.Maçabelinin dramaturgiyası; D.Çonkadze, L.Ardaziani (“Solomon İsakiç Mecqanuaşvili” romanı, 1861) vә b.-nın nәsri. 1860-ci illәrdә “Terqdalenlebi” ictimai hәrәkatı meydana gәldi. Hәrәkatın iştirakçıları (İ.Çavçavadze, A.Sereteli, N.Nikoladze, Y.Qogebaşvili, S. Mesxi vә b.) G.-ın sosial vә mәdәni hәyatında islahatlar keçirilmәsinә çalışırdılar. 1880-ci illәrdә әdәbi prosesdә öz әsәrlәrindә dağ gürcülәrinin hәyatını gәlәmә alan A.Kazbeqi, Vaja Pşavela әhәmiyyәtli rol oynamağa başlamışlar. Ədәbi hәyata vәtәnpәrvәr poeziya (R.Eristavi), xalqçı yazıçıların (N.Lomouri, E.Qabaşvili, S.Mqaloblişvili, İ.Davitaşvili) hekayә vә novellaları böyük tәsir göstәrmişdir. 19 әsrin ortalarından abxaz әdәbiyyatı inkişaf etmәyә başlamışdır. 1865 idә nәşr olunmuş “Abxaz әlifbası”na uşaq hekayәlәri, nәsrlә yazılmış tәmsillir, Əhdi-Ətiqdәn iqtibaslar, ilk dәfә olaraq abxaz dilindә zәrb-mәsәllәr daxil idi. 1866 ildә “Müxtәsәr Müqәddәs Tarix”in tәrcümәsi, 1892 ildә “Abxaz әlifbası. Dualar. 10 ehkam vә andiçmә vәrәqi” çapdan çıxmışdır. Abxaz әdәbiyyatının banisi şair D. Qulia 1912 ildә özünün ilk poetik toplusunu nәşr etdirmişdir. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә gürcü әdәbiyyatında müxtәlif cәrәyanlar, istiqamәtlәr vә mәktәblәr yanaşı inkşaf edir vә bir-birinә qarşılıqlı tәsir göstәrirdi. Simvolizm “Mavi buynuzlar” әdәbi qrupunun (P.Yaşvili, Q.Tabidze, T.Tabidze, V.Qaprindaşvili, N.Misişvili, K. Nadiradze vә b.) estetik platforması olmuşdur. Ekspressionizm (G.Leonidze, L.Asatiani), futurizm (S.Çikovani, D.Şengelaya) poeziyası inkişaf edirdi. Sosial problemlәrә xüsüsi diqqәt E. Hinoşvili, Araqvispireli, D.Kediaşvili, A.Eristavi-Xoştaria, D.Meqreli vә V.Barnovinin yaradıcılığı üçün sәciyyәvidir. G.-nın bolşeviklәşdirilmәsi vә siyasi repressiyalara sәbәb olduğu faciәvi nәticәlәr İ.Qrişaşvilinin poeziyasında, M.Çavaxişvili, L.Kiaçeli, K.Qamsaxurdia, N.Lordkipanidze, Q.Robakidze, Ş.Dadiani vә P.Kakabadzenin nәsrindә öz әksini tapmışdır. 1920–30-cu illәrdә yazıçılar F.Narouşvili, V.Luarsabidze, A.Mirsxulava, Q.Kurulaşvili, M.Kakiani, Berulava sovet quruluşunu mәah etmişlәr. İkinci dünya müharibәsi mövzusu S.Çikovani, İ.Abaşidze, R.Caparidze vә N.Dumbadzenin yaradıcılığında öz әksini tapmışdır. 1960–70-ci illәr әdәbiyyatında fәlsәfi-etik problematikaya maraq Ç.Anurecibi, O.Çiladze, R.İnanişvili, A.Sulakauri vә Q.Çokelinin yaradıcılığında meydana çıxmışdır. Gәnc nәsil intellektuallarının problemlәri Q.Rceulişvili, Q.Doçanaşvili, R.Mişveladze, O.Çelidze vә Q.Pancikidzenin nәsrindә, V.Kandelaki, Q.Naxusrişvili, T.Çiladze vә T.Kurdovanidzenin dramaturgiyasında araşdırılır. Şairlәrdәn A.Kalandadze, M.Maçavariani, M.Lebanidze, M.Posxişvili, F.Xalvaşi, Z.Qorgiladze, D.Çarkviani, V.Qlonti vә b. yaradıcılığı fәrqlәnir. Gürcü poeziyasına yeni ifadә vasitәlәri axtarışı, ritmika ilә eksperimentlәr (B.Xaranauli, L.Sturua, M.Siklauri, L.Seidişvili) xasdır. 1990–2000 illәr publisistika vә poeziyası sosial-siyasi kәskinliyi ilә fәrqlәnir. 20 әsrdә abxaz dilindә әdәbiyyat sәmәrәli inkişaf yolu keçmişdir. S.Çanba abxaz dramaturgiyasının әsasını qoymuşdur. İ.Koqonia, D.Darsalia, L.Kvisinia, İ.Papaskiri, V.Aqrba, M.Lakrba, M.Xaşba, İ.Tarba, B.Şinkuba, T.Acba, A.Qoqua, A.Cenia, D.Axuba, V.Amarşan vә b. abxaz әdәbiyyatına böyük töhvәlәr vermişlәr. Digәr dillәrdә yazan, lakin milli mәdәniyyәtlә sıx bağlı olan yazıçılar arasında O.Beyqua, Q.Çaçba, Q.Qulia, F.İsgәndәr vә b.-ları var. O.Çiladzenin “Qodori” (2005), M.Qiqolaşvilinin “Şeytan çarxı” (2009), Dato Turaşvilinin “SSRİ-dәn qaçış” (2014), N.Ekvtimişvilinin “Armud sahәsi” (2015) romanı vә s. müasir gürcü әdәbiyyatı nümunәlәrindәndir. Q.Doçanaşvili, L.Buqadze, A.Kordzaya-Samadaşvili, Z.Burçiladze, Q.Lobjanidze, Nino Darbaiseli vә b.-nın yaradıcılığı özünәmәxsusluğu ilә seçilir. Azәrb. vә gürcü әdәbi әlaqәlәrinin tarixi Nizami, Xaqani vә Ş.Rustavelinin yaradıcılığı ilә başlanır. Nizaminin yaradıcılığı hәlә şairin sağlığında G.-da şöhrәt qazanmış, 12–17 әsrlәrdә onun “Leyli vә Mәcnun”, “Yeddi gözәl”, “Xosrov vә Şirin” poemaları mövzusunda әsәrlәr meydana gәlmişdir. Ədәbi әlaqәlәr sonralar da davam etdirilmişdir, M.P.Vaqif, A.A.Bakıxanov Gürcüstana hәsr olunmuş şeirlәr yazmışlar. M.Ş.Vazeh, M.F.Axundzadә, C.Mәmmәdquluzadә vә başqa Azәrb. yazıçıları Tiflis әdәbi mühitindә yaşayıbyaratmış, gürcü ziyalıları ilә dostluq etmişlәr. 20 әsr Azәrb. vә gürcü şair vә yazıçıları iki xalqın dostluğundan bәhs edәn әsәrlәr yazmışlar [“Sevirәm Gürcüstanı” (Azәrb. şairlәri Gürcüstan haqqında), B. 1977; “Bir sinәdә iki ürәk” (Gürcü şairlәri Azәrb. haqqında), B., 1980]. Ş.Rustavelinin “Pәlәng dәrisi geymiş pәhlәvan” poeması Azәrb. dilindә, Nizaminin “Xosrov vә Şirin” poeması isә gürcü dilindә (iki dәfә) nәşr olunmuşdur. Müstәqillik әldә edildikdәn sonra Azәrb. vә gürcü xalqlarının әdәbi-mәdәni әlaqәlәri daha da genişlәnmiş, yeni mәzmun kәsb etmişdir. Azәrb. vә gürcü dillәrindәn birbaşa tәrcümәlәrin sayı artmış, әdәbi әlaqәlәrә dair tәdqiqat işlәri genişlәnmişdir: “Çağdaş Azәrbaycan poeziyası” (2015), S.Rüstәmxanlının “Ölüm zirvәsi” (2016), “Müasir Azәrbaycan әdәbiyyatı antologiyası” (2017), “Molla Pәnah Vagifin şeirlәri” (2017; M. Mәmmәdoğlu, azәrb. vә gürcü dillәrindә), “Gürcü nәsri antologiyası” (2018), Mir Cәlalın”Bir gәncin manifesti” (2019) vә s. әsәrlәr gürcü dilindә, C.Americibinin “Dato Tutaşxia” romanı (2011), B.Arabulinin “Gündüz yuxuları” şeirlәr toplusu (2018) Azәrb. dilindә.
