GÜRGAN, Q o r q a n, C ü r c a n (qәdim far. Vṛkāna – “Qurdlar ölkәsi”, yun. ϓρκανία, lat. Hyrcania) – İranda tarixi vil. Xәzәr dәnizinin c.-ş. sahilindә yerlәşirdi. Xәzәrin qәdimdә “Gürgan dәnizi”, “Cürcan dәnizi”, “Hirkan dәnizi” adlanması G.-la әlaqәdardır. E.ә. 6–3 әsrlәrdә Əhәmәnilәr imperiyasının tәrkibindә idi. Yunan tarixçisi Arriana görә, G.-ın әn iri şәhәri Zadrakarta idi. Orta әsrlәrdә G. vil.-nin paytaxtı olan Gürgan portu mühüm ticarәt mәrkәzi vә şm.-a gedәn ipәk karvanlarının әsas dayanacaq mәntәqәsi idi.










