GÜTQUM – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә bölgә Rusiya tәrәfindәn işğal edildikәn sonra kәndә İran vә Türkiyәdәn gәlmә ermәnilәr dә yerlәşdirilmişdir. 1905–06 illәr ermәni-müsәlman davası zamanı kәndin bütün azәrb. әhalisi qovulmuş vә kәnd ermәnilәşdirilmişdir. 29.6.1949 ildә kәndin adı dәyişdirilәrәk Geğanuş qoyulmuşdur.