    Svetisxoveli baş kilsәsi. Msxeta.
    Memarlıq vә tәsviri sәnәt. Erkәn memarlıq abidәlәri nümunәlәri Neolit, Eneolit vә Tunc dövrlәrinә aiddir. Eneolit dövrü mәskәnlәrindәn (Şulaverisqora, İmirisqora vә s.) çiy kәrpicdәn tikilmiş dairәvi planlı vә yastı damı olan düzbucaq planlı, mәrkәzi dayaq dirәyә söykәnәn darbazi tipli evlәr; hәmçinin erkәn metal mәmulatı vә keramikadan oyma, yapma naxışlı mәmulatlar tapılmışdır. Siklopik hörgülü qalalar (Avranlo, Nordevani vә s.), Abxaziya dolmenlәri; Trialeti kurqanlarından tapılan әlvan daşlar, zәr, insan vә heyvanların döymә tәsvirlәri ilә bәzәdilmiş qızıl, gümüş vә tunc mәmulatlar, qara şüyrәli vә rәsmli keramika (e.ә. 2-ci minilliyin 1-ci yarısı vә ortaları), tunc baltalar, pilәklәr, üzәrindә heyvan tәsvirlәri hәkk edilmiş kәmәrlәr, tökmә üsulla hazırlanmış insan fiqurları (e.ә. 2-ci minilliyin sonu – 1-ci minilliyin әvvәllәri) Tunc vә Erkәn Dәmir dövrlәrinә (e.ә. 3–1-ci minilliklәr) aiddir. E.ә. 1-ci minilliyin 2-ci yarısı – eramızın ilk әsrlәrinә aid abidәlәrdәn Armaztsixe (Msxeta), Vani şәhәr yerlәrinin, Pitiunt (Pitsunda), Sebastopolis (Suxumi) Qәdim Roma şәhәrlәrinin qala tikililәri, mәbәdlәr, saraylar vә hamamlar; mağara şәhәri Uplistsixenin akropolundakı erkәn әrazisi, Dedoplis-Mindorindә mәbәd (e.ә. 2–1 әsrlәr) qalıqları saxlanılmışdır. Feodalizm münasibәtlәrinin yaranması ilә möhkәmlәndirilmiş şәhәrlәrin (adәtәn, dağ yamaclarında; Ucarma, Tbilisi) inşası davam etmişdir. Xristianlığın qәbulu ilә әlaqәdar mәbәd tikintisi genişlәndirilmişdir. Dövrümüzәdәk saxlanılmış әn qәdim kiçik kilsәlәr (Nekresi, Çeremi, DzveliŞuamta, Zeqani vә s.) 4 әsrin son qәrinәsi – 5 әsrә aiddir. 6 әsr – 7 әsrin 1-ci yarısı orta әsrlәr gürcü memarlığının çiçәklәnmә dövrüdür. Bir sıra kilsәdә Yaxın Şәrqdәn mәnimsәnilmiş bazilika forması müxtәlif variantlarda (Bolnisi Sionu; 6–7 әsrlәrә aid Urbnisidә kilsәlәr, Tbilisidә Ançisxat kilsәsi) istifadә olunmuşdur. 6 әsrin 2-ci yarısında üçkilsәli orijinal bazilika tipi meydana gәlmişdir (Kvemo-Bolnisi, Dmanisi, Nekresi vә s. yerlәrdәki mәbәdlәr). 6 әsrin ortalarında birapsidalı (Şiomqvimdә), dördapsidalı (Dzveli-Qavazidә) vә çoxapsidalı (Ninotsminda) mәrkәzi günbәzli mәbәdlәr üstünlük tәşkil etmişdir. Ərәb istilasından sonra 8–9 әsrlәrdә gürcü knyazlıqları vә çarlıqlarında (Abxaziya, Tao-Klarceti, Kaxeti, Kartli) tikinti işlәri bәrpa edildi (Samşvildi, Sirkoli, Qurcaani, Vaçnadziani vә G.-ın cәnubunda inşa edilmiş kilsәlәr, yepiskop sarayı vә monastır). 10–14 әsrin әvvәllәrindә memarlıqda yenidәn çiçәklәnmә dövrü idi. Şәhәrlәr (Dmanisi, Tbilisi) inkişaf edir; qalalar, monastır ansamblları, kilsәlәr; saraylar (Gequtidә çar sarayı), akademiyalar (İkalto, Gelati), karvansaralar (Paravani gölü yaxınlığında), körpülәr (Besleti çayı üzәrindә, hamısı 12 әsr); Alaverdidә baş kilsәlәr, Msxetada Svetisxoveli (1010–29, memar Arsukisdze) baş kilsәsi, Samtavisidә kilsә (1030, memar İllarion Samtavneli), Gelati monastırının kilsәsi vә s. inşa edilirdi. 9–10 әsrlәrdә Bizans abidәlәri dairәsinә yaxın Abxaziya kilsәlәri xüsusi qrup tәşkil edirdi (Mokvidә, Pitsundada kilsәlәr, Lıxnıda mәbәdlәr). 12–13 әsrlәrdә mağara monastırlarının tikintisi davam etdirilmişdir (David-Qareca, Vardzia). 13 әsrin sonları – 18 әsrlәrdәn şәhәr yerlәri (Qremi, 16 әsr), monastırlar (Safara, Zarzma), mәbәdlәr (Tbilisidә Metexi, 1278–89; Axali-Şuamta, 16 әsr), zәng qüllәlәri (Ninosminda mәbәdinin, 1550-ci illәr), saraylar (Telavidә II İraklinin sarayı, 17 әsr), qalalar (Ananuri, Xertvisi, Qori), karvansaralar, hamamlar vә ticarәt sıraları saxlanılmışdır. G.-ın orta әsrlәr tәsviri sәnәti dekorativ heykәltәraşlıq, metal üzәrindә döymә, ağac üzәrindә oyma, monumental rәngkarlıq, mozaika, miniatür, naxışlı keramika (11–13 әsrlәr çiçәklәnmә dövrü olmuşdur; 15 әsrdәn naxışlı mayolika yaranmışdır), ipәk vә mәxmәr parçalar üzәrindә tikmә vә s. ilә tәmsil olunur. Heykәltәraşlıq (mәbәdlәrin fasadlarında, daş stelalarda relyeflәr) vә metal üzәrindә döymә formaların plastikliyindәn, ekspressiya vә dekorativliyi güclәndirәn müstәviliyә (xәtlәrin plastikliyini saxlamaqla), insan fiqurunun mütәnasibliyinin pozulmasınadәk tәkamüli inkişaf yolu keçmişdir (Usanetidәki stela, 8–9 әsrlәr; Opizadakı relyef, 9 әsr vә s. 10–11 әsrlәrdә formaların plastik modellәşdirilmәsi, proporsiyaların düzgün tәsviri üsullar axtarışı G. heykәltәraşlığının yeni inkişaf dövrünü әks etdirir: Bril (usta Asat) vә Bretidәn bayıra çıxarıla bilәn qızıl xaçlar, Bediadan kasa; Tbeti, Kumurdo, Nikorsminde vә Msxetadakı mәbәdlәrin daş relyeflәri. 