Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAÁQA
    HAÁQA (’s-Gravenhage, Den Haag) – Niderlandda şәhәr, Cәnubi Hollandiya әyalәtinin inz. m. Rәsmәn ölkәnin paytaxtı olmasa da, bir çox siyasi-inz. funksyaları hәyata keçirir: kral sarayının iqamәtgahı, hökumәt vә parlament, diplomatik missiyalar burada yerlәşir. Əh. 501,7 min (2012; әhalisinin sayına görә Amsterdam vә Rotterdamdan sonra ölkәnin üçüncü şәhәri). Şimal dәnizi sahilindәn 3,5 km mәsafәdә port (avanportu Sxeveningen). Nәql. qovşağı. H. Amsterdam, Rotterdam vә ölkәnin digәr şәhәrlәri ilә kanallar sistemi, d.y.-ları vә avtostradalarla әlaqәlәnir. H.-nın tarixi tәqr. 1230 ildәn, Hollandiya qrafı IV Florisin bu әrazidә kiçik qәsr tikdirdiyi dövrdәn başlayır. İlk dәfә 1242 ilә aid sәnәddә Hollandiya qrafı II Vilhelmin “çәpәrә alınmış” (“in die Hage”) ovçu mülkü kimi qeyd olunur. 1580 ildәn (digәr mәlumatlara görә, 1581 ildәn) Niderland Baş ştatlarının iclas yeri olmuş H.-da 1588–1795 illәrdә stathauderin iqamәtgahı, 1795–1806 illәrdә Bataviya respublikasının idarәetmә orqanları yerlәşmişdir. 1806 ildә kral Lui Bonapart H.-nı Hollandiya krallığının (1806–10) “üçüncü şәhәri” dәrәcәsinәdәk yüksәltmiş, Niderlandın Fransa imperiyasının tәrkibinә qatılmasından (1810) sonra I Napoleon tәrәfindәn “imperiyanın mühüm şәhәri” elan edilmişdir. Niderlandın Fransa işğalından azad edilmәsindәn sonra 1814 ildә H. qәti olaraq şәhәr statusunu almışdır. 1940 ildәn 1945 ilin mayınadәk alman qoşunlarının işğalı altında idi; Amerika-Britaniya aviasiyasının bombardmanı (1945, 3 mart) nәticәsindә böyük dağıntılara mәruz qalmışdır. H. diplomatik danışıqlar, beynәlxalq forumlar vә konfransların keçirildiyi әnәnәvi yerdir: Haaqa sülh konfransları (1899 vә 1907), maliyyә-iqtisadi mәsәlәlәrә dair beynәlxalq Haaqa konfransı (1922), 1929–30 illәrdә tәzminat mәsәlәlәrinә dair konfranslar burada keçirilmişdir. 20 әsrdә, xüsusilә İkinci dünya müharibәsindәn sonra bir sıra beynәlxalq institut vә beynәlxalq tәşkilatların nümayәndәliklәri, o cümlәdәn BMT-nin Beynәlxalq Mәhkәmәsi, Beynәlxalq Münsiflәr Mәhkәmәsinin Daimi palatası, Beynәlxalq Hüquqi Sәnәdlәr bürosu, Beynәlxalq Statistika İn-tu vә s. H.-da yerlәşir. 1990-cı illәrdә H. keçmiş Yuqoslaviya üzrә Beynәlxalq Tribunalın daimi yeri seçilmişdi.
    Haaqa şəhərindən görünüş
    Bir çox cәhәtdәn qәdim görünüşünü qoruyub saxlayan, düzbucaqlı küçәlәr şәbәkәsinә malik olan şәhәrin mәrkәzindә – Veyver gölü әtrafında hökumәt rayonu yerlәşir. Gölün sahilindә Binnennhof (düzbucaqlı “Daxili hәyәt” ansamblı, 13–18 әsrlәr; qotik üslubda Cәngavәr zalı – tәqr. 1280, hazırda ölkә parlamentinin tәntәnәli iclaslar yeri), Gevangenport keçmiş saray qapıları (14 әsr) vә klassisizm üslubunda Mauritshöys sarayı (1633–35, memarlar Y.van Kampen, P.Post; Kral rәsm kabineti buradadır) yerlәşir. Sint-Yakobskerk vә Klosterkerk kilsәlәri qotik üslubda (hәr ikisi 14–16 әsrlәr), Köhnә ratuşa (cәnub hissәsi 1564–65) İntibah üslubunda inşa edilmişdir. Barokko vә klassisizm üslubunda tikilmiş abidәlәr arasında: keçmiş şәhәrkәnarı Höys-ten-Bos kral sarayı (1645–47, memar P.Post; 1734–37, memar D.Maro; Y.Yordansın alleqorik boyakarlığı ilә Oran zalı, 1647; Çin vә Yapon zalları, 18 әsr), Nyivekerk kilsәsi (1649–56, memarlar P.Norvits, B. van Bassen) vә s. 1860 il planına әsasәn küçә şәbәkәsi genişlәn dirilmişdir.
    Haaqa. Cәngavәr zalı.
     
    Haaqa. Madurodam muzey-parkı.
    20 әsrdә şәhәrin yenidәn qurulması planlarına әsasәn (1908–09, memar H.P. Berlage; 1935, memar V.M.Düdok) başlıca nәql. magistralları boyunca yeni rayonlar salınmışdır. 20 әsrin tikililәri arasında: Sülh sarayı (1913, memarlar L.M.Kordonye, Y.A.Q. vander Stör; E.Karneginin vәsaiti hesabına inşa edilmişdir), “de Beyenkorf” univermağı (1924–26, memar P.L.Kramer), “Şell” firması (1938–42, memar Y.Y.P. Aud), ABŞ sәfirliyinin binası (1958, memarlar, M.Bröyer, A.Elzas). Abidәlәr: Vilhelm Oranlının atlı heykәli (1845, heykәltәraş E. van Nyiverkerke), 7 әyalәtin istiqlaliyyәti (1869, heykәltәraş Y.Gefs). Kral tәsviri vә tәtbiqi sәnәtlәr akademiyası (1682), K.t. iqtisadiyyatı in-tu (1940), Niderland tropik tәdqiqatlar fondu (WOTRO, 1964), Haygens in-tu (әdәbiyyat vә elm tarixi sahәsindә tәdqiqatlar). Un-t (1987; tәrkibindә 14 in-t var), Beynәlxalq hüquq akademiyası (1923), Beynәlxalq idarәçilik mәktәbi (1929), Beynәlxalq sosial biliklәr in-tu (1952). Konservatoriya (1900; әsası 1826 ildә birinci holland Kral musiqi mәktәbi kimi qoyulmuşdur). Kral kitabxanası (1798; bina 1734–36, memar D.Maro; tәqr. 600 min cild, 30 min әlyazma saxlanılır). İncәsәnәt muzeylәri: Kral rәsm kabineti (1820; holland boyakarlıq kolleksiyası), Mermanno-Vestrenianum (1848; Misir, antik vә orta әsrlәr kolleksiyası), Bredius (1923, holland incәsәnәti), Mesdaq (1903, 19 әsr holland vә fransız boyakarlığı); digәr muzeylәr – Şәhәr muzeyi (1883 ildә yaradılmışdır, bina 1916–35, memar H.P.Berlage; H. tarixi vә 19–20 әsrlәr tәsviri sәnәti), Beynәlxalq mәtbuat muzeyi, poçt (1929) vә kostyum muzeylәri. Madurodam muzey-parkı (açıq sәma altında, Niderland memarlığına aid mühüm tikililәrin miniatür tәqdimatı). Teatrları: Kral (1804; bina tәqr. 1765, memar P. de Svart), Niderland rәqs (1959), “Appel teater”, “Konqress-mәrkәz” vә s. “Rezidensi” simfonik orkestri (1903). Botanika vә Zoologiya bağları. Mәşhur “De Eythof” buz meydançasında konkisürmә üzrә iri beynәlxalq yarışlar keçirilir. 1948 ildә şahmat üzrә dünya birinciliyi görüş-turnirinin 1-ci hissәsi H.-da baş tutmuşdur. Tarixәn holland müstәmlәkәlәrini idarә edәn mәrkәz kimi inkişaf etmiş H.-nın iqtisadiyyatının strukturunda xidmәt sferası kәskin üstünlük tәşkil edir (işlәyәnlәrin 90%-ndәn çoxu, әsasәn, inz.-siyasi vәzifәlәr). H. milli әhәmiyyәtli işgüzar xidmәtlәr vә mühüm ticarәt-maliyyә mәrkәzi, bir sıra iri şirkәtlәrin nümayәndәliklәrinin vә idarә heyәtlәrinin yerlәşdiyi mәkandır. Sәnaye sahәsindә xırda vә orta müәssisәlәr üstünlük tәşkil edir. Radio-elektronika mәmulatlarının (audio- vә videoaparatlar, kompüter texnikasının komplektlәşdirici hissә vә aqreqatları vә s.) istehsal edilir. Yeyinti, poliqrafiya, toxuculuq, tikiş, mebel, metal emalı sәnayesi müәssisәlәrinin çoxy şәhәrәtrafında yerlәşir. H. şüşә vә ağacdan bәdii mәmulatların istehsalı mәrkәzi kimi tanınır. Yaxınlığında “Vokker” aviasiya z-du var. H.-nın şm.-ında yerlәşәn şәhәrәtrafı kurort Sxeveningendә kurzal (1887), X. vande Velde (1900), Y.Vils, Y.Böys vә digәrlәrinin layihәlәri әsasında tikilmiş villalar; balıqçı gәmilәrinin tәmiri üzrә tәrsanә var. Şәhәrәtrafından Rotterdama kimi istixanaoranjereya tәsәrrüfatları zonası uzanır (Cәnubi Hollandiyada “şüşәli şәhәr” kimitanınır; faraş pomidor, çiyәlәk vә s. yetişdirilir).
    Haaqa. Beynәlxalq Mәhkәmәnin binası.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU