GÜRCÜSTAN DRAM TEATRI, K.Mar c a n i ş v i l i a d . M i l l i A k a demik – 1928 ildә Kutaisidә 2-ci Dövlәt Dram Teatrı adı ilә yaradılmışdır. 1930 ildәn Tiflisdә (1936 ildәn Tbilisi) fәaliyyәt göstәrir; 1933 ildәn K.Marcanişvili adınadır, 1966 ildәn akademik teatrdır. Teatrın tәşkilatçısı Marcanişvili truppaya öz hәmfikirlәrini vә şagirdlәrini [V.Ancaparidze (1957–59 illәrdә bәdii rәhbәr), T.Çavçavadze, U.Çxeidze, Ş.Qambaşidze, D.Antadze, A.Jorjoliani] cәlb etmişdi. İrihәcmli qәhrәmani-romantik tamaşalardan imtina edәn rej., diqqәtini insanın daxili dünyasına yönәltmiş, gürcü milli teatrı formalarını psixoloji oyun prinsiplәri ilә birlәşdirmәyi bacarmışdır. K. Qutskovun “Uriel Akosta”, P.Kakabadzenin “Kvarkvare Tutaberi” (hәr ikisi 1929) vә bir çox digәr tamaşalar sәhnә sәnәti tarixinә daxil olmuşdur. Teatrda unikal aktyor mәktәbi formalaş mışdır. A.Qomelauri, S.Takaişvili, Q.Şavqulidze, V.Qodziaşvili, M.Caparidze, S.Zakariadze, M.Davitaşvili, K.Maxaradze, O.Meqvinetuxutsesi, S.Çiaureli vә b. bu mәktәbin görkәmli nümayәndәlәridir. Müxtәlif illәrdә truppada rejissorlar Q.Juruli, V.Tabliaşvili, A.Çxartişvili, D.Aleksidze, Q.Lord kipanidze (1976–80 illәrdә bәdii rәhbәr), T.Çxeidze (1981–2001 illәrdә bәdii rәhbәr), L.Suladze (2003 ildәn bәdii rәhbәr) işlәmişlәr.
Əd.: Г у г у ш в и л и Э., Джанелидзе Д. Грузинский государственный драматический театр им. К. Марджанишвили. Тб., 1958.