12–13 әsrlәrdә metal üzәrindә döymә mәmulatları zәngin nәbati ornamentlәr vә rәngli detallarla (mina vә qarasavad) bәzәdilmişdir. G. әrazisindә saxlanılmış erkәn monumental boyakarlıq abidәlәri üslubca Ön Şәrq erkәn xristian abidәlәrinә yaxındır (Pitsunda mәbәdinin mozaik döşәmәlәri, 5 әsr). Monumental boyakarlıq 11–13 әsrlәrdә çiçәklәnmә dövrünә çatmışdı (naxışlar mәbәdlәrin bütün daxili divarları vә tağ-tavanını örtürdü). Yerli müqәddәslәrin hәyatından bәhs edәn silsilә rәsmlәri, tarixi şәxsiyyәtlәrin (Vardzia, Betania, Kinsvisi mәbәdlәrindә çar III Georginin, çariça Tamarın) tәsvirlәri meydana gәlmәyә başlayır. Raça әyalәtindә, Yuxarı Svanetidә, David Qareca monastırında yerli mәktәblәr formalaşırdı. Miniatür sәnәtindә (әn qәdimlәri 9–10 әsrlәrә aiddir) iki tәmayül izlәnilirdi: biri yerli rәssamlıq әnәnәlәri ilә bağlı idi, digәri tәmtәraqlı Bizans әlyazmaları üsullarından istifadә edirdi. G. Rusiyaya birlәşdirildikdәn sonra klassisizm üslubunda rәsmi binalar (dini seminariya, hazırda Gürcüstan İncәsәnәt Muzeyi; 1827–38) inşa olunurdu. 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә şәhәr memarlığında eklektizm üstünlük tәşkil edirdi (Gürcüstan Opera vә Balet Teatrı, Tbilisi, 1880–96, memar V.A.Şröter). 19 әsrin sonu – 20 әsrdә tanınmış gürcü memarlarından biri olan S.Kldiaşvili işlәmişdir (Zadәgan gimnaziyasının binası, hazırda Tbilisi Dövlәt Un-ti, 1900–16). 20 әsrin әvvәllәrindә G.-da modern üslubunda binalar (Gürcüstan zadәgan bankının binası, hazırda Respublika kitabxanası, 1912–16, memar A.N.Kalgin) inşa edilmişdir. 19 әsr boyakarlığı Qәrbi Avropa vә rus incәsәnәtinin tәsiri ilә inkişaf edirdi. Dәzgah boyakarlığı, әsasәn, portret janrı yaranırdı (G.Maysuradze). 1880–90-cı illәrdә demokratik yönlü rәssamlar meydana gәldi (R.Qvelesiani, A.Beridze, G.Qabaşvili; ilk gürcü qravüraçı-ksiloqraf Q.Tatişvili). Mәişәt vә sosial mövzulara müraciәt edәn rәssamlar A.Mrevlişvili, M.Toidze; qrafik A.Qogiaşvili; müasir gürcü heykәltәraşlığının banisi Y.Nikoladze; boyakar Niko Pirosmanaşvili 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә yaşayıb-yaratmış gürcü sәnәtkarlarıdır. Sovet dövründә ölkәdә sәnayelәşdirmә planları (Zemo-Avçal SES-i, 1922–27, memar A.N.Kalgin vә b.), şәhәrlәrin (Tbilisi, Sxinvali, Batumi, Qori, Poti, Suxumi), kurortların (Sxaltubo, Borjomi, Yeni Afon) yenidәn qurulması hәyata keçirildi. 1920–30-cu illәrin әvvәllәrindә konstruktivizm üslubunda binalar (“Sәrqin şәfәqi” qәzeti redaksiyasının binası, 1929, memar D.Çisliyev) inşa edilir, milli memarlıq formaları (Gürcüstan Milli Muzeyinin fasadı, 1927–29, memar N.P.Severov; hamısı Tbilisidәdir) tәtbiq olunurdu. 1930-cu illәrin 2-ci yarısı – 1950-ci illәrin 1-ci yarısı memarlığı üçün klassik memarlıq formaları vә elementlәrindәn istifadә sәciyyәvidir (Suxumidә dәmiryol vağzalı, 1951, memarlar Lola vә Levan Muşkudiani). Milli rәssam kadrlarının hazırlanmasında 1922 ildә M.Toidzenin Xalq rәssamlıq studiyasının vә xüsusilә Tbilisi Rәssamlıq Akademiyasının yaradılması böyük rol oynamışdır. 1920–50-ci illәr boyakarlığı peyzaj (D.Kakabadze, Y.Axvlediani, V.Caparidze vә b.) vә portretlә (P.M.Blötkin, K.Maqalaşvili, K.Sanadze) tәmsil olunmuşdur. L.Qudiaşvili әfsanәvifantastik süjetlәr, M. vә İ.Toidzelәr, A.Kutateladze tarixi-inqilabi tematikada, U.Caparidze yeni mәişәt mövzusunda işlәmişlәr. Dәzgah, kitab qrafikası (V.Qriqolia), illüstrasiya sәnәti (L.Qudiaşvili, S.Kobuladze, İ.Qabaşvili vә b.), teatr rәssamlığı (V. Sidamon-Eristavi, İ.Qamrekeli, S.Kobuladze vә b.); monumental heykәltәraşlıq (K.Merabişvili, V.Topuridze), o cümlәdәn süjetli relyef (T.Abakeliya, Q.Sesiaşvili) inkişaf etmişdir. Heykәltәraşlıqda portret janrı әsas yer tutmuşdur (Y.Nikoladze, N.Kandelaki, N.Sereteli). Böyük Vәtәn müharibәsindәn sonra sәnaye obyektlәri ilә bağlı yeni şәhәrlәr (Rustavi ş.) vә mәhәllәlәr meydana gәlmişdir. 1960–80-ci illәrin tikililәri arasında Tbilisidәki Gürcüstan Avtomobil Yolları Nazirliyinin mühәndis korpusu (1974, memarlar Q.Çaxava, Z.Calaqaniya, A.Kimberq, T.Txilava), Tәntәnәli mәrasimlәr sarayı (1984–85, memarlar V.Corbenadze, V.Orbeladze); Kvarelidәki İlya Çavçavadze muzeyi, 1979, memarlar V.Corbenadze, K.Kobaxidze) vә s. var. Memarlığın heykәltәraşlıqla, mozaika, boyakarlıq, metaldöymә vә s. pannoları ilә sintezi tәtbiq edilirdi (Tbilisi metropoliteninin stansiyaları, 1966, 1979). G.-ın 1960–90-cı illәr tәsviri sәnәti üçün parlaq kompozisiya quruluşu, yüksәk ekspressiya sәciyyәvidir. Tematik tablo vә portret sahәsindә R.Sturua, J.Medz mariaşvili, Q.Totibadze vә b.; kitab qrafi kasında A.Bandzeladze, T.Kubaneyşvili, D.Lolua; monumental heykәltәraşlıqda E.Amaşukeli, M.Berdzenişvili, M.Merabişvili, Q.Oçiauri, Z.Sereteli; dәzgah vә dekorativ plastikada İ.Okropiridze, T.Asatiani, V.Oniani vә b. işlәmişlәr. Teatr rәs samları arasında İ.Askurava, D.Tavadze, P.Lapiaşvili vә b.var. 1982 ildәn Tbilisidә M.F.Axundzadә ad. Azәrbaycan Mәdәniyyәti Muzeyi fәaliyyәt göstәrir, muzeyin binasına Axundzadәnin barelyefi vurulmuşdur.
