Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÜRZƏKİMİLƏR
    GÜRZƏKİMİLƏR, v i p e r l ә r (Viperidae) – zәhәrli ilanlar fәsilәsi. Bәdәninin uz. 2,5 m-әdәk, bәzәn daha çox olur (Amerika nәhәng zәhәrlisi). Gövdәsi yoğun, quyruğu qısa, kütdür. Başı adәtәn enli, üzәri xırda pul cuqlarla, yaxud iri qalxancıqlarla örtülüdür; boyun tutumu yaxşı tәzahür edir. Hәrәkәtli üst çәnә sümüyü qısadır; onun arxa kәnarında zәhәr vәzilәrinin axacaqları ilә bir lәşmiş iri borulu dişlәr yerlәşir. G.-in çoxunun bәbәyi şaqulidir. Çanaq vә arxa әtrafların ridumentlәri yoxdur. 3 әsas qoruyucu rәng tipi sәciyyәvidir: yaşıl, qonurum tul-qum vә hәndәsi naxışlı kontrast. G. fәsilәsinin 4 yarımfәsilәsi, 41 cinsi var ki, bunların da 14-ü әsl gürzәlәr (Viperinae) yarımfәsilәsinә, 25-i çuxurbaş ilanlar (Crotalinae) yarımfәsilәsinә aiddir; G. cәmi 250-yә yaxın növdür. Avrasiya, Afrika, Şimali vә Cәnubi Amerikada yaşayırlar. Əksәriyyәti yerüstü, bәzilәri qazıcı hәyat tәrzi keçirir; yaxud ağacların üzәrindә yaşayır. Əsasәn alatoranlıqda vә gecәlәr fәaldırlar. Xırda onurğalılarla, az hallarda cücülәrlә qidalanırlar. G.-in yumurtaqoyan vә yumurta-diri doğan formaları var. Əsl gürzәlәr yarımfәsilәsindә Vipera cinsi nisbәtәn daha çoxsaylıdır (30 növә yaxın). Avrasiyanın meşә vә meşә-çöl zonalarında (Pireney y-a-ndan Saxalinә qәdәr) adi gürzә (V. berus) geniş yayılmışdır; areal daxilindә qeyri-bәrabәr paylanmışdır. Bәdәninin uz. 80 sm-әdәkdir. Dәrisinin rәngi müxtәlif çalarlı boz, qonur, yaxud qırmızıqonur olur, onurğası boyu ziqzaqabәnzәr tünd zolağı var; qara fәrdlәri dә az deyil. Qarışıq meşә talalarını, bataqlıqları, kәsilmiş, yanmış, ot basmış yerlәri vә müxtәlif su hövzәlәrinin sahillәrini üstün tuturlar. Oturaq hәyat tәrzi keçirir, qışlamaq üçün kiçik mәsafәlәr (5 km-әdәk) qәt edәrәk yerdә yişmәlәr edir. Dәrinliyi 0,5–2 m olan yuvalarda qışlayır (donma qatının altında), bәzәn onlarca fәrd (bәzi hallarda 200–300-әdәk) olmaqla yığıntılar (aqreqasiyalar) әmәlә gәtirir. Yetkin ilanlar әsasәn gәmiricilәr (onları çoxlu sayda mәhv edirlәr), qurbağalar, kәrtәnkәlәlәr vә b. ilә qidalanırlar. Mayda cütlәşirlәr. Dişilәr qalın yumurta qabığı ilә örtülmüş 5–8 (12-yәdәk) diri bala doğurlar. 10–12 ilә qәdәr yaşayırlar. Qafqaz gürzәsi (V. kaznakovi) möhkәm bәdәn quruluşuna vә sәciyyәvi parlaq rәnginә (üstdәn bozumtul-sarı, sarımtıl-narıncı, yaxud kәrpici-qırmızı tünd ziqzaqvarı zolaqlı rәnginә) görә fәrqlәnir. Qara dәnizin sahilboyu yerlәrindә, Qafqazın (hünd. 800 m-әdәk) dağәtәyi meşәlәrindә yaşayırlar. Nәhәng gürzәlәr (Macrovipera) cinsinin nümayәndәsi olan gürzәyә Cәnubi Qafqaz, Dağıstan vә Orta Asiyada rast gәlinir. Efa cinsi Şimali Afrika vә Asiya sәhraları üçün sәciyyәvidir. Azәrb.-da fәsilәnin 1 cinsinә (gürzәlәr (Viperea)) aid olan 3 növü var: çöl gürzәsi (V. ursini), Kiçik Asiya gürzәsi (V. xanthina), gürzә (V. lebetina). G.-in әksәriyyәtinin zәhәri qanı hemolizә uğradır, qurbanlar qanın laxtalanmasından vә daxili orqanlara çoxsaylı qansız malardan tәlәf olurlar. Digәrlәrinin mәs., Afrika gürzәlәrinin (Bitis cinsi) zәhәri sinir sistemini zәdәlәyir. G.-in bir çox növlәrinin (elәcә dә gürzә, efalar) sancması insanlara vә iri heyvanlara ölümcül tәhlükә yaradır; kiçik gürzәlәrin (adi, bozqır vә bәzi başqaları) sancması olduqca ağrılıdır vә uzun müddәtli xәstәliklәrә sәbәb ola bilәr. G.-i tutub, zәhәr almaq üçün fermalarda xüsusi çoxaldırlar. G.-in 20-dәn çox növü BTMİnin “Qırmızı kitab”ına vә nәsli tükәnmәk tәhlükәsi altında olan 2 növü (Radde dağ gürzәsi, Şәrq çöl gürzәsi) Azәrb.-ın “Qırmızı kitab”ına daxil edilmişdir.
    Gürzә (Macrovipera lebetina).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU