GÜRPINAR Hüseyn Rәhmi (17.8.1864, İstanbul – 8.3.1944, İstanbul) – türk yazıçısı. İlk tәhsilini Yaqubağa mәktәbindә almış, ardınca Mahmudiyyә rüşdiyyәsindә daha sonra rәsmi dairәlәr üçün katib yetişdirәn mәktәbdә, Mülkiyyә mәktәbindә oxumuş, fransız dilini öyrәnmişdir. Sәhhәti ilә әlaqәdar tәhsilini yarımçıq qoymuşdur (1880). Ədliyyә nәzarәti müәssisәsindә, ticarәt mәhkәmәsindә vә s.-dә mәmur vә zifәlәrindә işlәmişdir. 1908 ildәn әdәbi yaradıcılıqla mәşğul olmuş, “Tәrcümani hәqiqәt” (1887), “İkdam” (1894) qәzetlәrindә çalışmışdır. Romanları “Sabah”, “Vaxt”, “Zaman”, “Cümhuriyyәt” vә s. qәzetlәrdә dәrc olunmuşdur. İlk romanlarında (“Şıq”, 1888; “İffәt”, 1896; “Tәsadüf”, 1900; “İlk baxışda mәhәbbәt”, 1911) köh nәliklә yeniliyin mübarizәsi öz әksini tapmışdır. “Mürәbbiyә” (1899), “Quyruqlu ulduz altında bir izdivac” (1912), “Qulyabanı” (1912), “Hәyatdan sәhifәlәr”, “Haqqa sığındıq” (hәr ikisi 1919), “Son arzu” (1922), “Cәhәnnәmlik” (1924), “Büllur qәlb” (1926), “Mәhәbbәt tilsimi” (1928), “Utanmaz adam” (1934) vә s. romanların; “Qadınlar vaizi” (1920), “Namusla aclıq mәsәlәsi” (1933), “Tuneldәn ilk çıxış” (1934), “Könül ticarәti” (1939) vә s. hekayә kitablarının; “Xәzan bülbülü” (1912), “Qadın kişilәşәndә” (1912) dramlarının, tәnqidi әsәrlәrin, fransız dilindәn tәrcümәlәrin vә s.-nin müәllifidir. Bәzi әsәrlәri әsasında film çәkilmişdir (“Mürәbbiyә”, 1919; “Əfsunçu baba”, 1949; “İffәt” 1969 vә s.). Əsәrlәri dilinin sadәliyi ilә seçilir. Türkiyә Böyük Millәt Mәclisinin (5-ci vә 6-cı çağırış) deputatı olmuşdur.
Əd.: Q u r b a n o v a T. H. Rәhminin “Eşidilmәmiş bir hadisә” romanı haqqında, “Türk filologiyası mәsәlәlәri” kitabında. B., 1980; А л ь к а е в а Л.О. Из истории турецкого романа. 20–50-е годы ХХ в. М., 1975.