    Musiqi G.-ın musiqi mәdәniyyәtinin әn qәdim nümunәlәri e.ә. 2-ci minilliyә aiddir (Msxe tadakı Samtavro monastırından tapılan sümükdәn düzәldilmiş fleyta, e.ә. 15 әsr, vә s.) E.ә. 6 әsrә aid edilәn arxeoloji tapıntılar burada arfayabәnzәr vә liraya bәnzәr alәtlәrin mövcud olduğunu tәsdiq edir: “Kazbek dәfinәsi”dәn kiçik tunc fiqur (Stepansminda) vә gildәk düzәldilmiş heykәlcik (Uplissixe). Qәdim musiqi mәdәniyyәtinin qalıqları gürcülәrin mәrasim folklorunda saxlanılmışdır. Dünyәvi musiqi 12 әsrdә yüksәk sәviyyәyә çatmışdı, Ş. Rustavelinin vә b. şairlәrin әsәrlәrini peşәkar saray musiqiçilәri arfa vә liranın müşayiәti ilә ifa edirdilәr. İnstrumental vә vokal instrumental ansambllar yayılmışdı. 18 әsrdә G.-ın milli musiqi mәdәniyyәtinin yeni yüksәlişi başlamışdır. Onun yüksәk sәviyyәsini dövrün inkişaf etmiş musiqi terminologiyası tәsdiq edir (S.S. Orbelianinin lüğәtindә öz әksini tapmışdır). “Şәrq” qolunun әsas yer tutduğu şәhәr musiqi mәdәniyyәti formalaşırdı. Onun mәnbәyi G.-ın Azәrb. vә İran mәdәniyyәtlәri ilә çoxәsrlik sıx tәmasda olmasıdır; bu, әsasәn, Tbilisi vә onun әtrafında, sonralar Şәrqi Gın digәr şәhәrlәrindә yayılmış aşıq sәnәti ilә bağlı idi; Sayat-Nova vә Besiki II İraklinin әn mәşhur saray aşıqları idi. Şәrq instrumental ansamblları sazandalar dәstәsi (2 zurna, yaxud iki balaban ilә zәrb alәti), geniş yayılmışdı. G. Rusiya imperiyasına birlәşdirildikdәn (1801) sonra rus vә Qәrbi Avropa mәdәniyyәti ilә әlaqәlәr yaranmışdır. 1851 ildә italyan truppasının tamaşası ilә Tiflisdә Opera teatrı fәaliyyәtә başladı. 1880 ildәn orada rus opera truppası çıxış edirdi. 1873 ildә X.Savaneli vә A.Mizandarinin musiqi siniflәri açıldı (1876 ildәn musiqi mәktәbi, 1917 ildәn konservatoriya), 1883 ildә M.M. İppolitov-İvanovun rәhbәrliyi ilә İmperator Rus Musiqi Cәmiyyәtinin Tiflis şöbәsi yaradıldı. 19 әsrin 2-ci yarısından Qәrbi G. şәhәrlәrinin (Kutaisi, sonralar İmereti, Quriyanın düzәnlik rayonları) mәişәtinә Gәrb musiqisi daxil olmağa başladı; mәnbәyi italyan operalarından ariyalar, Neapol mahnıları, rus romansları idi. Gitara, qarmon, şarmanka yayıldı. 19 әsrin 2-ci yarısında gürcü folklorunun toplanması sahәsindә fәal iş aparılır, xalq mahnıları dә dini mahnı topluları dәrc edilirdi; 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә D.Arakişvili, İ.Karqareteli vә Z.Paliaşvilinin xalq mahnılarının nәşri sahәsindә fәaliyyәtlәri genişlәndi. 1885 ildә L. Aqnaişvilinin – ilk gürcü etnoqrafik xoru yarandı. 19 әsrin sonlarından G.-da vә onun hüdudlarından kәnarda gürcü ifaçılarının çıxışları artdı. 1919 ildә gürcü opera studiyası açıldı, 1922 ildә Tiflisdә Gәnc Musiqiçilәr Cәmiyyәti (onun nәzdindәki kvartet 1944 ildәn Dövlәt Simli Kvarteti oldu), 1932 ildә G.Bәstәkarlar İttifaqı yaradıldı, 1934 ildә Musiqili Komediya Teatrı açıldı, 1933 ildә G. Dövlәt Simfonik Orkestri tәşkil edildi. K. Posxveraşvilinin “Amirani” poeması (1905), D.Arakişvilinin “Hörmüzd şәrәfinә himn, yaxud Sazandalar arasında” әsәrlәri ilk gürcü simfonik әsәrlәrindәndir. M. Balançivadze, Arakişvili, N. Sulxanişvili gürcü kamera vokal musiqisinin ilk nümunәlәrini yaratdılar. Milli opera repertuarı Arakişvilinin “Şota Rustaveli haqqında dastan” (1919) tamaşası ilә formalaşmağa başladı. Z.Paliaşvilinin “Abesalom vә Eteri” (1919), “Daisi” (1923), V.Dolidzenin “Keto vә Kote” (1919, ilk milli komik opera) operaları bu janrın klassik nümunәlәridir. Hәmçinin M.Balançivadzenin “Mәkrli Tamara” ilk dәfә tam şәkildә 1926), R.Qoqniaşvilinin “Kristine” (1918), İ.Qokielinin “Balaca kaxetiyalı” (1943), Ş.Mşvelidzenin “Tariel haqqında dastan” (1945), A.Kereselidzenin “Başi Açuk” (1946), D.Toradzenin “Şimal gәlini” (1958), B.Kvernadzenin “Vә sәkkizinci il idi” (1983) vә “Medeya” (1993), G.Kançelinin “Dirilәr üçün musiqi” (1984), T.Şavloxaşvilinin “Ağ örtük” (1993) vә s. O.Taktakişvilinin “Mindiya” (1961) vә “Ayın oğurlanması” (1976) operaları tamaşaya qoyuldu. A. Balançivadzenin “Dağların qәlbi” (1938), A. Maçavarianinin “Otello” (1957), “Pәlәng dәrisi geymiş pәhlәvan” (1973), S. Sinsadzenin “Demon” (1958), “Dali vә Ovçu” (1977), A. Balançivadzenin “Mtsıri” (1964), R.Qabiçvadzenin “Hamlet” (1971), “Medeya” (1978) vә s. әsәrlәr gürcü balet sәnәtindә әhәmiyyәtli yer tutmuşdur. S.Milorava (“Tbilisi haqqında mahnı”, 1958), G.Kançeli (“Xanuma”, 1968), G. Sabadze (“Qarlı dağların melodiyası”, 1971; “Veriya mәhәllәsinin melodiyaları”, 1974) musiqili komediyalar, operettalar, müzikllәr vә s. yaratdılar. Kantata-oratoriya janrında yazılmış әsәrlәr: “Kürün mahnısı”, O.Qordeli (1964); “Rustavelinin izi ilә” (1964), “Nikoloz Barataşvili” (1970), “Quriya nәğmәlәri” (1971), “Kartli nәğmәlәri” (1983), O.Taktakişvili; “Pirosmani” (1970), N.Svanidze; “Müqәddәs kәdәr” (1985), G.Kançeli vә s. 1930-cu illәrin sonlarından. Ş.Mşvelidze, A.Balançivadze, A.Maçavariani, O.Taktakişvili, R.Qabiçvadze, F.Qlonti, Ş.Davitaşvili kimi bәstәkarların yaradıcılığında simfonik janr әsas yer tutmuşdur. İ.Tuskiya kamera janrının әsasını qoyanlardan biridır, C.Sinsadze bu janrın zәnginlәşmәsinә böyük töhfә vermişdir. N.Svanidze, N.Mamisaşvili, T.Bakuradze vә b. avanqardist üslubunda yazan bәstәkarlardır. Müğәnnilәr: N.Breqvadze, T.Qverdsiteli, V.Kikabidze, V.Meladze vә b. Pianoçular: A.Virsaladze, E.Virsaladze, A.Tulaşvili, T.Amirecibi, M.Mdivani vә b. Violinçalanlar: L.İsakadze, L.Şiukaşvili, M. vә N.Yaşvili; violonçelçalanlar: Q.Barnabişvili, T.Qabaraşvili, E.İsakadze vә b. Musiqişünaslar: D.Arakişvili, Ş.Aslanişvili, İ.Cavaxişvili, V.Donadze, P.Xuçua, A. Sulukidze vә b. G.-da Azәrb. aşıq sәnәti (Şair Nәbi, Aşıq Sadıq, Xındı Mәmmәd, Hüseyn Saraclı, Əmrah Gülmәmmәdov, Kamandar Əfәndiyev) vә xalq musiqisi geniş yayılmışdır. Azәrb. vә G. arasında mәdәni әlaqәlәr bu gün dә inkişaf edir, mәdәniyyәt günlәri tәşkil olunur, müxtәlif konsertlәr keçirilir.
    Rәqs vә balet G.-ın balet sәnәti әnәnәvi rәqs mәdәniyyәti ilә daima qarşılıqlı әlaqә zәminindә inkişaf etmişdir. Gürcü xalq rәqsindә, divertismentdә olduğu kimi, ifaçıların ümumi sırasından növbә ilә önә çıxan solistlәr, solist qrupları, qarışıq cütlәr, ansambl rәqsi, yaxud fәrdi rәqs nümayiş etdirirlәr; rәqqasәlәrin zәrif lirizminә qarşı, rәqqasların şux, coşqun rәqsi qoyulur. Gürcü milli xoreoqrafiyasının bir çox elementi balet sәnәtinә adaptasiya edilmişdir. Klassik rәqs Gürc.-a Rusiyadan gәlmişdir. 1854 ildә Moskva Xoreoqrafiya Mәktәbinin müәllimi F.N.Manoxin Tiflis Opera Teatrında ilk çoxaktlı balet tamaşasını – İ.F.Şmidtin “Gitana” baletini sәhnәyә qoymuşdur. 1873–98 illәrdә balet tamaşaları az göstәrilirdi (teatrın binası yanmışdı). S.-Peterburq, Moskva vә Varşavanın balet truppaları (artistlәr Y.V.Geltser, T.P.Karsavina, M.F.Kşesinskaya, M.M. vә V.P.Fokinlәr, A.Dunkan vә b.) Tiflisә qastrola gәlirdilәr. 1910-cu illәrdә gürcü balet truppasına A.A.Romanovski vә S.F.Vakarets rәhbәrlik edirdilәr. İlk milli peşәkar kadrların yaranması da bu dövrә aiddir. Onların hazırlanmasında, Tiflis sәhnәsindә çıxış etmiş italyan rәqqasәsi M.İ.Perininin 1916 ildә açılmış özәl studiyası mühüm rol oynamışdır. 1920 ildә studiya Opera vә Balet Teatrı nәzdindә balet mәktәbi olmuşdur. Mәktәbin mәzunları arasında İ.Aleksidze, İ.İ.Arbatov, M.V.Bauer, S.Virsaladze, Y.Qvaramadze, K.Nadareişvili, T.Çabukiani, Y. Çikvaidze vә müasir klassik gürcü rәqsinin banilәri V.Çabukiani vә N.Ramişvili vardı. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә milli xoreoqrafiyanın inkişafına da böyük diqqәt göstәrilirdi. Tiflisdә, Kutaisidә, Batumidә gürcü xalq rәqslәrini tәbliğ edәn kollektivlәr, hәmçinin studiyalar (A.Aleksidzenin rәhbәrliyi ilә, 1902–1934 illәr vә s.) yaradılırdı. Gürcü әdәbi әsәrlәrinin ilk xoreoqrafik interpretasiyalarından (Ş.Rustavelinin “Pәlәng dәrisi geymiş pәhlәvan” poemasına (M.Ziçinin çәkdiyi illüstrasiyalar әsasında “canlı lövhәlәr”, 1896 vә s.) başlayaraq, gürcü balet sәnәtinin spesifik xüsusiyyәtlәri müәyyәnlәşdi: süjetdә milli tarixә, әdәbiyyata, folklora, stilistikada isә xalq rәsqlәrinә istinad edildi. Gürcü bәstәkarlıq mәktәbinin tәşәkkülü milli xoreoqrafiya üslubunun kanonik nümunәlәrinin yaranmasına rәvac verdi; bunun әsası M. Balançivadze, D.Arakişvili, Z.Paliaşvili vә V.Dolidzenin yaratdıqları ilk milli operaların balet sәhnәlәrindә qoyulurdu. D.Cavrişvili ilk gürcü balet meysterdir. İlk gürcü balet musiqisini T.Vaxvaxişvili yazmışdır (“İran pantomiması”, 1917; “Avqaroz”, 1918; “Dionis bayramı”, 1919; “Mәhәbbәt agusu”, 1920). 1921–22 illәrdә Tiflis teatrının balet truppasına M.M.Mordkin rәhbәrlik etmişdir; burada xoreoqraflar M.G.Diskovski, M.F.Moiseyev, S.N.Sergeyev, İ.İ.Arbatov işlәmiş, repertuarda klassik әsәrlәr әsas yer tutmuşdur. 1927 ildә L.İ.Lukin J.Bizenin “Karmen” operasının süjeti әsasında orijinal “Karmensita” baletini yaratmışdır. 1929 ildә teatrda R.M.Qlierin “Qırmızı lalә” (V.İ.Tşaplinin quruluşunda) baleti oynamışdır. 1936 ildә V.Çabukiani (A.Balançivadzenin musiqisi әsasında) “Mzeçabuki” baletini sәhnәyә qoymuşdur. 1938 ildә müasir mövzuda – Ş.Taktakişvilinin “Maltakva” ilk gürcü baleti göstәrilmişdir (baletmeysterlәr D.Cavrişvili vә V.K.Litvinenko). 