GÜRZƏ, g i r s – azәrb.-lar arasında geniş yayılmış xәmir xörәyi; düşbәrәnin bir növü. Eyni tәrkibdә yoğrulmuş xәmir kündәlәnib yayıldıqdan sonra nisbәtәn iri vә dairәvi hissәlәrә bölünür; hәr hissәnin üzәrinә qabaqcadan yağda qovrulmuş vә sarıkök, istiot qatılmış qiymәdәn qoyulur, müvafiq şәkildә bükülür. Hazır gürzәlәr duzlu qaynar suya salınır, 5–10 dәq. bişirilir. Bişdikdәn sonra süzülür vә ya kәfgirlә sudan çıxarılıb buluda (yaxud siniyә) yığılır, yağlanır. Üzәrinә qalan qiymәdәn tökülür vә darçın sәpilir. Süfrәyә sarımsaqlı qatıqla birlikdә verilir.










