GÜZƏŞTLİ KREDİTLƏR (ing. soft loan) – kredit götürәnlәrә orta bazar şәrtlәri ilә müqayisәdә daha әlverişli şәrtlәrlә (daha aşağı faiz dәrәcәlәri, daha uzunmüddәtli vә s.) verilәn kreditlәr. G.k. mexanizmi, әsasәn, inkişaf etmәkdә olan vә keçid iqtisadiyyatlı ölkәlәrdә tәtbiq olunur. Belә ki, G.k.-lә bağlı hökumәt proqramları ümumi iqtisadi strategiya baxımından kredit axınlarının üstün istiqamәtlәrdә mәrkәzlәşdirilmәsinә imkan yaradır. Adәtәn, dövlәt müәssisәlәrinә, ixracyönlü istehsala, k.t.-na, kiçik vә orta müәssisәlәrә, yaşayış evlәrinin tikintisinә, zәif inkişaf etmiş regionlara dәstәk üçün verilir. 1990-cı illәrin әvvәllәrindәn Şәrqi Avropa ölkәlәrindә bazar islahatları dövründә istehsal sektorunda, ilk növbәdә müәssisәlәrin modernlәşdirilmәsi vә ixracyönlü istehsalın inkişafı üçün güzәştli faiz dәrәcәlәrindәn; inkişaf etmiş ölkәlәrdә struktur yenidәn qurmasında vә ya böhrandan sonrakı bәrpa dövründә uzunmüddәtli G.k.-dәn istifadә olunurdu. Demәk olar ki, bütün ölkәlәrdә mövsümilik, hava şәraitindәn asılılıq, qiymәtin dәyişkәnliyi ilә әlaqәdar k.t.-nın güzәştli kreditlәşdirilmәsi problemi mövcuddur.










