Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜRCÜSTAN OPERA VƏ BALET TEATRI
    GÜRCÜSTAN OPERA VƏ BALET TEATRI, T b i l i s i O p e r a v ә B a l e t T e a t r ı – Gürcüstanın әn böyük musiqili teatrı. 1851 ildә Tiflisdә (1936 ildәn Tbilisi) Q.Donisettinin “Lüçiya di Lammermur” operasının tamaşası ilә açılmışdır. 1921 ildә millilәşdirilmişdir. 1937 ildәn Z.P.Paliaşvili ad., 1963 ildәn akademik teatrdır. İlk әvvәl teatrın sәhnәsindә italyan opera truppaları, 1880 ildәn hәmçinin rus truppası tamaşalar göstәrmişdir. 1896 ildәn indiki binasındadır (memar V.A.Şröter; 1974–1975 illәrdә yenidәn qurulmuşdur). 1884–93 illәrdә teatrın dirijoru M.M.İppolitov-İvanov olmuşdur. Teatrda klassik operalar tamaşaya qoyulmuşdur. 1893 ildә burada F.İ.Şalyapin çıxış etmişdir. M.Balançivadze vә F. Koridze ilk gürcü opera müğәnnilәri idilәr. İ.Saracişvili, A.İnaşvili, O.Baxutaşvili-Şulgina vә b. gürcü vokal mәktәbinin banilәri olmuşlar. 1919 ildәn gürcü operaları – Z.Paliaşvilinin “Abesalom vә Eteri”, D.Arakişvilinin “Şota Rustaveli haqqında dastan”, V.Dolidzeninin “Keto vә Kote”, sonralar Z.Paliaşvilinin “Daisi” (1923), M.Balançivadzenin “Mәkrli Tamara” (2-ci red., 1926) vә s. tamaşaya qoyulmuşdur. Teatr yarandığı gündәn onun sәhnәsindә dünya klassik opera repertuarının başlıca әsәrlәri oynanılmışdır. Müğәnnilәr: D.Andquladze vә N.Andquladze, P. Amiranaşvili, D. Badridze, Y. Soxadze, D.Qamrekeli, D.Mçedlidze, V.A.Davıdova, L.Qosiridze, Z.Ancaparidze, Ş.Kiknadze, T.Muşkudiani, N.Tuquşi, R.Kakabadze, Z.Sotkilava, M.Kasraşvili, B.Maisuradze, P.Burçuladze, N.Qamqebeli, Q.Oniani vә b. Müntәzәm balet tamaşaları 1852 ildә S.-Peterburqdan gәlmiş vә Gürc.-da balet әnәnәlәrinin әsasını qoymuş kiçik truppanın sәyi ilә 1854 ildәn göstәrilirdi (İ.F.Şmidt, “Gitana”, xoreoqraf F.N.Manoxin). Gürcü baletinin inkişafına tәsir göstәrmiş (P.İ.Çaykovski, A.K.Qlazunov, A.Adan vә b.-nın) baletlәri tamaşaya qoyulurdu. 1920–30 illәrdә M.M.Mordkin (1921–22 illәrdә truppaya rәhbәrlik etmişdir), S.N.Sergeyev, V.Qamsaxurdia vә b. tamaşalara quruluş vermişlәr. 1936 ildә V.Çabukiani, A.Balançivadzenin ilk milli “Mzeçabuki” baletinәyә (yeni redaksiyası 1941, “Dağların ürәyi”) quruluş vermişdir. 1938 ildә O.Taktakişvilinin müasir mövzuda yazılmış “Maltakva” baleti yaranmışdır (baletmeysterlәr D.Cavrişvili vә V.K.Litvinenko). Gürcü xoreografiyasının intensiv inkişafı vә yüksәlişi 1941–73 illәrdә truppaya rәhbәrlik etmiş V.Çabukianinin adı ilә bağlıdır. Müxtәlif illәrdә teatrda baletmeysterlәr Q.Davitaşvili, A.Sereteli, R.Dolidze, R.Sulukidze, A.Çiçinadze, Q.Aleksidze, N.Ananiaşvili (2004 ildәn); artistlәr Y.Qvaramadze, N.Ramişvili, T.Çabukiani, T.Sanadze, E.Çikvaidze, R.Maqalaşvili, Q.Pataraya, Z.Amonaşvili, N.Maxateli, N. Maqalaşvili; dirijorlar: İ.Paliaşvili, S.A.Stolerman, E.Mikeladze, Ş.Azmaiparaşvili, O.Dimitriadi, Q.Kiladze, D.Mirsxulava, V.Paliaşvili, C.Kaxidze, İ.Çiaureli, Z.Azmaiparaşvili; rej.-lar K.Marcanişvili, A.Axmeteli, M.Kvaliaşvili, A.Çxartişvili, B.Tabliaşvili, R.Sturua, D.Sakvarelidze vә b. çalışmışlar. Teatr sәnәtinin inkişafında rәssam S.Virsaladzenin böyük rolu olmuşdur. Bu teatrda Azәrb. müğәnnilәrindәn Ş.Mәmmәdova, F.Muxtarova vә b. çıxış etmiş, Q.Qarayevin “İldırımlı yollarla”, F.Əmirovun “Min bir gecә” baletlәri tamaşaya qoyulmuşdur. 1969 ildә Kutaisidә teatrın filialı açılmışdır (1971 ildәn müstәqil teatrdır).
    Əd.: Э г а д з е О. Грузинский балет. Тб., 1961 (на груз. яз.).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU