GÜRGANİ Fәxrәddin Əsәd (
) (?, Gürgan – ?, İsfahan) – 11 әsr fars şairi. Hәyatı haqqında mәlumat azdır. Pәhlәvi dilindәn başqa әrәb dilini dә bilәn G. dövrünün mühüm elmlәrinә bәlәd olmuşdur. Dövrümüzәdәk gәlib çatan tәk әsәri qәdim Parfiya әfsanәlәri әsasında yazılmış “Vis vә Ramin” (1048–56 illәr arasında) mәnzumәsidir. 8905 beytdәn ibarәt mәsnәvidә yaşlı Mәrv padşahı Mobәd Monikanın gәnc xanımı Vis ilә şahın qardaşı Ramin arasındakı mәhәbbәtdәn bәhs edilir. Şәrq Renessansının qiymәtli abidәlәrindәn olan, insani mәhәbbәtin tәrәnnümü ilә yanaşı, feodal mühitinin zülm vә zorakılığını, sarayda hökm sürәn әxlaqi düşkünlüyü, riyakarlığı kәskin satira atәşinә tutan әsәr dövrünün adәt vә әnәnәlәri, folkloru ilә bağlı mәlumatları әhatә etdiyindәn mühüm әhәmiyyәtә malikdir. G.-dәn sonrakı dövrdә “Vis vә Ramin”in tәsirilә yazılmış әsәrlәrә rast gәlinir. Bu tәsir әn çox Nizami Gәncәvinin “Xosrov vә Şirin” әsәrindә özünü göstәrir. Poema 12 әsrdә “Visramiani” adı ilә gürcü dilinә tәrcümә olunmuşdur. Əsәrin ilk әlyazma nüsxәsi Hindistanda tapılmış, ilk dәfә 1865 ildә Kәlkәtәdә çap olunmuş, sonralar bir sıra dillәrә (türk, rus, ingilis, fransız vә s.), o cümlәdәn Azәrb. dilinә tәrcümә edilmişdir. Ə s ә r i : Vis vә Ramin. B., 1974.
Əd.: Б е р т е л ь с Е.Э. История персидско-таджикской литературы. М., 1960; Брагинский И.С. 12 миниатюр. 2 изд. М., 1976.










