GÜŞTASFİ, G ü ş t a s p i , Q u ş t a s f i – Azәrb.-da tarixi vilayәt. Araz vә Kür çayları arasında, Xәzәr dәnizinә yaxın әrazidә yerlәşirdi. Şirvanşahlar dövlәtinin tәrkibindә olan G.-dә çoxlu abad yaşayış mәntәqәlәri var idi. G.-dә taxıl, düyü, pambıq vә s. becәrilirdi. G.-dәki göllәrdә balıq vә quş ovundan xeyli gәlir götürülürdü. G.-ni 1227 ildә Xarәzmşah Cәlalәddinin vәziri Şәrәfülmülk işğal etmişdi. Sonralar monqolların tutduğu G.-nin әrazisi iqta formasında monqol әyanlarına verilmişdi.










