GÜRGAN-DƏNİZ NEFT YATAĞI – Xәzәr dәnizindә, Pirallahı a.-ndan c.-da, Abşeron arxipelaqının q. sahәsindә yerlәşir. Dәnizin dәrinliyi әsasәn 0,5–2 m intervalında dәyişir (bәzi yerlәrdә 8 m-ә çatır). Geol. quruluşunda Mәhsuldar qat, Akçaqıl, Abşeron mәrtәbәlәrinin çöküntülәri, tağ hissәdә isә Suraxanı lay dәstәsinin çöküntülәri öyrәnilmişdir. Yataq tektonik cәhәtdәn Pirallahı a.-nın c. qırışığının c.-ş. batımıdır. Qırışığın c.-q. qanadı üstәgәlmә xarakterli iri tektonik pozğunluq (amplitudu tәqr. 1200 m) nәticәsindә şm.-ş. qanadın üstünә aşırılmışdır. Bu qırılma Pirallahı a. strukturunda izlәnilәn üstәgәlmәnin davamıdır vә Abşeron neftli-qazlı vil.-nin әn iri dizyunktiv dislokasiyalarından biridir. Strukturun uz. 9,5 km, eni isә 1,5 km-dir. Eninә qırılma strukturu şimal vә cәnub sahәlәrinә, iri uzununa qırılma isә yatağı üstәgәlmә vә üstәgәlmәaltı hissәlәrә bölür. Yataq sәnaye işlәnmәsinә 1947 ildә strukturun c.-q. qanadında qazılmış 7 saylı quyu ilә daxil olmuşdur; işlәnmә müddәtindә 180 quyu qazılmışdır.