1941–73 illәrdә Çabukiani Tbilisidә Z.P.Paliaşvli ad. Opera vә Balet Teatrının balet truppasına rәhbәrlik etmiş, “Laurensiya” (A.A. Kreyn, 1948), “Otello” (A.Maçavariani, 1957) vә s. tamaşaları sәhnәyә qoymuşdur. Klassik baletin formalaşması ilә yanaşı, xalq rәqsi dә inkişaf edirdi. 1945 ildә Dövlәt Akademik Xalq Rәqs Ansamblı yaradıldı (indiki Gürc. Milli Baleti). Ansambla keçmiş klassik rәqqaslar N.Ramişvili vә İ.Suxışvili rәhbәrlik edirdilәr. Sonralar bu ansamblın әnәnәlәri әsasında digәr kollektivlәr dә yaradılmışdır: Gürc. Mahnı vә Rәqs Ansamblı (rәhbәri G.Bakradze, xoreoqraf B.Daraxvelidze), “Rustavi” (rәhbәri A.Erkomaişvili, xoreoqraf R.Çoxonelidze), Kutaisi, Batumi vә digәr şәhәrlәrdә rәqs kollektivlәri vә s. İ. Dolaberidze, V.Qunaşvili, N.Kirvalidze, P.Kobaladze, P.Sulaberidze vә b. xalq rәqslәrinin görkәmli ifaçıları olmuşlar. 1960-cı illәrin sonlarından G.-ın balet sәnәtindә etnoqrafik prinsiplәrdәn tәdricәn ümumdünya tendensiyalarına dönüş başladı. Gәnc baletmeysterlәr özlәrini xoreoqrafik simfonizmdә, kiçik formalarda sınayır, öz tamaşalarında modern rәqsi elementlәrindәn vә s. istifadә edirdilәr. Bu nәslin әn parlaq nümayәndәlәrindәn biri xoreoqraf G.Aleksidze idi (1972 ildәn Palişvili ad. Tbilisi Opera vә Balet Teatrının baş baletmeysteri). İnstrumental rәqs, xoreoqrafik konseptualizm dövründә İ.Candiyeri, M.Maxaradze, N.Maxateli vә b.-nın ifaçılıq istedadı özünü parlaq tәrzdә göstәrdi. 1980-ci illәrin sonu – 90-cı illәr böhranında bir çox xoreoqraf vә rәqqas ölkәni tәrk etmәyә mәcbur oldu. Eyni zamanda Tbilisi Xoreoqrafiya Mәktәbinin mәzunları cürcü balet mәktәbini dünya arenasına çıxartdılar: N.Ananiaşvili (2004 ildәn Paliaşvili ad. Opera vә Balet Teatrının balet truppasının rәhbәri), İ.A.Zelenski, İ.Nioradze, D. Maxateli vә b. 20 әsrin sonları – 21 әsrin әvvәllәrindә klassik baletlә milli xoreoqrafiyanın әlaqәlәri zәiflәdi. Repertuarın әsasәnı rus vә sovet klassikası, hәmçinin C.Balançin, K.Makmillan, C.Robbins, T. Makintayr vә b.-nın baletlәri tәşkil edir.
    Teatr G.-ın teatr mәdәniyyәtinin antik köklәrinә dair mәlumatlar arxeoloji tapıntılardan (gemmalar, üzәrindә teatr maskaları tәsvir olunan kameyalar, rәqqas vә musiqiçilәrin tunc vә terrakota heykәlciklәri) әldә edilmişdir. Ən qәdim teatr binaları Kutaisi, Apsara, Qonio, Msxeta, Vani, Pitsunda әrazisindә, hәmçinin qaya şәhәr yeri Uplistsixedә (e.ә 3–2 әsrlәrә aid antik teatrın qalıqları) aşkar olunmuşdur. Bütpәrәstliyә mәxsus sitayiş elementlәri berikaoba xalq maska teatrında vә keyenoba kütlәvi karnaval şәnliklәrindә әksini tapmışdır. Orta әsrlәrdә ali tәbәqә mühitindә saxioba teatrı yaranmışdır. 14 әsrin ortalarında orta әsrlәr dini misteriyalarına bәnzәr kilsә dramı vә teatrı yaranmışdır. 14–17 әsrlәrdә xalq dramı (“Zviad Lobjanidze”, “Şavleqo” vә s.) geniş yayılmışdı. Tbilisi (1756) vә Telavidә (1788) dini seminariyaların açılmasından sonra mәktәb teatrı inkişaf emtәyә başlamışdı. 1790-cı illәrdә çar II İraklinin sarayında dramaturq G.Avalişvilinin rәhbәrliyi ilә ilk dünyәvi teatr yaradılmış. Burada onun öz pyeslәri (“Çar Teymuraz”), hәmçinin D.Çolakaşvili (“İfigeniya”) vә b.-nın әsәrlәri oynanılmışdır. G.-ın Rusiyaya birlәşdirilmәsindәn (1801) sonra ümumavropa mәdәni proseslәri ilә әlaqәsi gürcü sәhnә sәnәtinin inkişafına yeni tәkan verdi. Hәr yerdә repertuarına rus, Avropa vә milli dramaturgiya nümunәlәrinin daxil olduğu hәvәskar truppalar meydana gәlirdi (Tiflisdә A.Çavçavadze, M. Orbeliani vә V. Cambakur-Orbelianinin; Qoridә D. Meqvinetuxusesinin rәhbәrliyi ilә vә s.). 1845 ildә Tiflisdә ilk peşәkar rus teatrının әsası qoyuldu. 1850 ildә G.Eristavi peşәkar gürcü teatrını yaratdı. Eristavi vә onun mәktәbinin dramaturqları (Z.Antonov, İ.Kereselidze) berikaoba xalq teatrının çoxәsrlik әnәnәlәrini bәrpa etdilәr. N.Uznadze, G.Dvanadze, G.Caparidze, A.Meypariani gürcü aktyor mәktәbinin aparıcı nümayәndәlәri idilәr. Bu dövrdә gürcü teatr tәnqidinin әsası qoyuldu (M.Tumanişvili). 1856 ildә milli süurun formalaşmasında mühüm rol oynamış teatr hökümәtin sәrәncamı ilә bağlanıldı. Demokratik ideyaların tәsiri altında İ.Çavçavadze vә A.Sereteli 1879 ildә Tiflisdә, bir il sonra isә Kutaisidә peşәkar kollektivlәri yenidәn yaratdılar. Milli repertuar A. Saqareli, A. Kazbeqi vә R. Eristavinin pyeslәri ilә zәnginlәşdi. Sәhnәyә yeni aktyor nәsli (V.Abaşidze, V.Aleksi-Mesxişvili, N.Qabuniya. M.Saparova-Abaşidze, K.Mesxi, E.Çerkezişvili vә b.) gәldi. 1880–90-cı illәrdә gürcü teatrlarının repertuarına rus vә xarici ölkә klassiklәrinin pyeslәri daxil edildi. V.Abaşidze 1885 ildә ilk gürcü teatr qәzeti “Teatri”ni tәsis etdi. Aktyor sәnәti 19 әsrin sonu – 20 әsrin әvvәli әdәbiyyat vә dramaturgiyasının tәsiri altında inkişaf edirdi. 20 әsrin әvvәlindә sürәtlә inkişaf edәn şәhәrlәrdә (Tiflis, Kutaisi, Batumi) çoxsaylı hәvәskar vә xalq teatrları yaradılırdı. Ş.Dadiani, N.Nakaşidze vә b.-nın pyeslәrindә sosial etirazlar әksini tapırdı. Hәvәskar sәhnәlәrdә vә xalq yaradıcılığı kollektivlәrindә gürcü teatrı vә kinosunun gәlәcәk ustaları yetişirdi (A.Xorava, M.Çiaureli, U.Çxeidze, K.Marcanişvili). Sovet hakimiyyәtinin ilk illәrindә tәşviqat vasitәsi sayılan teatr, sonralar xalqın mәdәni sәviyyәsini artırmaq üçün mühüm vasitәyә çevrilmişdi. 1920-ci illәrdә Kutaisi, Batumi, Suxumi, Qori, Sxinvali, Zuqdidi vә digәr şәhәrlәrdә yeni teatrlar açıldı. 1921 ildә Tiflisdә Ş. Rustaveli ad. teatr, az sonra musiqili komediya teatrı yaradıldı. Bu dövrdә sәhnәdә V.Ancaparidze, A.Vasadze, Ş.Qambaşidze, N.Qotsiridze, A.Jorjoliani kimi sәnәtkarlar çalışırdılar. Marcanişvili 1928 ildә Kutaisidә yeni teatr yaratdı (1930 ildәn Tiflisdә, 1933 ildәn onun adını daşıyır). 1930-cu illәrdә gürcü teatrının bir çox aparıcı aktyoru (A.Axmeteli vә b.) repressiyaya mәruz qaldı. Bununla belә, S.Zakariadze, S.Takaişvili, V.Qodziaşvili, Q.Şavqulidze, A.Kvantaliani, T.Sulukidze, P.Kobaxidze vә b. istedadlı aktyorlar da yetişdi. 1939–46 illәrdә Ş. Rustaveli ad. Teatr İn-tunun emalatxanalarından birinә rәhbәrlik edәn A.Tovstonoqov burada istedadlı gәnclәri toplamışdı: T.Abuladze, L.İoseliani, S.Kançeli, E.Kipşidze, R.Çxeidze vә b. Bu nәslin әn parlaq nümunәlәrindәn biri olan M.Tumanişvili eyni zamanda istedadlı pedaqoq idi. Onun şagirdlәri arasında 20 әsrin sonu – 21 әsrin әvvәllәri gürcü teatrının әn görkәmli rej.-ları P.Sturua vә T.Çxeidze var. G.Aleksi-Mesxişvili, O.Koçakidze, A.N.Slovinski, Y.Çikvaidze kimi rәssamlar әmәkdaşlıq edirlәr. 1973 ildә G.Lordkipanidze tәrәfindәn Rustavidә Gәnclәr Teatrının, 1981 ildә R.Qabriadze tәrәfindәn Tbilisi Marionet Teatrının (indiki Rezo Qabriadze teatr-studiyası), 1975 ildә M.Tumanişvili tәrәfindәn Kino Aktyoru Teatrının yaradılması G.-ın teatr hәyatında mühüm hadisә olmuşdur. G.-da Tiflis Azәrbaycan Teatrı fәaliyyәt göstәrmişdir. Azәrb. sәhnәsindә “Darıxma, ana” (N. Dumbadze), “Qәrq edilmiş daşlar” (İ.Mosaşvili), “Nә qәdәr ki araba aşmamışdır” (O. İoseliani) pyeslәri, “Keto vә Kote” (V.Dolidze), “Tbilisi haqqında mahnı” (Ş.Milorava) operettaları, “Daisi” (Z.Paliaşvili) operası vә s., G.-da isә Ü.Hacıbәylinin “Arşın mal alan” musiqili komediyası, Q.Qarayevin “İldırımlı yollarla”, F.Əmirovun “Min bir gecә” baletlәri tamaşaya qoyulmuşdur. 2000-ci illәrdәn başlayaraq. Azәrb. Dövlәt Akademik Milli Dram Teatrının, Azәrb. Dövlәt Rus Dram Teatrının, Bakı Bәlәdiyyә Teatrının kollektivlәri G.-da, Gürc. Dövlәt Rus Dram Teatrı Bakıda (“Getto” tamaşası) çıxış etmişdir.
    Kino G. kinematoqrafının yaranma tarixi 1912 ilә tәsadüf edir. Yaradıcılıq fәaliyyәtinә 1907 ildәn Bakıda başlamış gürcü kinosunun yaradıcılarından biri V.Amaşukeli vәtәninә qayıtdıqdan sonra ilk sәnәdli tammetrajlı “Akaki Seretelinin Raça-Leçxumiyә sәyahәti” filmini çәkmişdir (1912). İlk G. bәdii filmi 1916 ildә yaradılmışdır (“Xristine”, rej. A.Susunava). 1921 ildә Gürc. SSR Xalq Maarifi komissarlığı nәzdindә kino bölmәsi (1923 ildәn G.-nın Dövlәt kino sәnayәsi, 1938 ildәn Tbilisi kinostudiyası 1953 ildәn “Gürcüstanfilm”) tәşkil edilmişdir. “Arsen Corciaşvili” (1921, rej. İ.Perestiani ilk sovet filmidir. 1923 ildә Perestiani ilk sәssiz macәra janrında “Qırmızı şeytan balaları” filmini çәkmişdir. Bu dövrdә, әsasәn, gürcü klassiklәrinin ölkәnin tarixinә hәsr olunmuş әsәrlәri ekranlaşdırılmışdır: “Suram qalası” (1923, D.Çonkadzenin әsәri üzrә, rej. Perestiani), “Kimdir günahkar” (1925, N.Nakaşidzenin әsәri üzrә, rej. Sisinava) vә s. 1920-ci illәrin әn yaxşı sovet kinolarından biri N.Şengelayanın “Eliso” (1928) filmi olmuşdur. L.Esakianın “Şakir” (1932), M.Çiaurelinin “Axırıncı maskarad” (1934) filmlәri ilk sәsli gürcü kinosudur. 1920-ci illәrin 2-ci yarısında meydana gәlmiş (K.Marcanişvili vә Z.Berişvili (“Samanişvilinin ögey anası”, Susanavanın “Xanuma”, hәr ikisi 1927) gürcü kinokomediyası әnәnәsi D.Rondelinin “İtirilmiş cәnnәt” (1938) filmindә davam etdirilmişdir. Aparıcı gürcü rej.-ları inqilabi mövzulara da müraciәt etmişlәr: N.Şengelayanın “26 komissar” (1933), Çiaurelinin “Arsen” vә S.Dolidzenin “Dariko” (hәr ikisi 1937) vә s. İkinci dünya müharibәsi dövrünün әn әhәmiyyәtli filmlәrindәn biri “Georgi Saakadze” (1942–43, rej. Çiaureli; SSRİ Dövlәt mükafatı, 1943, 1946) epopeyası olmuşdur. Gürcü animasiya kinosunun yaranması 1930-cu illәrin ortalarına tәsadüf edir: V.Mucirinin “Arqonavtlar” (1936), “Hiylәgәr” (1937), “Çiora” (1939) vә s. 1950-ci illәrin ortalarında yeni rej.-lar nәsli yetişmişdir. T. Abuladze vә R.Çxeidze “Maqdananın Lurcasi” (1955, Kann Beynәlxalq kinofestivalının mükafatı vә s.) filmini çәkmişlәr. 1960–70-ci illәr gürcü kinosunun әn mәhsuldar dövrlәrin dәn biri olmuşdur. Rej.-lardan R. Çxeidze, G. vә E.Şengelaya, O.İoseliani, L.Qoqo beridze (“Əsgәr atası”, 1965; “Badam çiçәklәyәndә”, 1973; “Şәxsi mәsәlәlәrlә әlaqәdar bir neçә müsahibә”, 1970, SSRİ Dövlәt mükafatı, 1980) vә s. Nadir xüsusiyyәtlәri ilә sәciyyәlәnәn gürcü qısa metrajlı filmlәri (“Toy”, 1965, rej. M.Kobaxidze; “Küp”, 1970, rej. İ.Kvirikadze; “Kәpәnәk”, 1979, rej.-lar N.Nenova vә Q.Sulaya vә s.) beynәlxalq rәğbәt qazanmışdır. Gürcü sәnәdli filminin inkişafında rej.-lardan G.Asatiani (“Müxtәlif mәrtәbәli Amerika”, 1961; “Əlcәzair gündәliyi”, 1964; “Münxen 25 ildәn sonra”, 1969) vә G.Çubabrianın (“Ağ Torqvay”, 1969; “Ağ nağıl”, 1972; “Odda bәrkimişlәr”, 1980) böyük xidmәti olmuşdur. Elmi-kütlәvi kinonun әsasını D.Abaşidze vә N.Jujunadze qoymuşlar (“Gürcüstan çayı”, 1939; Buludlara zәrbә”, 1961; “Sәslәr alәminә qayıdış”, 1965 vә s.). Bu dövrün animasiya filmlәri arasında A.Xintibidzenin “Cafara” (1951), “Ədavәt” (1959); V.Baxtadzenin “Nәrgizgülü” (1964), “Ah, moda, moda!” (1968), “Fantaziya” (1979) vә s. var. 1984 ildә T.Abuladze “Tövbә” (1987 ildә ekranlara çıxmışdır; Kann Beynәlxalq kinofestivalının mükafatı) filmini çәkmişdir. A.Rexviaşvili (“XIX әsrin gürcü xronikası”, 1979; “Yaxınlaşma”, 1990; “Hәsrәti çәkilәn torpaq. Qayıdış”, 2000); T.Babluani (“Sәrçәlәrin uçuşu”, 1980; “Oyaq adamların günәşi”, 1992, Berlin Beynәlxalq kinofestivalının mükafatı); İ.Kvirikadze (“Üzgüçü”, 1982; “Don Juanın göz yaşları”, 1989; “Yoldaş Stalinin Afrikaya sәyahәti”, 1991); N.Corcadze (“Robinzonada, yaxud Mәnim ingilis babam”, 1987, Kann Beynәlxalq kinofestivalının mükafatı), “Aşiq aşpazın min bir resepti” (1996, Karlovi-Vari Beynәlxalq kinofestivalının mükafatı; “Yay, yaxud 27 itirilmiş öpüş”, 2000) 1980–90-cı illәrin aparıcı rej.-larıdır. 1990-ci illәrin böhranına üstün gәlәrәk, 20 әsrin sonları – 21 әsrin әvvәllәrindә gürcü kino sәnәtinin әnәnәlәrini yeni nәsl rej.-ları davam etdirir: L.Zakareişvili (“Onlar”, 1992; “Tbilisi, Tbilisi”, 2005); Q.Çkoniya (“Görünmә әlifbası”, 1994; “Yalançı dәyişmә”, 2003); L.Tutberidze (“Keçmişin kölgәlәri”, 1995; “Qarabağa gәzintilәri”, 2005); L.Ancaparidze (“İkili sifәt”, 1997; “Belә bir ölkә var”, 2003); Q.Babluani (“On üç”, 2005, Venesiya Beynәlxalq kinofestivalının mükafatı). 2000 ildәn Tbilisidә hәr il beynәlxalq kinofestival keçirilir.
    “Tövbә” filmindәn kadr.Rej. T.Abuladze.
    Sirk Taqәdimdәn gürcü komediantları (muşuti) öz çıxışlarına akrobatika, atletika, jonqlyorluq, kәndirbazdıq elementlәri daxil edirdilәr. Atçapanlar xüsusi populyarlıq qazanmışdı. Gürcü sirk sәnәtinin formalaşmasına rus sirk truppaları qastrollarının böyük tәsiri olmuşdur. 1914 ildә antrepren yor P.M.Yesikovski Tiflisdә daşdan sirk binası inşa etdirmişdi. Gürc. SSR әmәkdar artisti adına layiq görülmüş (1925) ilk gürcü sirk artistlәri, Tanti qardaşları burada çalı şırdılar. P. Qamsaxurdia 1930 ildә teatrın direktoru tәyin olunmuşdu. Onun rәhbәrliyi ilә 1940 ildә sirkin yeni binası tikilmiş, burada müxtәlif illәrdә kloun, heyvan tәlimçisi A.Sxomelidze, ekvilibristlәr Qolyadze, jonqlyorlar Lalaşvili, güc akrobatları Qarsevanişvili çıxış etmişdilәr. 1994 ildә Tbilisi sirki özәllәşdirilmişdir. 1925 ildә ilk stasionar sirk binasının inşa olunduğu Batumi ş.-ndә dә sirk kollektivi var.
    Əd.: Azәrbaycan tarixi, c. 2; AXCE, c. 1; Ə. H ә s ә n o v. Müasir beynәlxalq münasibәtlәr vә Azәrbaycanın xarici siyasәti; AME, c. 4, s. 302; Q u n i y a V. Gürcü teatrı (1879–1889), Tb., 1889 (gürcü dilindә Çiçinadze Z. Gürcü teatrının qısa tarixi. 1791–1906. Tb., 1906 (gürcü dilindә); А р а к и ш в и л и Д.И. Краткий исторический обзор грузинской музыки. Тб., 1940; Q v a r a m a d z e L. Gürcü xalq xoreoqrafiyası Tb., 1957 (gürcü dilindә); E q a d z e O. Gürcü baleti haqqında. Tb., 1961 (gürcü dilindә); U r u ş a d z e N. Teatr. Tb., 1977 (gürcü dilindә); Очерки истории грузинской музыки: В 2 т. Тб., 2005; Ц у р ц у м и я Р.М. Грузинская музыка XX века. Самобытность и ценностные ориентации. Тб., 2005.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU